Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Müsəlman müəllimlərinin hümməti

Firidun bəy Köçərli - Müsəlman müəllimlərinin hümməti
Sakura

Firidun bəy Köçərli - Müsəlman müəllimlərinin hümməti

Hәr sәnә yay fәslindә Şuşa şәhәrinә elm vә mәrifәt tәhsil edәnlәrimizdәn, -- xah müәllimlәr olsun, xah studentlәr vә xah dövlәti qulluqlarda olan cavanlardan, -- böyük bir cәmiyyәt yığışıb, millәt vә vәtәnә xidmәt etmәk fikrinә düşürlәr. Bunların mabeynlәrindә ülfәt vә rәfaqәt vüquә gәlib ittihad vә ittifaqın binası bir növ möhkәmlәşir vә bacardıqları qәdәr vәtәnlәrinә nәf vә fayda yetirirlәr. Xüsusәn bu yolda artıq hümmәt vә qeyrәt göstәrәn müsәlman müәllimlәri olur. Doqquz ay qürbәt vilayәtlәrdә, uzaq kәndlәrdә vә şәhәrlәrdә tәlim vә tәdrisә mәşğul olub artıq mәşәqqәt çәkib üç ay yay fәslini dәxi istirahәt vә asayiş ilә keçirmәyi özlәrinә rәva görmürlәr.
 
Belә ki, iyul ayının 24-cü günü buradakı şәhәr mәktәbindә tәlim alan fәqir şagirdlәrin nәfi üçün müәllimlәrin hümmәti ilә türk dilindә bir komediya göstәrildi. Müsәlmanlardan xeyli camaat: nücәbadan, tüccardan vә sair әsnafdan tamaşa üçün teatroya toplaşdılar. Oynanan mәrhum Mirzә Fәtәli Axundovun әsәrlәrindәn mәşhur "Hacı Qara" vә yaxud "Mәrdi-xәsis" komediyası idi. Әgәrçi bu komediya kәrrat ilә Şuşa şәhәrindә iraә olunubdur vә onun mәzmunu şәhәr әhlinin çoxuna mәlumdur, bainhәmә komediya әsla әksilmәyib hamıya xoş gәlir. Әlbәttә, mәrhum Axundov kimi kamil, dәqiq, baxәbәr vә ziyadә tәcrübәli vücudun әsәri dәxi hәmişә hәyat üzrә baqi qalacaqdır.
 
"Hacı Qara" bir sayaq doğru vә düz yazılıbdır ki, bu mәrdi-xәsisin әxlaqi-әtvari, xәsasәt vә lәimliyi, cifәyi-dünya üçün dini vә imanı vә hәtta әziz canı fәnayә vermәsi, dünya malı üçün yalan söylәmәyi, and içmәyi bir tövr tәhlil olunubdur ki, guya mәrhum Mirzә bütün ömrünü mәzkur Hacı ilә bir yerdә keçiribdir vә onun ürәyindә olan fikirlәrini, hәr bir cüzi hәrәkәt vә rәftarını, adab vә әxlaqını layiqincә öyrәnibdir. Bu mәharәt vә rümuzşünaslıq ancaq Mirzә Fәtәli kimi kamil vә ustadi-qabil kimsәlәrin qәlәmindәn vücuda gәlә bilәr. Әgәr biz mәrhum Mirzә Fәtәlini firәnglәrin Molyerinә vә rusların Qoqoluna tәşbeh etsәk, sәhv etmәmiş oluruz.
 
Komediyada oynayan cavanların cümlәsi öz rollarını yaxşı yerinә yetirib tamaşaya cәm olanları ziyadә fәrәhnak vә xoşhal etdilәr. Artıq mәharәt vә hünәr göstәrәnlәr bunlardır: Yusif bәy Haqnәzәrov, Hәsәnәli bәy Sarıcallı, Mirzәcamalov Mәhәmmәd Hәsәn bәy, Fәrhad bәy Köçәrlinski, Cavad bәy Bağırbәyov. Bu cavanlar kәrrat ilә ssenaya çağırılıb, tәhsin vә afәrin sәdasını istima etmәk ilә xoşhal oldular. Bu işdә artıq zәhmәt çәkәnlәrdәn birisi dә cәnab Lütfәli bәy Behbudov idi ki, bilet satmağa vә komediyanın mühüm işlәrinә mübaşir olmuşdu. Teatrdan cәm olan mәblәğ mәxaric vә mәsarifdәn başqa iki yüz manatdan ziyadәdir. Belә ki, fәqir vә kasıb şagirdlәrimizә böyük kömәk olundu. Qeyrәtmәnd cavanlarımızın xahişi var ki, iki-üç dәfә belә komediya tәrtib vә tәşkil edib, möhtac vә çarәsizlәrimizә müavәnәt göstәrsinlәr. Allah onlardan razı olsun vә tofiq әta elәsin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR