Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Nişat Şirvani

Firidun bəy Köçərli - Nişat Şirvani
Sakura

Firidun bəy Köçərli - Nişat Şirvani

Nişat Şirvani Ağamәsihin müasiri imiş. Şirvan şairlәrinin mötәbәrlәrindәn birisi hesab olunur, Nişat hәqiqәt әhli olduğu üçün zahiri zöhdü tәqvanı vә riyai ibadәti sevmәz imiş vә şerlәrinin çoxunda xudbin vaizlәrә vә müdәmmәq abidlәrә dolaşarmış. Heyfa ki, Nişatın tәrcümeyi-halına dair mәlumat cәm edә bilmәdik.
  
Ağamәsihlә onun hәmәsr olduğu әşarından görünür. Mәlum olduğuna görә, hәr iki şair ömürlәrinin çoxunu başqa diyar vә ölkәlәrdә sәyyahlıqla keçiriblәr vә sәyahәt etdiklәri vilayәtlәrin әksәri İran mәmlәkәtindә olan vilayәtlәr olubdur vә İran şüәra vә ürәfasından tәhsili-kәmalat etmişlәr. Vә lakin Nişat qürbәt vilayәtlәrdә kamal vә tәcrübә kәsb edibsә dә, xeyli mәşәqqәt vә zәhmәtlәrә dәxi düçar olubdur. Necә ki, bu xüsusda bir qәzәlindә yazır:
 
Qürbәtdә rәhi-sәbdә әsbabi-sәfәr tәk
Asudәliyim olmadı hәr mәnzilә düşdüm.
 
Gәr misli-hübab özgә hәva başıma düşdü,
Bir dәmdә evim tikdimü yıxdım, yola düşdüm.
 
Üz görmәdim әzbәs ki, Nişat, әhli-vәtәndәn,
Bu vәch ilәdir kim, baş alıb hәr elә düşdüm.
  
Aşağıda yazılan qәzәl Ağamәsihin diqqәtini cәlb edib, ona cavab yazmağa şairi vadar etmişdir.
 
Qәzәli-Nişat:
 
Şuri-cünun aşiqin başına rifәt verir,
Hәr kәsә dünyadә, hәq әqlicә dövlәt verir.
 
Qanım içirkәn bulur çeşminә eyni-sәfa,
Öylә ki, meyxarәlәr bәzminә zinәt verir.
 
Handa ki, görsәn, könül, yarı, dolan başına,
Sanma ki, dövran sәnә bir dәxi fürsәt verir.
 
Surәti-halın demәk aşiqә lazım deyil,
Üz verә iqbal әgәr, eşq özü surәt verir.
 
Gövhәri-nәzmin, Nişat, eylәmә hәr yerdә sәrf,
Bir belә bazardә kim ona qiymәt verir?
 
Bunun cavabında Ağamәsih yazmışdır:
 
Aşiqә tәlimi-yar feyzi-bәşarәt verir,
Necә ki, gül bülbülә dәrsi-fәsahәt verir.
 
Ol sәhiqәd, püstәlәb gülşәnә olsa rәvan,
Qönçәni dilgir edәr, sәrvә xәcalәt verir.
 
Әmmәyә mümkün ola gәr lәbi-dildardәn,
Çeşmeyi-heyvan kimi gör necә lәzzәt verir.
 
Vaiz özü hurilәr vәsfi ilә zövq edәr,
Tәrki-meyü eşq edin--xәlqә nәsihәt verir.
 
Duzәx özü söylәnir şiddәti mәşhurdur,
Canda fәraq atәşi özgә hәrarәt verir.
 
Çәrxә vәfa bağlama, eyş edә gör vәqt ikәn,
Vәdә irişsә, әcәl sanma ki, fürsәt verir.
 
Gövhәri-nәzmin, Nişat, düşsә Mәsih әlinә,
Rayici-bazar edәr, alәmә şöhrәt verir.
  
Ağamәsihin axırkı beyti Nişatın xoştәb vә şirinkәlam bir şair olduğunu göstәrir. Nişatın öz әsәrlәri dәxi onun fünuni-şerdә mahir vә qabil olduğunu bildirir. O әsәrlәrdәn bir neçәsi burada yazılır.
 
Qәzәli-Nişat:
 
Sәnin fәrşin ki, zahid, buriyadır,
Hәqiqәt mәnzilindә bu riyadır.
 
Riyadır zahidin gәrçi namazı-- 
Vә lakin xәlq içindә xoş әdadır.
 
Nigahından ol ahuçeşmin, ey dil,
Özün saxla kim, ol eyni-xәtadır.
 
Düşәr güzgüyә daim әksi-canan,
Könül saf olsa, hәr mәtlәb rәvadır.
 
Әcәb yox, türrәsindәn olmuşam şad,
Mәnim bәxtim ki, var başdan qaradır.
 
Nişatın könlünü incitmә, ey şux,
Sәnә nifrin edәr, әhli-duadır.
 
Yenә qәzәli-Nişat:
 
Qönçә tәk eldәn kişi sirrin nihan etmәk gәrәk,
Aşiqi-yekrәng olan bağrını qan etmәk gәrәk.
 
Müşkül işdir dәrdi hәr bidәrdә izhar eylәmәk,
Dәrdi bir dәrd әhlinә şәrhü bәyan etmәk gәrәk.
 
Xәlqdәn qәti-әdaqә eylәyib әnqa kimi,
Bir qәnaәt guşәsindә aşiyan etmәk gәrәk.
 
Yaxşı gündә bilmәk olmaz kim, dәyanәt kimdәdir,
Yaxşı yoldaşı yaman gün imtәhan etmәk gәrәk.
 
Ey Nişat, ox tәk sözümdәn hәr kimә sәhm eylәnir,
Böylәdir, doğru sözü xatirnişan etmәk gәrәk.
 
Nişatın bu qәzәli hikmәt vә tәcrübә üzü ilә deyilmiş şerlәrdir. Şair hәr nakәsә sirri-zәmiri açıb söylәmәkdәn insana ariz olan zәrәri tәcrübә ilә müşahidә edib nәsihәt üzü ilә tövsiyә edir ki, kişi olan gәrәkdir qönçә tәk sirrini xalqdan pünhan saxlasın, ta ki, öz muradına vasil ola bilsin. Peyğәmbәrimiz Mәhәmmәd әl-Mustafa dәxi buyurmuşdur ki, "hәr kәsә sirri әyan etmәk olmaz". Necә ki, Molla Rumi "Mәsnәvi"sindә bu babda yazmışdır:
 
Ta tәvani pişe-kәs mәgşay raz,
Bәr kәsi in dәr mәkon zinhar baz.
Çon ke әsrarәt nәhan dәr del şәvәd,
An moradәt zudtәr hasel şәvәd.
Qoft peyğәmbәr ke, hәr ke ser nәhoft,
Zud gәrdәd ba morade-xiş coft.
Dane çon әndәr zәmin penhan şәvәd,
Sәre-u sәrsәbzeye-bustan şәvәd.
Zәrro noğre gәr nәbudәndi nәhan,
Pәrvәreş key yaftәndi zire-kan. [1]
 
[1] Tərcüməsi:
Bacardığın qәdәr heç kәsin yanında sirr açma,
Amandır, bu qapını heç kәsә açma!
Әgәr sirrlәrin ürәyindә gizlәnәrsә,
O muradın tezliklә hasil olar.
Peyğәmbәr demişdir: hәr kim ki, sirri gizlәtsә,
Tezliklә öz muradına çatar.
Toxum torpaqda gizlәnәrsә,
Bostan bitkilәrinin başı olar.
Qızıl vә gümüş әgәr üstüörtülü olmasaydılar,
Onlar mәdәndә nә vaxt pәrvәriş tapardılar?!
 
Vә bu babda yenә әbәs deyilmәyibdir ki: "Sәr vermәk olar, sirri әyan elәmәk olmaz!" Doğrudan da insanın qәlbi karvansara deyil ki, yol ilә hәr ötüb keçәn onda özü üçün mәqam bulsun vә onun içindә olan yaxşı-yamanı görüb alәmә faş qılsın.
 
İnsan gәrәkdir sirrlәrini vә fikirlәrini sevsin vә cani-dil ilә onları ürәyindә bәslәyib hәddi-kәmala yetirsin vә sonra faş etmәyi lazım isә, faş elәsin vә bundan maәda hәr naәhlә vә hәr bidәrdә dәrdi-dili izhar etmәyin nә faydası? Bir kәs ki, sәnin dәrd vә qәminә şәrik olmayacaqdır vә sәnin xiffәt vә küdurәtini azaltmayacaqdır, ona daha dәrdi söylәmәkdәn nә hasil? Kişi dәrdini söylәsә dә, gәrәkdir dәrd әhlinә söylәsin vә bilmәk istәsin ki, dәrd әhli vә dusti-hәqiqi kimdir. Lazımdır dost adlandırdığı şәxsi yaman günündә, yәni sәnә bir yas vә müsibәt üz verәn halda imtahan edәsәn.
  
Hәr gah dostun yaman günündә dәyanәt göstәrib öz dostluq vә sәdaqәtindә möhkәm vә sabitqәdәm olsa, o, hәqiqi dostdur. Vә illa yaxşı gündә, әldә var vә dövlәt olan zamanı hamı sәnә dost vә xeyirxah olacaqdır. Odur ki, şair deyir:
 
Yaxşı gündә bilmәk olmaz kim, dәyanәt kimdәdir,
Yaxşı yoldaşı yaman gün imtәhan etmәk gәrәk.
  
Amma Nişatın bir arzu vә xahişini haqq vә savab görә bilmәdik. O isә xalqdan qәti-әlaqә edib әnqa kimi qәnaәt kuşәsindә aşiyan etmәkdir. Nişatın bir tәrәf-dәn kuşәnişin abidlәri vә riyakar zahidlәri tәn vә mәlamәt edib, digәr tәrәfdәn özü guşәnişinlik arzu etmәsi bir növ qәribә gәlir vә bir dә islamda röhba-niyyәt olmadığı üçün müslüm gәrәkdir xalq içindә, hәmçinsi arasında dolanıb, onlar ilә müaşirәt elәsin, xalqa kömәk vә nәf yetirsin, xalqa, din vә vәtәnә hüsni-xidmәtlәr göstәrib hәr ikisinin tәrәqqi vә tәalisi yolunda sәrfi-himmәt etsin. Guşәnişinlik böyük bir hünәr deyil ki, onu arzu edib, әmәli qeyrilәrә dәxi töv-siyә olunsun.
  
Nişat Şirvaninin yuxarıda zikr olunan qәzәllәrindәn başqa daha da bir çox gözәl müxәmmәslәri vә mürәbbeatları vardır ki, cümlәsinә mәcmuәmizdә yer yoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR