Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Mirzə Hüsen "Zülali" təxəllüs

Firidun bəy Köçərli - Mirzə Hüsen "Zülali" təxəllüs
Sakura

Firidun bəy Köçərli - Mirzə Hüsen "Zülali" təxəllüs

Mirzә Hüseyn Zülali әslәn şirvanlıdır. Tәrcümeyi-halına dair mәlumat cәm edә bilmәdik. Eşitdiyimizә görә, Zülalinin nәslindәn Şәmsәddin ismindә vә Zülalov familiyasında bir şәxs sabiqdә Gәncә şәhәrindә poçt-teleqraf kantorasında xidmәt edirmiş. Mumiileyhә kağız göndәrib Mirzә Hüseynin haqqında mәlumat istәdik, vәli cavabi-namә gәlmәdi. Zülalinin әsәrlәrindәn ancaq bir qәzәl tapdıq ki, zeyldә dәrc olunur:
 
Qәzәli-Mirzә Hüseyn Zülali:
 
Gülü gülzarı dünyanın cәfayi-xarına dәymәz,
Meyi-gülgun xumarı verdiyi azarına dәymәz.
 
Ola Qarun tәk gәncin, müsaid olsa iqbalın,
Çәkәn hәsrәt gedәn dәm dövlәtin idbarına dәymәz.
 
Güzidә mәkulatın lәzzәtin bilmәk fәna üzrә
Bәqa zәqquminin bir qәtrә zәhrimarına dәymәz.
 
Әgәr kamil ola ol meypәrәstin әqli başında,
Gәlib meyxanәnin hәr gün başi divarına dәymәz.
 
Qoyub xәllaqını mәxluqdәn hәr kim dilәr rizqin,
Onun «amәntü billah» etdiyi iqrarına dәymәz.
 
Zülali bәzmi-ürfanda әgәr lafü gәzaf etsә,
İnanman doğrudur göftarı, bu girdarına dәymәz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR