Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Mirzə Fətəli Axundov (IV hissə)

Firidun bəy Köçərli - Mirzə Fətəli Axundov (IV hissə)
Sakura

Firidun bəy Köçərli - Mirzə Fətəli Axundov (IV hissə)

Zakir Qarabağ mahalında vüqua gәlәn әhvalat vә güzarişatdan vә orada sakin olan nücәba, ürәfavü ülәma sinfinin әfalü әmalından vә xususәn divan әmәlәsinin bәd vә bihesab işlәrindәn, elat vә dehat әhlinin dolanacağından vә tәrzi-mәişәtindәn mәlumat tonlayıb, vaxtbevaxt sadә vә gözәl şerlәr vasitәsilә yazıb dostuna göndәrәrmiş.

 
Zakirin tәrcümeyi-halını yazdıqda mәzkur namәlәrdәn nümunәlәr göstәrmişik; oraya rücu etmәli.
 
Zakir xalqının dilini vә dolanacağını çox yaxşı bildiyi uçün Mirzә Fәtәliyә yazdığı namәlәrdә özünün hәqiqi milli bir şair olduğunu göstәrmişdir. Mirzә Fәtәli isә hәr şeydәn artıq dost tutduğu öz millәtinin sadә dili vә sadә dolanacağı olduğu üçün Zakirin bu milli ruhuna vә milli әdasına artıq dәrәcәdә әhәmiyyәt verәrmiş vә necә ki, yuxarıda zikr olundu, bәzilәrin rәvayәtinә görә, «Hacı Qara» tәmsilatının әslü binasını vә Mәrdi-xәsisin keyfiyyәti-halını Mirzә Fәtәliyә mәrhum Qasım bәy nәql edibdir vә hәmçinin hәkimi-nәbatat Müsyö Cordanın sәrgüzәştinә dair bir para tәfsilatı mәrhum Axundov Zakirin dilindәn yazıbdır. Vәli Mirzә Fәtәli bu hekayәtlәri qәribә bir dona geydirib, mislü bәrabәri olmayan komediyalar vücuda gәtiribdir.
 
Sabiqdә zikr olunduğu üzrә mәrhum Mirzә Fәtәli dostluqda artıq sәdaqәt vә etibar göstәrib, Qasım bәyin xilası yolunda çox çalışıb vә axırda onun tәmizә çıxıb vәtәninә qayıtmağına sәbәb olur. Bu barәdә Zakir dostunu tәrif edib yazır:
 
Aşina, müsahib, yaru hәmsayә
Lazımdır yetişә qövrә, harayә;
Kitabәtin dәyәr mülki-dünyayә,
Nә hacәt istәmәk simü zәr sәndәn.
 
Tәk yaradıb sәni vahidü yekta,
Әxlaqına, әtvarına mәrhәba!
Neylәmisәn Molla Sәfi, Bәybaba --
Mәmnundu, әzizim, bu qәdәr sәndәn?
 
O vilanın yoxdur bu yer tәk pisi,
Tәqәllübü, hәrzәkarı, xәbisi;
Yaxşı gördüm tamam әhli-Tiflisi,
Razıyam, nәhayәt, biştәr sәndәn.
 
Mirzә Fәtәlinin Qasım bәyә yazdığı namәlәrdәn ancaq bir mәnzumә әlә düşdü ki, burada dәrc olunur. Bu mәktubu Mirzә Fәtәli dostu Zakirә yazıbdır 1271-ci tarixdә mәhәrrәm ayının ibtidasında Mehdiqulu xanın qızı Xurşidbanu bәyim Natavan haqqında. Mәktubdan belә mәlum olur ki, o vaxtları Qasım bәy xan qızına yaxın imiş. Mirzeyi-mәrhumun yazdığı qafiyәlәr zarafat tәriqi ilәdir:
 
Qasım bәy, eşitdim yaxın olubsan --
Xan qızına, axır nәdir bu rәftar?
Edibsәn xubları yüz il imtahan,
Eylәrsәn onlara yenә etibar?
 
Yeyib otağında şamü naharın,
Kәsdiribsәn yasdığının kәnarın,
Eşidirsәn şirin-şirii göftarın,
Kişi, sәnin, vallah, әcәb işin var?
 
Dediyin qafiyә ona xoş gәlib,
Qaçan bәxtin indi sәnә tuş gәlib,
Sevdalı başına tәzә huş gәlib,
Tәәccüb eylәrәm büsyarü büsyar.
 
Sәni pәrivәşlәr salıb bu halә,
Döndәriblәr әlif qәddini dalә,
Çәkәrdin onlardan hәmişә nalә,
Nәdir yenә dildә әzbәr olub yar?
 
Xan qızı mәhvәşdir, el bilir, alәm
Mәhvәşlәr atәşdir, bizik әqli kәm,
Yüz il xidmәt edә oda bir adәm,
Yenә düşәn dәmdә ona, bil, yanar.
 
Xudadan istәrәm versin muradın,
Yamanlığa hәrgiz çәkmәzәm adın,
Yolunda zәhmәtin, rәnci-ziyadın
Mәn çәkdim, o etdi mәni şәrmsar.
 
Өzgә cәfalarım dursun kәnarә,
Nә lazım hәr birin salmaq şümarә?
Xeyr işinә onun mәn o diyarә
Şadü xürrәm getdim, qayıtdım bәs xar.
 
O qafiyәn mәnә çox etdi әsәr,
Qalmadı könlümdә ondan bir kәdәr;
Novcәvandır, tәkdir, izәdi-davәr
Eylәsin ömründә onu kamkar.
 
Rәvadırmı çәkә bixürdü bixab
Bәstәri-möhnәtdә bu qәdәr әzab?
Duayi-xeyrinә eylәyin şitab
Siz dә mәnim kimi hәr leylü nәhar.
 
Belә pәriruyin, heç sәni tarı,
Rәvadırmı qәmdәn sola üzarı?
Hәm xәlәfdәn xali ola kәnarı?
Olsun ona mövlam yavәrü qәmxar.
 
Mәnim var gәrçi bir az günahım,
Sәn get hüzuruna, ol üzrxahım,
Söylә ki, ey şahım, ey qiblәgahım,
İncimә, gәr etdim şikayәt izhar!
 
Mirzә Fәtәlinin bu qafiyәlәri sadә vә rәvanlıqda Zakirin kәlamına bәnzәyir. Çox ehtimal var ki, Zakirә dәxi bu şivәdә açıq lisan ilә şer yazmağı Mirzә Fәtәli öyrәtmiş olsun. İbtidayi-kәlamda Mirzә Fәtәli Xurşidbanu bәyimdәn bir azacıq gilayә edib, onun mirzәyә nisbәt izhar qıldığı kәmetinalığına işarә edir. Bundan mәlum olur ki, onların mabeynindә cüzi bir soyuqluq bәhәmә gәlibmiş. Vәli kәlamın axırında pakzәmir mirzә öz xәtasını müqirr olub, dostu Zakirdәn tәvәqqe elәyir ki, xan qızının hüzuruna gedib üzrxahlıq etsin vә şikayәt izhar qılmağından rәncidә-xatir olmasın.
 
Mirzә Fәtәlinin bu kağızı Xurşidbanu bәyimin bәstәri-qәmdә mәrizә olduğu zamanü hala tәsadüf edir vә yәqinlik hasil olur ki, mirzeyi-mәrhum bu şerlәri Qasım bәyin kәlamını oxuyandan sonra yazıbdır. Qasım bәyin kәlamından belә anlaşılır ki, Xurşidbanu bәyimin knyaz Xasaya getdikdәn sonra bir müddәt övladı olmayıb vә övlad ümidi ilә ol mәrhumә özünә müalicә etdirib ondan naxoş olubdur. Bu әhvalın haqq vә doğruluğu Zakirin vә Mirzә Fәtәlinin qafiyәlәrindәn aşikarәn görünür.
 
Zakir yazır:
 
Sipәhri-bәrinin hilalı sәnsәn,
Şәrafәtdә mәlәk misalı sәnsәn,
Gülşәni-Xәlilin nihalı sәnsәn,
Barvәr istәrәm xudadәn sәni.
 
Mәsihi çıxardan әrşi-alayә,
Salan üftadәlәr başına sayә,
Yetmişdә İshaqı verәn Sarayә
Qurtarsın bu rәncü inadәn sәni.
 
Xan qızının müalicә etmәyinә işarә:
 
Çubi-çini nәdir, qiblәsәn, nәsәn,
Tәәccüb eylәrәm bu әhvalә mәn;
Dәstgirin olsun Hüseynü Hәsәn,
Fәrağәt olasan cәfadәn sәni.
 
Axundov yazır:
 
O qafiyәn mәnә çox etdi әsәr,
Qalmadı könlümdә ondan bir kәdәr,
Nocәvandır, tәkdir, izәdi-davәr
Eylәsin ömründә onu kamgar.
 
Belә pәriruyin, heç sәni tarı,
Rәvadırmı qәmdәn sola üzarı?
Hәm xәlәfdәn xali ola kәnarı?
Olsun ona mövlam yavәrü qәmxar.
 
Eşitdiyimizә görә, Mirzә Fәtәlinin burada zikr olunan әsәrlәrindәn әlavә yenә dә bir çox farsi vә türki әşarı vardır vә lakin, mәәttәәssüf, onları әlә gәtirә bilmәdik vә hәmçinin Rzaqulu xan «Hidayәt» tәxәllüsün tarixinә yazdığı tәnqidini vә Tehran şairi «Süruş» tәxәllüsün qәsidәsinә tәhrir etdiyi iradları axtardıq, tapa bilmәdik. Bu әsәrlәri Axundovun möhtәrәm fәrzәndi Rәşid bәy bizә vәd etmişdi, heyfa ki, ona da әcәl fürsәt vermәdi.
 
Mirzә Fәtәli Axundovun әsәrlәri әlli-altmış sәnә olar ki, çapdan çıxıb aramızda intişar tapıbdır. Vәli onların bizә çәndan tәsiri keçmәyibdir vә mirzeyi-mәrhumun qәdri bilinmәyibdir.
 
Әgәr müsәlmanlar bilümum vә Zaqafqaziya türklәri bilxüsus o mәrhumun qәdrini bilsә idik, haqqında bir yaxşılıq vә ehsanat edәrdik; yadigaranәsi üçün onun adına mәktәblәr, kütübxanalar, teatrlar açardıq, stipendiyalar tәyin edәrdik vә bir çox gözәl işlәrimiz ilә qәdirşünaslıq vәzifәsini ifa edәrdik. Hәlә ki, meydanda gözә gәlәn bir şey yoxdur, bәqeyr әzan ki, 1911-ci tarixdә mәrhum Axundovun tәvәllüdündәn yüz il keçmәk münasibәti ilә Bakıda, Tiflisdә vә Zaqafqaziyanın sair şәhәrlәrindә yubiley tәrtib olunub, onun komediyalarından bәzilәri sәhneyi-tamaşaya qoyulub vә xatirinә bir neçәlәri tәrәfindәn mütәәssir nitqlәr söylәnib, bununla qәdirbilmәklik vә haqqşünaslıq vәzifәsi әda olundu.
 
Bu yubileydә söylәnәn nitqlәrdә çox böyük vәdәlәr verildisә dә, çox arzulardan dәm vuruldusa da, vәli heç birinә әmәl olunmadı. Hәtta Axundovun әsәrlәrinin -- ki, әlan onlar nadir tapılır, -- tәzә çapına da şüru olunmadı. Bu yubileydәn nәticeyi-xeyir olaraq ancaq iki xırdaca әsәr qaldı. Onlardan birisi möhtәrәm Әbdürrәhim bәy Haqverdiyevin yazdığı «Xәyalat»dır ki, bir mәclisdә mәrhum Mirzә Fәtәlinin yüz illik yubilәsi (yövmi-alisi) münasibәtilә tәrtib olunmuşdur. İkincisi hәqirin «Mirzә Fәtәli Axundov» sәrlövhәsilә yazdığı risaleyi-yadigaranәdir ki, bu da mәrhumun tәvәllüdündәn yüz il mürur etmәk münasibәtilә tәhrir qılınmışdır.
 
[10]-Mirzә Fәtәlinin yövmi-alisi münasibәtilә yazılmış mәnzumatdan bәrgüzidәsi möhtәrәm Abbas ağa Qaibov Nazirin kәlamıdır ki, aşağıda dәrc olunacaqdır.
 
Mirzә Fәtәlinin qәdrü qiymәtini bilmәdiyimiz üçün onun әsәrlәrinә dә әhәmiyyәt vermәdik; onlardan hissә almadıq. Әgәr mirzәnin yazdıqlarına diqqәt yetirsәydik vә onlara әmәl etsәydik, әlbәttә, bu qәdәr tәnәzzül etmәzdik vә bu qәdәr dalda qalmazdıq. Başlayaq bir-bir sadalamağa:
 
Birinci bu ki, әgәr әlifbamıza tәğyir verib hürufatımızı asanlaşdırsaydıq, oxumaq vә yazmaq alatü әsbabını qaydaya salsaydıq, tәlim vә tәdrisdә bu qәdәr çәtinliyә düçar olmazdıq. Az vaxtda oxumaq vә yazmaq öyrәnib, çox elmü fәnnlәrә dara olardıq. Mәktәblәr küncündә cavan vә gözәl ömürlәr çürüyüb badi-fәnaya getmәzdi. Bizim içimizdә dәxi böyük vә mәşhur ülәma vә hükәma zühur edәrdi; müqtәdir әdiblәr vә qabil yazıçılar, şairlәr görsәnәrdi; dilimiz vә yazımız qaydaya düşüb rövnәq tapardı.
 
İkinci, Axundov komediyalarında göstәrdiyi eyiblәrimizә diqqәt yetirib, onların dәfinә vә islahına çalışsaydıq, bu qәdәr avam qalmazdıq, içimizdә, dolanacağımızda müşahidә olunan küfrü zәlalәt vә xilafi-әqlü qanun әmәllәr cari olmazdı. Oğruluqdan vә әyrilikdәn ikrah edib daşınardıq; halal kәsb dalısınca gedib şәnü hörmәt kәsb edәrdik; zindanxanalar vә mәhbәsxanalar müsәlmanlar ilә dolu olmazdı.
 
Üçüncü, arvadlarımıza tәlim vә tәrbiyә verib, onlar ilә hüsni-müamilә etsәydik, hüquq vә ixtiyarlarını müraat edib zülm etmәsәydik, bu vaxta qәdәr avam halında qalmazdılar, caduya vә bitiyә inanmazdılar; övladlarına gözәl tәrbiyә verәrdilәr; әrlәrinә vә qardaşlarına çox işlәrdә kömәkçi olub, mәişәtimizә rövnәq vә ziynәt verәrdilәr; yaxşı işlәrә bizi qeyrәtlәndirib, fәna işlәrdәn vә qәbih әmәllәrdәn çәkindirәrdilәr, daşındırardılar; vәtәnpәrvәrlik vә millәtpәrәstlik vә dindarlıq kimi uca vә müqәddәs hisslәri bizim qәlbimizdә oyadıb bәslәrdilәr.
 
Dördüncü, müsәlman mәmlәkәtlәrindә, xüsusәn İranzәmindә ümuri-dövlәtә mübaşir olan vüzәravü vükәla vә sair әrkani-sәltәnәt -- ki, Mirzә Fәtәlinin әsrindәn indiyә kimi gәlib gediblәr, -- «Aldanmış kәvakib»dә zikr olunan qüsurlarına diqqәt yetirib mәmlәkәtlәrinin mәmuru vә sәlahı üçün sәrfi-himmәt etsәydilәr, Yusif şah öz müvәqqәti әyyami-sәltәnәtindә işlәtdiyi binagüzarlıqları vә tәdbirlәri icra etsәy-
dilәr, müsәlman mәmlәkәtlәri hәrgiz belә fәna vә pozğun hala düşmәzdi vә әcnәbi millәtlәrin çәngali-tәsәrrüfünә keçmәzdi. Onlar da sair dövlәtlәr kimi qüvvәt vә miknәt kәsb edib әmnü asayiş üzrә yaşardı.
 
Bu tedad etdiyimiz eyib vә nöqsanlarımızdan maәda Mirzә Fәtәli yenә dә bir çox tәsәvvürlәrimizi, köhnә adat vә ayinlәrimizi istehza tәriqi ilә öz komediyalarında göstәribdir. Amma onlar bizim diqqәtimizi cәlb etmәyibdir vә haman köhnә adәtlәr vә batil әqidәlәr üzrә yaşamaqda varıq. Mirzә Fәtәlini, necә ki, lazımdır, biz tanımamışıq vә әsәrlәrini diqqәt ilә oxuyub öyrәnmәmişik. O mәrhum öz әsrinin hәkimi-rövşәnzәmiri vә filosofu olubdur. Onun kimi dәrin fikirli, dәqiq vә ruhşünas bir әdib Azәrbaycan türklәrinin arasında bu vaxtadәk vücuda gәlmәyibdir.
 
Axundov öz zamanının Tolstoyu vә Musabәyovu olubdur. Vәli onun qәdri bilinmәyibdir. Azadә fikirli, saf әqidәli vә әqli-sәlimә itaәt edici bir vücud olduğu üçün çoxları onu bidin vә lamәzhәb adlandırıb tәkfir edәrlәrmiş. Әqidәsi ucundan onun әn yaxın dostları vә әqrәbası axırda ondan üz çöndәrib iba etmişlәr vә vәfatında tәşyiyi-cәnazәsinә vә namazına bir kәs gәlmәyib, dörd nәfәr hammal artıq әhanәtlә ol mәrhumun tabutunu mәzarıstana aparıb, namazsız, duasız vә tәlqinsiz dәfn etmişlәr.
 
İndi dә Mirzә Fәtәli Axundovun adı zikr olunanda üzlәrini turşaldan saluslar az deyildir. O cümlәdәn, «Riyazül-aşiqin» sahibi M. Müctәhidzadә kitabının dibaçәsindә vәsf qıldığı İskәndәr bәy Rüstәmbәyovdur ki, bәndeyi-hәqirin Mirzә Fәtәli Axundovun tәvәllüdündәn yüz il mürur etmәk münasibәtilә tәrtib etdiyi risaleyi-yadigaranәni görüb dә mütәğәyyirhal olmuşdur vә bizim haqqımızda nasәza sözlәr söylәmişdir ki, «Mirzә Fәtәli Axundov kimi lamәzhәb şәxsi yad edib, onun şәnindә kitab yazan özü dә gәrәkdir mürtәd olsun».
 
Bilmәk gәrәkdir ki, İskәndәr bәy Rüstәmbәyov özü dә әdiblik iddiasında olub, şer vә qәzәl demәklә fәxarәt elәyir. «Riyazül-aşiqin» sahibi kitabını onun sәlahdidi ilә tәrtib qılmışdır vә ol cәnabı bu günә vәsf edir: «Hicrәtin min üç yüz iyirmi beşindә bir gün cәnab sәrkar İskәndәr bәy Rüstәmbәyov -- ki, cümleyi-әyani-vilayәtdәn darayi-zәkavәtü mәrifәt [idi] vә iqlimi-danişu kiyasәtdә vaqeәn İskәndәri-zaman vә zülmati-Qarabar içrә abaәn cәdd çün abi-hәyat mәnbәi-cövdü ehsani idilәr, -- hüzuruna müşәrrәf olub, ayineyi-qәlbimdә müsәvvәr olan müddәamı nişan verdim vә şәraiti-bәndәliyi yerinә yetirdim. Mumaileyh isә zәbani-gövhәrnisarı ilә buyurdular ki, gәrәk bir töxmi-yadigar mәzrәeyi-ruzigardә әkmәk ki, әbnayi-vәtәn ondan nәfbәrdar olsunlar vә mütaliәsindәn [fayda) tәhsil edәnlәr müәllifinә rәhmәt oxusunlar. Vә bir mәcmuә yazılmaq gәrәkdir ki, hәr sәhifәsi qeyrәti-arizi-hur vә hәr sәtri rәşki-zülfi-qılmani-behişti-biqüsur ola vә röyәt edәnlәr mail vә qәmlәri zail olub, bu sözlәrә mütәrәnnim olsunlar:
 
Vәh-vәh bu nә riyazdır, ey әndәlibi-can,
Yoxsa behişt qitәsidir olmayır xәzan» i. a.
 
Bәli, «iqlimi-daniş vә kiyasәtdә vaqeәn İskәndәri-zaman vә zülmati-Qarabağ içrә çün abi-hәyat mәnbәi-cövdü ehsan» olan Rüstәmbәyov cәnabları Mirzә Fәtәli Axundov kimi müqtәdir әdiblәrimizә vә böyük mütәfәkkir vә reformatorlarımıza lәn oxuduqda işlәrimiz artıq sürәtlә surәt tapar, daha tәrәqqi etmәyimizә şübhә yeri qalmaz....
 
Beş yüz sәnә bundan müqәddәm Konstantski sobor ictimaı qәrardadı ilә Avropada Yan Qusu әqaidi-diviyyәsi vә azadeyi-әfkarı ucundan oda atıb yandırdılar. İndi bizim ondoqquzuncu әsrin axırlarında vә iyirminci әsrin ibtidasında, bu tәrәqqi dövründә yaşayan millәt vә camaatımız cәhalәt vә tәәssübdә Qusun әsrindә yaşayan fanatiklәrdәn dalda qalmayıblar. Әgәr Mirzә Fәtәlinin vә Hacı Seyid Әzimin müasirlәri әlindә ixtiyar vә hökumәt olsaydı, bilaşübhә, hәr ikisini oda atıb yandırardılar.
 
Yan Qus oda atılmazdan qabaq düşmәnlәrinә xitabәn dedi: «Yüz ildәn sonra bir laçın uçub gәlәr, onu tutub yandırmaq sizә müyәssәr olmaz». Filhәqiqә, Qusun oda atılmasından yüz il keçmiş mәşhur reformator Martin Lüter gәldi vә Rim papasları pozğun hala saldığı hәzrәt İsanın dinini qәllü qәşdәn tәmizlәyib safa çıxartdı.
 
İndi görәk Mirzә Fәtәli Axundovdan vә Hacı Seyid Әzim Şirvanidәn sonra -- ki, onlar müdam avam vә hiylәgәr ruhanilәrin tәzvir vә fәsadları ilә cәngdә olub, -- rütbәsiz bu dünyadan getdilәr, müsәlmanların da Lüteri zühur edib onları haqqa irşad qılacaqdırmı?
 
Mirzә Fәtәli Axundovun yüz illik yubilәsi münasibәtilә Abbas ağa Qaibzadә «Nazir» tәxәllüs yazdığı kәlamı burada dәrc etmәklә onun barәsindә bu qәdәr yazdığımıza hәlәlik iktifa edirik.
 
Kәlami-Nazir:
 
Ey әdibi-şәhiru bihәmta,
Mayeyi-fәxri-millәti-islam!
Ey xirәdmәndi-arifu dana,
Әhli-fәzlü kәmal, mәrdi-tamam!
 
Vәtәn övladı cәm olubdu bu gün --
Ki, sәni layiqincә yad etsin.
Göstәrib izzü ehtirami-bütün,
Sәnә ixlasın izdiyad etsin.
 
Bu nә xoş gün, nә yaxşı saәtdir,
Sәni fәxr ilә yad edir millәt;
Vәtәn üçün zәhi sәadәtdir --
Ki, oxur ruhi-pakına rәhmәt.
 
Millәtә şahrahi-elm açdın,
Mәrhәba, ey mühәndisi-qadir!
Vәtәnә töxmi-mәrifәt saçdın
Sәn, ey ustadi-kamilü mahir!
 
Eybü nöqsani-millәti bildin,
Etdin anı beeynihi tәsvir;
Әmәli-fasidin әyan qıldın,
Ta ki, islahına edә tәdbir.
 
Yәni yazdın sәn altı tәmsilat,
Bir hekayәt dә mülhәq etdin ona;
Eşidәn onu qaldı valehü mat,
Әl çalıb afәrinlәr etdi sәnә.
 
Millәtin müşkülata uğramağı
Xәtti-müşküldәn olduğun duydun;
Bilibәn özgә çarә olmamağı
Xәtti tәğyir üçün sәn әl qoydun.
 
Bir әlifbayi-tazә tәrh etdin,
Şivәsi xoş, oxunmağı asan;
Rәsmi-tәlimi zikrü şәrh etdin,
Qoymadın bir qüsuru bir nöqsan.
 
Mәtlәbi qanmamış әgәr dә avam,
Sәnә bәrәks getdi keçmişdә;
Bilmәmiş mәqsәdü mәramı tamam
Oldu mane sәnә bu xeyr işdә.
 
Bilmәdi ol ki, fikri batil imiş,
Sәrbәsәr xam imiş xәyalatı;
Mәhz sәndәn nicat hasil imiş,
Sәn imişsәn açan mühimmatı.
 
Vәtәnin borcunu sәn etdin әda,
Qәlbü vicdanın eylәdin rahәt;
Borclu qaldı vәtәn vә leyk sәnә,
Onu vadar edir bu gün qeyrәt --
 
Ki, sәnin borcunu әda etsin,
Ta ki, qәlbi tapa onun tәskin
Cümlә evladını nida etsin --
Ki, bu işdә ola şәrikü müin.
 
Nә sayaq borcu ol әda edәcәk?
Deyә bilmәm onu әlәttәyin;
Şәninә layiq iş bina edәcәk?
Deyә bilmәm bunu sәrihü yәqin

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR