Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Qarabağda Cavanşir mahalının əhval və övzasına dair

Firidun bəy Köçərli - Qarabağda Cavanşir mahalının əhval və övzasına dair
Sakura

Firidun bəy Köçərli - Qarabağda Cavanşir mahalının əhval və övzasına dair

Әlli-altmış sәnә bundan әqdәm Qarabağın şairi-binәziri Qasımbәy Zakir tәxәllüs Qarabağın çox yerlәrini gәştgüzar edib Tәrtәrbasara ki, -- ibarәt ola Cavanşir mahalından, -- sәyahәt qәsdi ilә gәlir. Bu ümidlә ki, orada onun könlü açılsın vә bәlkә Bәrdә şәhәrinin sabiqdә olan rövnәq vә abadanlığından bir nişani-әlamәt görә. Öz hiss vә arzularını Zakir bu sayaq nәzmә çәkir:
 
O viladә bir mehriban görmәdim,
Gәlmişәm indi dә Mehriban gәzәm.
Seyr eylәyim tamam Tәrtәrbasanı,
Varmı aşiqinә can qıyan, gәzәm.
 
Tülәk tәrlan ovlağıydı bu yerlәr,
Bәrdә torpağına eylәyim güzәr,
Görüm qalıbdırmı Şirindәn әsәr,
Baxam hәr tәrәfә, nigaran gәzәm.
 
Xosrovi-Pәrvizin şanü şövkәtin,
Fәrhadın әlәmu qәmu möhnәtin,
Şapurun çәkdiyi nәqşü surәtin,
Arayıb-axtarıb bir zaman gәzәm.
 
Dolanıb sәrasәr Çarsubazarı,
Gәtirәm nәzәrә sәmti-minarı,
Görsәm, xәbәr allam bülbüli-zarı,
Necә oldu ol gül, gülüstan, gәzәm.
 
Deyim hanı bunda gәzәn gözәllәr?
Teyhulu meşәlәr, sonalı göllәr?
Çayın kәnarında tikilәn ellәr?
Yoxdu heç birindәn bir nişan, gәzәm.
 
Ol baş-başa verәn sәrvi rәnalar,
Hәr guşәdәn gәlәn sövtü sәdalar,
Zәrrin piyalәlәr, meyi-sәhbalar,
Gәrdişi-badeyi-әrğüvan gәzәm.
 
Bu minval ilә şikәstә Zakir bülbüli-zardan әhval-pürsan olub deyir ki, bu diyarın adәt vә qanunun mәn tәvarixdә oxumuşam, onları xeyli müstәhsәn yazıblar. Bayram gecәlәri Bәrdә şәhәri sübhә kimi çıraqban olub, onları eyş-işrәtdә keçirirlәrmiş, әmirzadә vә bәyzadәlәr boynu qiladәli sәgi-şikar ilә ceyran ovuna gedirlәrmiş. Böyüklәr astanasında pәhlәvanlar vә qızmış dәvәlәr kuşti tutarlarmış. Bir yandan cavahirfüruşlar, bir tәrәfdәn zәrgәrlәr nazәnin gözәllәrә ziynәt vә yaraşıq әsbabı mühәyya edirlәrmiş. Karvansaralarda vә mehmanxanalarda sәyyahlar, tacirlәr, qәlәndәrlәr vә hәr qisim qәriblәr gecәlәr sübhәdәk nәql vә hekayәtlәr söylәrmiş. Aya, bunlardan indi dә bir әsәr varmı? Rücu edәk şairin öz kәlamına:
 
Gecә-gündüz daim bangi-cәrәsdәn
Qulaq tutulurmu sәdadәn, sәsdәn?
Bakıdan, Dәrbәnddәn, Krım, Çәrkәsdәn
Gәlirmi mәtai-bipayan, gәzәm.
 
Sayeyi-sәrvdә mәcmәi-xuban,
Yenә әylәşirmi xoşdilü xәndan?
Yoxsa ki, onlara saqiyi-dövran
İçiribdir mey yerinә qan, gәzәm.
 
Nazәninlәr ta tülui-afitab,
Oturub gecәlәr çәkәrmi gülab?
Çeşmi-aşiq kimi fәvvarәdәn ab
Tökülürmü hövzә nümayan, gәzәm.
 
Müzәyyәn mәhәllәlәr vә münәqqәş evlәr irәliki halda dururmu vә onların içindә yenә xanәndә vә nәvazәndәlәr gözәl nәğmәlәr oxuyurmu? Töylәlәrdә köhlәn atlar çığrışırmı? Hamamlarda sular fәvvarә edirmi vә onlar әzәlki kimi şirin işlәyirmi vә onlara külli ağçalar sәrf olunurmu? Teyhulu meşәlәrdә, güllü vә sünbüllü bağçalarda seyr edәnlәr, qız-gәlinlәr qaqqıldaşa-qaqqıldaşa gәzirlәrmi, yoxsa onların heç birindәn bir әsәr yoxdur? Bülbüli-şikәstәdil Zakir fәqiri bu xәbәr ilә mәyus vә peşiman elәyir.
 
Bülbüli-biçarә verdi xәbәri,
Dedi ki, qalmayıb şәnlik әsәri,
Mәn Zakirәm, onu görәndәn bәri
Gәrәk cünun olub, biyaban gәzәm.
 
Hәr kәs Zakirin bu kәlamını başdan ayağa diqqәtlә oxusa vә o yazdığı yerlәri seyr edib, oranın әzәlki şükuhlu halı ilә indiki pәrişan halını nәzәrә gәtirsә bilaşübhә onun ürәyi qanla dolub, gözlәrindәn yaş tökülәr. Necә ki, bülbüli-zarın verdiyi әhvali-pürmәlal Zakirin halını pәrişan edib, onu mәcnun-sifәt kuh-biyabana salır. Keçmişdәki tәrәddüd vә abadanlıqdan, cah-calaldan, mal-dövlәtdәn, sövt-sәdadan şair bir әsәr görmәyib, Qarabağın vә xüsusәn Cavanşirin övzasını özgә bir pәrişan halda tapıb, әhvalatı, necә ki var, artıq mәharәtlә öz dusti-hәqiqisi olan Mirzә Fәtәli Axundova yazır vә öz vilayәtindәn vә müasirinin әxlaqü әtvarından vә rişti-kirdarından söz açıb, onları birbәbir zikr elәyir vә deyir:
 
Xәbәr alsan bu vilanın әhvalın,
Bir özgәdir keyfiyyәti-Qarabağ.
Hәqdi, bundan әzәl görübsәn sәn dә,
Hanı o qaidә, o qanun, sәyaq?
 
Qüttaüttәriqin vüfuru vardır,
Yaylaqda, aranda qatar-qatardır,
Yenә tuthatutdur, apar-apardır,
Bizim başımızda çattadı çanaq.
 
Hәddәn aşıb büxl, hәsәd, şәrarәt,
Yoldaş yoldaşına eylәr xәyanәt,
Alimdә әmәl yox, bәydә әdalәt,
İşlәrimiz olub saf gәrdәn-bucaq.
                                 ilaxir.
 
Tәәccüb budur ki, necә ki, әlli sәnә bundan әqdәm Qasımbәy Qarabağ әhlinin övsaf vә әxlaqını nәzmә çәkibdir, demәk olur ki, haman halda qalıblar, irәliki adәt vә qaydaları üzrә zindәganlıq etmәkdәdirlәr. Zahirdә guya ki, bir azacıq tәrәqqi ediblәr, amma hәqiqi vә mәnәvi tәrәqqidәn çox uzaqdadırlar. Buradan Zakirin yazdığını qoyub, öz hisslәrimi vә gördüklәrimi söylәmәk istәyirәm. Xeyli vaxtdan bәri Qarabağa ayağım düşmәmişdi vә onun övzayi-әhvalından xәbәrim yox idi. Gürcüstanın ortasında zindәganlıq edib vә onun ab-havasına vә gürcülәrin ayin vә adabına vә tәriqü sülukuna adәtkәrdә olub, vәtәni-mәlufu bir növ xatırımdan kәnar etmişdim. Nә qәdәr ki, Gürcüstan ab-havası xoşdur, bir o qәdәr dә gürcülәrin özü gözәl tayfadır. Qәribnәvaz, sadәdil, eyş-işrәt sevәn, açıqüzlü, şirin sözlü, halal, kin vә kәdәrsiz nәcib bir millәtdir. Bu axır vaxtlarda gürcülәr tәrәqqi yolunu tapıblar vә aşkara irәli getmәkdәdirlәr. Oktyabrın 17-sindә elan olunan hürriyyәt vә azadәlik Qafqaziyada, demәk olar ki, hamıdan artıq gürcülәrә tәsir edib, hamıdan ziyadә onları cünbüş vә hәrәkәtә gәtirdi vә hәtta onları cürbәcür iddialara saldı. O gündәn bәri "Sağ olsun hürriyyәt, sağ olsun ittihad, ittifaq, qardaşlıq vә azadәlik" sәdası kәndlәrdә vә şәhәrlәrdә böyükdәn tutmuş xırda uşaqlara kimi hәr bir sinfi-xәlqin dillәrindә cari olmaqdadır. Azadәlik sevәn, qardaşlıq axtaran, ittihad vә ittifaq arzusunda olan millәti kim istәmәz, kim belә millәtә afәrin oxumaz?
 
Gürcülәrin bu bәşaşәtini, bu ali hisslәrini vә bu gözәl tәmәnnalarını görüb vә hәr gün kәndlәrdәn dәstә-dәstә gәlәn rәiyyәtlәrin şәhәr meydanında vә Çarsoybazarda toplaşıb ruznamәyә diqqәtlә qulaq asmaqlarını müayinә edib, qәlbim şad olurdu vә öz-özümә deyirdim: Görәsәn, aya, bizim müsәlmanlar da öz qonşuları gürcülәr kimi bu fәrәhәfza vә hәyatbәxş azadәlik xәbәrini eşidib şadlıq edirlәrmi vә az-çox tәrәqqi yoluna düşüblәrmi? Onların da milliyyәt hissi vә qeyrәt damarı ayılıbdırmı? Dövlәti-әliyyәmizə düşmәn şuriş vә inqilabdan, övzai-alәmdәn vә gәrdişi-zәmanәdәn xәbәrlәri varmı? Nә haldadırlar vә necә dolanırlar? Bu fikirdә ikәn iş belә gәtirdi ki, inqilab, iğtişaş mәn olduğum şәhәri dәxi әhatә elәdi vә qulluq etdiyim darülmüәllimin vә onun cünbündә olan müsәlman şöbәsi bağlandı. Şagirdlәr dәrsdәn azad olub buraxıldı. Fürsәti qәnimәt bilib, mәn dәxi Cavanşirә azim oldum, vәtәni-mәlufu ziyarәt edib, qohum-qardaş, dost-aşna ilә görüşüb, şad vә xürrәm oldum. Vә lakin çox çәkmәdi ki, biz dә Zakir kimi arzularımıza nail olmayıb mәyus qaldıq. Fәrәh vә şadlığımız qüssәyә mübәddәl oldu. Vәtәndaşlarımın dünyadan bixәbәr olmaqlarını, cәhalәt vә zәlalәt dәryasında zar vә zәbun qalmaqlarını müşahidә edib pәrişanhal oldum. Onlarda nә hürriyyәtdәn bir xәbәr, nә ittihad vә ittifaqdan bir әsәr görmәdim. Hal-hazırda vüquә gәlәn iğtişaşdan vә mühüm mәsәlәlәrdәn onların әsla xәbәri yoxdur. Bir sayaq qәflәt yuxusuna qәrq olublar ki, bәlkә suri-İsrafil dәxi onları haman qәflәt yuxusundan bidar etmәkdә aciz qala. Burada mәn bilәks ittihad әvәzindә ixtilaf, ittifaq yerindә nifaq, qardaşlıq yerinә düşmәnçilik, büğz vә әdavәt, hürriyyәt әvәzindә übudiyyәt vә dәnaәt görüb, ürәyim qәm vә qüssә ilә doldu. Vәtәndaşlarımın bu tәrәqqi zamanında, bu telefon vә elektrik әsrindә ki, -- sair milәl vә әqvam artıq sürәtlә irәli gedib özlәri üçün ixtiyarlar vә imtiyazlar axtarmaqdadırlar, -- geridә qalmaqları vә bir-birinin malına vә canına düşmәn olmaqları mәni heyrәtә saldı. O Cavanşir ki, keçmişdә onun tәrif vә tövsifi vә әhalisinin qeyrәt vә hünәri dillәrdә söylәnirdi, indi Qarabağın pәrişan mahallarından birisi hesab olunur. O Cavanşir ki, onun qışı ilә yazında tәfavüt yoxdur, havası mötәdil, torpağı ziyadә bәrәkәtli vә hәr qisim mәhsulat yetirәndir, turacın vә qırqovul vәtәnidir, meşәli, bağlı Qarabağın әn dövlәtli vә әn sәfalı bir mәrkәzidir, heyfa ki, o Cavanşir elm vә mәrifәtdәn xali qalıbdır. Onun yetirdiyi mәhsulat tamamәn әcnәbilәrin xeyir vә mәnfәәti üçündür. Cavanşirin ağazadә vә bәyzadәlәri çox isә dә, aralarında ittifaq, sülh vә mehribanlıq yoxdur. İttifaq vә mehribanlıq olmayan yerdә, әlbәttә, sәlah vә tәrәqqi dә olmaz. Vә buna biz özümüz şahid olduq. Neçә dәfәlәr bәzi mühüm vә lazımlı mәslәhәtlәr üçün bәyzadә vә xanzadәlәr vә rәiyyәt tayfasının ağsaqqalları bir yerә cәm olub, müşavirә vә müzakirә etdilәrsә dә, axırda mәniyyәti-qәrәzi-nәfsi vә mәnfәәti-şәxsi ucundan aralığa ixtilaf saldılar. Birlәşib, yekdil vә yekcәhәt olub, ümumi mәsәlәlәr irәli yeritmәk әvәzinә neçә-neçә firqәyә bölünüb bir-biri ilә büğz vә әdavәt başladılar. İş yatdı, mәslәhәt pozuldu, millәt vә islamiyyәt unuduldu. Fitnә vә fәsad qalxdı, oğrular vә yol kәsәnlәr ölkәni çapıb talan elәdilәr. Yenә Zakir әleyhirrәhmәnin әlli sәnә bundan әvvәl yazdıqları yadıma düşdü. Öz dostu Mirzә Mehdiyә belә yazmışdı:
 
Canә yetdim dәrdü qәmi möhnәtdәn,
Qurtarmadım әndişәdәn, xiffәtdәn,
Başımı götürüb, bu vilayәtdәn
Getmәliyәm bir diyara, әzizim!
 
Bizlәr kimi bir-birinin bәdxahı
Tapılmaz, gәzәsәn alәmi dahı,
Onun üçün qәzәb edib ilahı,
Xayinik aşnaya, yara, әzizim!
 
Yenә tәzә oğurlanıb bir yabım,
Dәxi ziyanlığa qalmayıb tabım,
Budur sizә әvvәl-axır cavabım.
Bu işә eylәyin çara, әzizim!
 
Fәqir-füqәranın qoyunu, malı
Yarım saat deyil xәtadan xalı,
Sakit, etmişdiniz bu qiyl-qalı,
Yenә qarışıbdır ara, әzizim!
 
Filhәqiqә, Cavanşirdә oğurluq ziyadә şiddәt edibdir vә bu halda fәqir-füqәranın malı bir dәqiqә xәtadan xali deyil. Nә divanda bir hökumәt var ki, oğrulara tәnbih edә vә nә camaatın özündә bir tәdbir vә sәlah var ki, öz içlәrindә olan bәd vә bihesab işlәrә çarә qıla. Cavanşiri biz bu pәrişan halda qoyub, yenә gürcülәrin içinә qayıtdıq. Cavanşir bәlkә keçmişdә hәqiqәtәn "Cavan şir" imiş, amma indi o "Cavan şir" "Qoca şir" olubdur....

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR