Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Mirzə Fətəli Axundov (II hissə)

Firidun bəy Köçərli - Mirzə Fətəli Axundov (II hissə)
Sakura

Firidun bəy Köçərli - Mirzə Fətəli Axundov (II hissə)

Ә z i z d o s t u m R u h ü l q ü d s ә x i t a b
 
Çox şikayәt etdim, söz uzandı,
Vaz keçdim, bir daha sәni görmәyәcәyәm.
Bu işi, bu zәhmәt vә xәstәliyi başa çatdırmağı
Gәlәcәk nәslә tapşırdım.
 
Mәrhum Mirzә Fәtәlinin bu mәnzumәsi Firdövsi әleyhirrәhmәnin Soltan Mahmud Qәznәvinin haqqında yazdığı hәcvә bәnzәyir. Hәr iki kәlamın mәnbәyi bidadlıq vә әdalәtsizlikdәn naşi şikvә vә nalәlәrdir. Axundov ustadi-kamili olan Firdövsi-xoşnamә peyrәvilik etmәkdә artıq mәharәt göstәribdir. İran-zәmin vәzirlәrinә elә bir qara lәkә vә hәcv sikkәsi vurubdur ki, qiyamәtә kimi onu yumaq vә qazımaq ilә getmәyәcәkdir. Bәli, doğrudur:
 
Çu şair berәncәd bequyәd hica,
Bәmanәd hica ta qiyamәt beca. 
 
 Tərcüməsi:
Şair incisə həcv deyər.
Həcv isə qiyamətə kimi qalar.
 
       * * * * *
 
Mirzә Fәtәli Axundovun komediyalarına gәldikdә, qәti surәtdә deyә bilәrik ki, Qoqol rus vә Molyer firәng dram yazanlarının ustad vә pişrәvi olduğu kimi, mәrhum Axundov da türk-Azәrbaycan әdiblәrinin vә komediyanәvislәrinin atası vә yol göstәrәni olubdur. Onun komediyalarının mislini bizim Azәrbaycan türklәrinin dram yazanları hәlә bu vaxtadәk kamalınca yazıb yetirә bilmәyiblәr; vәli bunu dәxi inkar etmәk olmaz ki, Mirzә Fәtәlinin sayәsindә Nәcәfbәy Vәzirov vә Әbdürrәhimbәy Haqverdiyev kimi әhli-qәlәm, müqtәdir, sahibi-idrak vә kamal dramnәvislәr vücuda gәlibdir. Bunların hәr birisinin bir neçә komediyaları vә drama mәxsus әhәmiyyәtli әsәrlәri vardır ki, indiki mәişәtimizin bәzi övza vә әhvalını eyni ilә göstәrir. Hәr iki әdibin vә Mirzә Fәtәliyә peyrәvilik edәn sair dramnәvislәrin vücuda gәtirdiklәri әsәrlәr barәsindә "Azәrbaycan türklәrinin әdәbiyyatı" adlı mәcmuәmizdә müfәssәl mәlumat verilir.
 
Komediya yazmaqda elm vә bilikdәn sәva tәcrübә vә bәlәdiyyat lazımdır vә bunlardan әlavә xudadadi bir qüvvә, yaradıcı bir tәb, türk istilahınca, "allah vergisi" lazımdır ki, bir yandan görüb eşitdiyini götürüb yetirә bilsin vә bir tәrәfdәn öz fikir vә xәyalı ilә yoxdan var elәsin. Bu "allah vergisi", yoxdan vücuda gәtirmәk qüvvәsi mәrhum Mirzә Fәtәlidә kamalınca var imiş. Onun komediyaları qövlümüzә möhkәm vә adil şahiddir. Necә ki, Qoqolun Qorodniçisi, Xlestakovu vә Dobçinski, Bobçinskisi hal-hazırda Rusiyanın bәzi yerlәrindә müşahidә olunmaqdadırlar, habelә dә Mirzә Fәtәlinin Hatәmxan ağası, Hacı Qarası, Zalxası, Bayramı, Ağa Kәrim Miyançısı, Molla İbrahimxәlili vә qeyrilәri bu halda sağ vә salamat bizim içimizdә dolanıb, hәr biri öz fel vә әmәllәrini işlәtmәkdәdirlәr.
 
Mirzә Fәtәlinin komediyaları yazılandan bu vaxta kimi altmış sәnә keçibdir. Bu uzun müddәtin әrzindә ki, yarım әsrdәn ziyadә eylәyir, mәişәtimizdә çәndan tәrәqqi mülahizә olunmur. Ata-babadan qalma köhnә adәt vә ayinlәr üzrә güzәran edib, onların batil әqidәlәrinә, kәsalәt vә bәtalәtlәrinә varis olmuşuq. Bu axır vaxtlarda şәhәrlәrimizdә az-çox tәrәqqi vә tәmәddün әsәrlәri görünürsә dә, әhli-dәhatımız necә ki, әlli-altmış sәnә bundan müqәddәm cәhalәt sәhrasında avara vә sәrgәrdan dolanırdı, indi dә haman qәrar üzrә sәfil vә sәrgәrdandırlar. Onların nicat vә sәlamәti üçün çalışanlarımız yoxdur. Elm vә tәrbiyә almışlarımız öz mәnfәәti-şәxsiyyәlәrini millәtimizin vә qaranlıqda qalan qardaşlarımızın xeyir vә sәlahından müqәddәm tutub, özlәrini şәhәrlәrә verirlәr. Fikir vә xәyalları özlәri üçün isti yer, mәdaxilli mәnsәb arayıb tapmaqdır. O sәbәbdәndir ki, әlli ildәn bәri iki qәdәm dә irәli yerimәmişik, bir nöqtә üstündә donub qalmışıq. O sәbәbdәndir ki, Hacı qaralarımızın әdәdi gün-gündәn artıb çoxalıbdır vә çürük bezi vә qәdәki qumaş mal adına imanları ilә bir yerdә satmaqdadırlar. Şәhrәbanı xanımlarımız vә Xanpәri nәnәlәrimiz hәr şeydәn artıq cadu-bitiyә inanıb, kişilәrini aldatmağa mәşğuldurlar. Hatәmxan ağalarımız firәnglәr ilә bizim tәfavütümüzü ancaq onlar bizim adәtimizә müğayir olaraq әllәrinә hәna qoymamaqda, başlarını qırxmamaqda, evdә başı papaqsız oturmaqda, xörәyi әllәri әvәzinә qaşıq ilә yemәkdә görürlәr. Heydәr bәylәrimiz cüt әkmәyi ancaq ermәni peşәsi bilib, özlәrinin şan vә şövkәtlәrini çapavula getmәkdә, qәtl vә qarәtdә görürlәr. Molla İbrahimxәlillәrimiz kimyagәrlik sәnәtini әldә bәhanә edib, min cürә şәbәdәbazlıq ilә avam xalqın әlindә olan nәqd vә cinsini alıb, başlarına tәnbaku oyunu gәtirmәkdәdirlәr. Ağa Mәrdan halvaçı oğlu vә Ağa Salman әlәkçi oğlularımız mürafiә vәkili olub, xilafi-şәr vә bәd, bihesab işlәr tutub, şeytanın әqlinә gәlmәyәn hiylә vә fәsadları törәtmәkdәdirlәr. Vә habelә, vә habelә.
 
Mәrhum Mirzә Fәtәlinin komediyaları mәişәtimizin tәәccüblü bir aynasıdır ki, zahirimizi dә vә batinimizi dә eyni ilә göstәrir. Müruri-әyyam ilә bu ayinәnin üzünә toz qonubdur. Bu tozu silib, aynanın üzünә seyqәl verәndәn sonra diqqәt ilә ona baxsaq öz surәtimizi onda görәrik vә bir-birimizi tanıyarıq. Batini alәmimizә, әmali-namәşruә vә әhvali-şәniәmizә dürüst diqqәt yetirsәk, xәcalәt çәkib yәqin edәrik ki, bu yarım әsrin müddәtindә uzaq getmәmişik, cüzi dәyişikliyimiz olubsa, o da ancaq zahiridir. İçәrimiz vә mәnәvi tәrәfimiz haman irәliki qәrar üzrә qalıbdır....
 
Odur ki, Mirzә Fәtәlinin komediyalarını oxuyan bәsirәt әhli bir tәrәfdәn gülürsә, bir tәrәfdәn dә hәzin-hәzin ağlayıb göz yaşı tökür. Gülmәk görünür, amma göz yaşı dәrunidir, görünmür. Onun ağır damcıları ürәyin üstünә düşüb onu dәlir, yaralayır....
 
       * * * * *
 
Mәrhum Axundov komediyalarına müqәddimә olaraq, ifadeyi-mәram üçün komediya nә demәkdir vә nә qisim tәsnifatdan ibarәtdir? Teatr nәdir vә ondan tәhzibi-әxlaq vә adaba dair böyük mәnfәәtlәr yetişmәyini müxtәsәrәn bәyan edir vә türk imlası xüsusunda öz tәsәvvüratını bildirib, komediyanı oxuyanlara vә oynayanlara bir para lazım olan dәsturül-әmәllәr verir.
 
Necә ki, mәrhum yazır: "İnsanın tәbiәtindә iki ümdә xasiyyәt qoyulubdur: biri qәm vә biri fәrәh. Ağlamaq--әlamәti-qәm olduğu kimi, gülmәk dә әlamәti fәrәhdir. İnsana bir müsibәt üz verәndә qәmnak olur, әgәr müsibәt ağır isә ağlayır vә bilәks, ona bir şadlıq vә fәrәh üz verәndә gülür vә könlü açılır. İnsanın gülmәyinә vә ağlamağına fәrәhin vә müsibәtlәrin tәqrir vә tәhriri dәxi sәbәb ola bilәr. Tәqrir vә tәhrir surәtindә giryә vә xәndәyә ümdә müәssir vәzi-hekayәtdir. Әksәr övqat namәrğub vәz ilә zikr olunan müsibәtdәn adam mütәәssir olmaz vә lakin haman müsibәt özgә pәsәndidә vәz ilә nәql olunduqda kәmayәnbәği tәsir bağışlar, necә ki, naqis vә kamil mәrsiyәxanların mәclislәrindә bu iki keyfiyyәti biz mükәrrәr müşahidә edirik. Әgәr nәqli-müsibәt vә ya behcәt tәbai vә әxlaqi-bәşәriyyәni kәmafilvaqe [bәyan] etmәk ilә tәbiәti-müstәmiә mәqbul vә müәssir dusdu, haman nəqlin vazeinə və musənnifinə həkimi-rovsənrəvan və arifi-təbaeyi-insani deyərlər və naqilinə suxənguyi-qabil...."
 
Burada naqili-süxәnguy vә raviyi-şirinmәqal ilә bizim işimiz olmuyub da, müsәnnifi haqqında, yәni mәrhum Mirzә Fәtәli barәsindә kamali-cürәt ilә deyә bilәrik ki, onun komediyalarını oxuduqda bizә yәqinlik hasil olur ki, bunların müsәnnifi әlhәqq "hәkimi-rövşәnrәvan vә arifi-tәbaeyi-insanidir". Çünki bizim komediya yazanların heç biri Mirzә Fәtәli kimi nә ürәkdәn güldürür vә nә dә doğrudan ağladır. Bu mәharәt vә qabiliyyәt vә tәbaeyi-insana bәlәdiyyәt ancaq o mәrhumun komediyalarında görünür. Mәrhumun dramnәvislikdә izhar qıldığı mәrifәt vә kamal doğrudan da vәsfә gәlәsi deyil. Onun tәmsilatından hansı birisini әlә alıb oxuduqda, olduğumuz övza vә zamanı bilaixtiyar unudub, özümüzü Mirzәyi-mәrhumun yazdığı zamanda, vәsf qıldığı övza vә dәsgahın içindә dәrk edirik, әfradi-mәclis guya bir-bir gözümüzün önündәn vә әlvan libaslarında gәlib keçirlәr. Biz onların hәrәkәt vә sükunatını, necә ki, var, müşahidә edirik, danışdıqları söhbәti eşidib, gülәnlәr ilә gülüb, ağlayanlar ilә ağlayırıq.
 
Timsal üçün Axundovun baş komediyası hesab olunan "Sәrgüzәşti-mәrdi-xәsis" adlı tәmsilatı ilә ki, başqa ibarә ilә "Hacı Qara" adlanır, oxucularımızı tanış edib, Hacı Qaranın qaçaqlığa getmәkdәn qabaq arvadı Tükәz ilә danışdığı söhbәti necә ki, var--mәqamında yazırıq! Bu әcibә komediyanın keyfiyyәti beş mәclisdә bәyan olunur.
 
Әvvәlinci mәclis vaqe olur Heydәr bәyin obasından kәnar böyük bir palıd ağacının dibindә, aydınlıq gecәdә. Heydәr bәy yoldaşları ilә bir yerdә istәyir gedib nişanlısı Sona xanımı götürüb qaçsın. Bu barәdә Sәfәr bәy ilә danışır.
 
Heydәr bәy qoçaq bir oğlandır ki, öz el vә obasının içindә igid adlanır, dava-döyüşdә, soyquntu vә basqıntıda ad çıxarıbdır. Amma onun pulu yoxdur ki, toy edib, nişanlısı Sona xanımı gәtirsin. Heydәr bәy tәәssüflә keçmiş zamanı yadına salıb deyir: "Hanı o gözәl vaxtlar ki, hәr ayda bir karvan çapmaq, bir ordu dağıtmaq olurdu. İndi nә qızılbaş döyüşü var, nә osmanlı döyüşü. Әgәr qoşuna getmәk istәsәn dә gәrәk çıplaq lәzgilәrin üstünә gedәsәn. Әgәr yüz min zәhmәt ilә birisini dağların dәlik-deşiyindәn çıxartsan, bir dağarcıq vә bir kürkdәn başqa әlinә bir zad düşmәyәcәk. Hanı osmanlı vә qızılbaş döyüşü ki, bir vaxt Qarabağı qızıl-gümüşә boyamışdı. Belә bir döyüş olsun, hamıdan irәli dәstә başında gedәn mәn olum, bir hünәr göstәrim ki, Rüstәmi-dastan da göstәrmәmiş olsun".
 
Sonra naçalnikin ona etdiyi buyruğu yadına salıb deyir: "Qulaq as, gör naçalnik mәnә nә deyir: "Heydәr bәy, rahat otur, quldurluq etmә, yol kәsmә, oğurluğa getmә!" Peşiman olub dedim ki, bu әmrә biz dә rağib deyilik. Amma siz cәnaba lazımdır ki, bizim kimi nәcib kimsәnәlәrә bir çörәk yolu göstәrәsiniz. Naçalnik mәnә deyir ki: "Heydәr bәy, cüt әk, bağ becәr, alış-veriş elә".
 
Naçalnikin bu tәklifi Heydәr bәyin damağına bәrk dәyir vә o, Sәfәr bәyә şikayәt tәriqi ilә deyir: "Guya ki, mәn Banazor ermәnisiyәm ki, gәrәk gündüz axşamadәk kotan sürәm, ya lәnbәranlıyam ki, qurd bәslәyәm vә ya lәkәm ki, kәndlәrdә çәrçilik edәm!"
 
Heydәr bәyә yoldaşı Sәfәr bәy mәslәhәt görür ki, Sona xanımı götürüb qaçsın vә toy xәrci aralıqda itsin. Bu xüsusda Heydәr bәy dostu Әsgәr bәyi dә mәslәhәtә çağırıb imiş ki, mәslәhәt olsa, gedib bir yerdә Sona xanımı götürüb qaçsınlar. Amma bu işdә Heydәr bәyin könlü yoxdur. Әvvәlәn, ehtiyat edir ki, qızın ata vә anası gedib naçalnikә ondan şikayәt elәsinlәr vә o yenә tәzәdәn qaçaq düşsün vә saniyәn, Heydәr bәy tay-tuşun vә el-obanın tәnindәn qorxur ki, desinlәr Qurban bәyin oğlu toy etmәyә pul tapmayıb, öz nişanlısını götürüb qaçdı.
 
Әsgәr bәy dә qızı götürüb qaçmağı yoldaşının şәninә layiq görmür. Onun mәslәhәti ilә sözü bir yerә qoyurlar ki, ağcabәdili Hacı Qaradan müamilәsi ilә pul götürüb, gedib İrandan qaçaq malı gәtirsinlәr vә onun qazancı ilә toy elәsinlәr. Bu mәslәhәti Heydәr bәy öz nişanlısı Sona xanıma deyir. Heydәr bәyin sözlәri әvvәlcә Sona xanımın әqlinә yerlәşmir ki, onun pulu olmaya-olmaya qaçaq malını nә ilә alacaqdır vә tәkid edir ki, haman gecә onu götürüb qaçsın. Amma sonradan anasının sәsini eşidib, tәlәsik Heydәr bәy ilә ayrılır vә onun qaçaq malı almağa getmәyinә razı olur.
 
İkinci mәclis vaqe olur Ağcabәdi kәndindә. Xәsis Hacı Qara dükanında oturub, bazarın kәsadlığından vә malın satılmadığından şikayәt edir. Şuşa qalasında ona çit, qәdәk, bez satanın qarasınca söylәnib, ağzına gәlәn nifrin vә bәdduanı haqqında edir ki, ona çürük mal satıbdır. Bu halda Heydәr bәy yoldaşları ilә Hacının yanına mәlum mәtlәbdәn ötәri gәlirlәr. Hacı Qara onları müştәri hesab edib sevinir vә neçә dәqiqә bundan irәli pislәdiyi çürük malı başlayır tәrif etmәyә. Әsgәr bәy deyir ki, biz parça almağa gәlmәmişik, başqa bir mәtlәbdәn ötrü gәlmişik. Bu sözlәrdәn xәsis Hacı mәyus vә mükәddәr olub, istәyir ki, bir növ bunları başından rәdd elәsin. Sonra mәtlәbdәn xәbәrdar olub vә az vaxtın içindә yüz manat qazanc etmәk sözünü eşidib sevinir vә bәylәrin tәklifini qәbul edir. Hacı özü dә onlar ilә Tәbrizdәn qaçaq malı almaq fikrinә düşür vә sözü bu mәqamda qoyurlar ki, hazırlaşsınlar vә Hacı lazım olan qәdәr pul götürsün ki, haman gecә yola düşsünlәr. Hacı Qara cәld dükanı bağlayıb evinә gәlir. Әlindә açar sandığın ağzını açır, torbadan qızıl çıxardır. Üç yüz qızıl sanıyıb, әlahiddә kisәlәrә qoyur. Sonra gedir tüfәng-tapancasını, xәncәrini, qılıncını gәtirir yığır qabağına. Bu halda arvadı Tükәz yetişir.
 
T ü k ә z--A kişi, nә qayırırsan? Bu yaraq-әsbabı qabağına niyә tökübsәn?
H a c ı Q a r a--Sәfәrim var, yola çıxacağam.
T ü k ә z--De görüm, hara gedәcәksәn?
H a c ı Q a r a--Sәnә demәli deyil.
T ü k ә z--Necә, demәli deyil? Quldurluğa ki getmirsәn, mәndәn gizliyirsәn?
H a c ı Q a r a--Elә bir elә zaddır.
T ü k ә z--Bәs elә zad isә heç vaxt gedә bilmәzsәn! Dur ayağa, get dükanına, malını sat! (Yaraqları yığışdırır).
H a c ı Q a r a--Dükanı allah batırsın, malı yoxa çıxsın, satılır mәgәr? Qoymazsan başımın çarәsin görüm?
T ü k ә z--A kişi, başına nә gәlibdir ki, çarәsin görәsәn? Nә danışırsan?
H a c ı Q a r a--Dәxi nә gәlәcәk, evim yıxılıb gedib. Düz yüz manat indiyәdәk zәrәrim var. Boğazıma çörәk getmir!
T ü k ә z--Sәni görüm boğazın elә tutulsun ki, su da ötmәsin, ay göyәrmiş! Uşaq aşıq yığan kimi bu qәdәr pulu yığıb nә eylәyәcәksәn? Yüz il ömrün ola, yeyәsәn, geyәsәn, içәsәn, sәnin pulun tükәnmәz. Yüz manat zәrәrdәn ötrü nә özünü öldürürsәn?
H a c ı Q a r a--Min kәrә sәnә demişәm ki, sәn arvadsan, get arvadlığına, mәnә öyüd-nәsihәt vermә! Yaraqları yerә qoy! (Әlini uzadıb tüfәng, tapancanı dartıb alır).
T ü k ә z--Yәni sәn bu yaraqları qurşanıb, olar ilә adam qorxudacaqsan? Bu tüfәng, tapancanın iyirmisin üstünә götürsәn, mәn bu arvadlığım ilә sәndәn qorxmaram. Torpaq sәnin başına! (İki әlli başına qarıyır).
H a c ı Q a r a--Sәni lәnәtә gәlәsәn, arvad! Toxumunuz yer üzündәn götürülsün. İtil burdan!.
T ü k ә z--Kişi, dәli olubsan? Mәn evimdәn hara itilәcәyәm. De görüm hara gedirsәn?
H a c ı Q a r a--Cәhәnnәmә, gora! Әl çәkmәzsәn?! Nә istәyirsәn mәndәn?
T ü k ә z--Kaş, cәhәnnәmә, gora indiyәdәk getmiş olaydın! O günü görәrәmmi, toy-bayram edim. Çifayda, әzrailin yolu yumrulsun, sәnin kimi murdarı yer üzündә qoyub, gözәl cavanları qara torpaq altına yollayır.
H a c ı Q a r a--Yer üzündә qalan murdarların biri sәn özünsәn ki, tuği-lәnәt olub keçibsәn mәnim boğazıma! Mәn ömrümdә bir kimsәni incitmәmişәm, bir kimsәyә zәrәr yetirmәmişәm. Mәn niyә murdar oluram?
T ü k ә z--Bir kimsәyә zәrәr yetirmәmisәn, xeyir dә vermәmisәn. Ondan ötrü murdarsan ki, öz malını nә özün yeyib içirsәn, nә ailәnә mәsrәf edirsәn. Sәn ölsәn heç olmasa arvad-uşağın doyunca çörәk yeyәr.
H a c ı Q a r a--Arvad-uşaq zәhirmar yesin!
T ü k ә z--Sәnin evindә zәhirmar da tapılmaz. Olsaydı onu da qıyıb bizә vermәzdin....
 
(Bu halda bәylәr çağırır: Hacı, Hacı!)
 
H a c ı Q a r a--Arvad, çәkil get, adamlar gәlir.
 
(Tükәz tez uzaqlaşıb, qapının dalısından qulaq asır).
 
Üçüncü mәclis vaqe olur Arazın kәnarında. Hacı Qara qaçaq malı alıb, yoldaşları ilә geri qayıdan zamanı Arazı keçәndә az qalır suya düşüb boğulsun. Heydәr bәy kәmәnd atıb, Hacının belinә salır vә әnvai-müsibәt ilә çәkib çıxardır. Bir az yol gedәndәn sonra qaçaqçılar Ohan yüzbaşıya üstünün on nәfәr yaraqlı-әsbablı adamları ilә rast gәlirlәr. Bunlar isә murovun hökmü ilә Әylis ermәnilәrini soyan qaçaqları axtarmağa çıxıblarmış. Heydәr bәy Ohan yüzbaşının üstünә hücum edib elә bağırır ki, öz qoçaqlığından dәm vuran Ohan yüzbaşı özünü itirir vә adamları ilә qaçıb dağılırlar. Ermәnilәrdәn birisi (Sәrkis) Ohandan soruşur ki: "Ay yüzbaşı, murov soruşsa ki, bir adama rast gәldinizmi, nә deyәk?" Ohan yüzbaşı deyir ki, soruşsa deyәrik: "Dәvә gördünmü, qığını da görmәdik"....
 
Dördüncü mәclis vaqe olur Xonaşin dәrәsindә, aydınlıq gecәdә. Hacı Qara yoldaşlarından ayrılıb, yüklü atın üstünә minmiş, nökәri Kәrәmәli ilә Ağcabәdi sәmtinә gedirlәr. Hacı Qara tәlәsir ki, özünü kәndә yetirsin, ta ki, sabah firәng malını bazara çıxarıb, baha qiymәtә satsın; amma Hacı Qaranın arzusu hasil olmur. Xonaşin dәrәsindә biçindәn qayıdan iki nәfәr tuğlu ermәnisinә rast gәlir. Hacı Qara bunları murov yasavulu hesab edib, başlayır hәdәlәmәyә. Ermәnilәr hәr çe sәy edirlәr ki, özlәrini ona tanıdıb, fәqir biçinçi olmaqlarını bildirsinlәr. Qorxaq Hacı Qara müqabilindә aciz, әlsiz vә ayaqsız adamları görüb, onların kim vә nәçi olduğunu bilmәk vә sözlәrinә qulaq asmaq istәmir.
 
Burada mәrhum Axundov özünün xeyli dәqiq vә qәlbşünas (psixologiya) elmindәn baxәbәr olduğunu sübuta yetirir. Necә ki, İspaniya әdibi Servantesin Don-Kixotu dәyirmanı böyük bir pәhlivan hesab edib, onunla davaya girişir, habelә dә Hacı Qara biçinçi ermәnilәri murov yasavulları vә yainki quldur hesab edib, istәyir onlara qalib gәlsin vә tәkid edir ki, yaraqlarını yerә atsınlar. Ermәnilәr oraqlarını yerә atıb deyirlәr: "Budu bizim yarağımız". Hacı Qara inanmayıb, tüfәngi bunların başının üstündә atır, ermәnilәr bәrk qorxur, eşşәk ürkür vә ermәninin birisi (Arakel) onun üstündәn yerә yummalanır. Tüfәngin sәsini murovun yasavulları eşidib, Hacı Qaranı vә ermәnilәri tutub, murovun hüzuruna aparırlar. Murovun hüzurunda Hacı Qara deyir ki, ermәlәr onu soymaq istәyirdi. Ermәnilәr dәxi Hacı Qaranı müttәhim edirlәr. Murovun hökmü ilә Hacı Qaranı vә ermәnilәri dustaq edirlәr. Hacı Qara başlayır ağlamağa: "Evin yıxılsın mәnim evimi yıxan! Qan qusasan mәni qana çalxayan! İmansız ölәsәn mәni bәlaya salan! Mәn harda, divan harda! Mәn silistdәn qaçırdım, yenә silistә düşdüm. Çibindәn birәyәdәk başlayacaqdır soruşmağa. De gәl boş-boş suallara cavab ver, gözlә ki, axırı olacaq".
 
Hәr şeydәn artıq Hacı Qara rus divanının "get-gәlindәn" qorxur. "Zavtra-zavtra"nın hәddәn ziyadә olan xәrc vә xәsarәtini tamahkar Hacı nәzәrә alıb, başlayır uşaq kimi ağlamağa. Bu bәlaların hamısı onun başına tamahının gücündәn gәlir. Tamah kişiyә o qәdәr güc gәtirir ki, rahat kәsbini buraxıb, qaçaqçılıq kimi qorxulu vә haram işә gedir. Burada az qalır ki, Araz çayında axsın. Bu xatadan qurtarıb, evinә yetişha-yetişdә murovların әlindә dәstigir olur. Yәqinlik ilә demәk olur ki, Qoqol Plyuşkinin xәsisliyini o qәdәr dürüstlük vә mәharәtlә yazıb yetirә bilmәyib, necә ki, mәrhum Axundov Hacı Qaranın xәsisliyini, qorxaqlığını, zahiri vә batini alәmini әdibanә tәhrir qılıbdır. Qoqolun yazmağında bәzi mübaliğat vә tәbiәti-insana uymayan sifәtlәr nәzәrә gәlir. Amma Hacı Qaranın xülq vә xasiyyәtindә, tamahkarlığında zәrrә qәdәr dә kәm-kәsir yoxdur. Bu tamahkar şәxsin mislini, yәqin ki, hәr bir bәsirәt әhli indi dә görüb müşahidә etmәkdәdir. Hacı qaralarımız hala fot olub qurtarmayıbdır. Onların әdәdi artır ki, azalmır.
 
Beşinci mәclis vaqe olur Heydәr bәyin obasında. Heydәr bәy alaçığın içindә oturubdur. Bundan bir gün irәli toy olub, çöldә zurna, qaval çalınır. Cahıl uşaqlar oynuyub oxuyurlar. Sona xanım Heydәr bәy ilә şirin söhbәt elәyir vә ondan tәvәqqe edir ki, bir dә gәzmәyә, oğurluğa vә әyri yola getmәsin. Bu halda Hacı Qaranın arvadı Tükәz daxil olub deyir: "A başına dönüm, mәnim әrimin başına nә iş gәlibdir ki, indiyәdәk nә özündәn vә nә nökәrindәn bir xәbәr yoxdur?". Heydәr bәy Tükәzә tәsәlli verir ki, qorxmasın, gәlib çıxar. Bu әsnada qışqırıq qopur, murov vә naçalnik üstünün atlıları ilә alaçığı әhatә edirlәr. Heydәr bәy qabağa çıxır. Naçalnik ona deyir ki, Ohan yüzbaşının xәbәr vermәyi ilә Әylis ermәnilәrini soyan odur. Heydәr bәy deyir ki, "Naçalnik, belә mujikin sözünә etibar edib, mәni bәdbәxt etmә". "Mujik" sözü Ohanın damağına dәyir. 20 il vilayәt böyüklәrinә qulluq edib rizamәndlik kağızı vә medal almağını naçalnikә sübut etmәk istәyir vә bu barәdә çox tul danışıb naçalnikin övqatını tәlx edir vә öz üstünә açıqlandırır.
 
Bu aralıqda Hacı Qaranı vә biçinçi ermәnilәri gәtirirlәr. Vә sonradan Hacı Qaranın nökәri Kәrәmәlini yük ilә gәtirirlәr. Hacı Qara Kәrәmәlini vә malının tutulmağını görәn kimi yıxılıb özündәn gedir. Naçalnik vә qeyrilәri bu hala tәәccüb edirlәr. Amma Heydәr bәy keyfiyyәti anlayıb, olan әhvalatı kәmayәnbәği naçalnikә söylәyir vә qaçaqlığa getmәyinin sәbәbini bәyan edir. Bu әsnada Sona xanım irәli yeriyib deyir: "Başına dönüm, bizi padşahın başına çevir! Qul xәtasız, ağa kәrәmsiz olmaz. Yaz, bu işi yuxarıya bildir, bәlkә mәnim göz yaşıma rәhm elәyәlәr. Mәn dilimdәn kağız verirәm ki, Heydәr bәyi heç bir yaman işә qoymuyam".
 
Naçalnikә Sona xanımın sözlәri tәsir edir vә o, Heydәr bәyi yoldaşları ilә zaminә verir. Sona xanıma deyir ki, sәnin gözәlliyinә vә göz yaşına rәhm edib, Heydәr bәyi sәndәn ayırmadım, ondan muğayat ol ki, yenә bir pis iş tutmasın. Sәnin zaminliyin hәr bir kәsin zaminliyindәn etibarlıdır. Xudahafiz deyib getmәk istәyәndә Hacı Qara deyir: "Başına dönüm, naçalnik, murovun yasavulları mәni tutanda cibimdәn yarım abbasımı çıxardıblar, buyur versinlәr". Naçalnik onun da tәvәqqeyini yerinә yetirir. Hacı Qara başlayır ona dua etmәyә. Pәrdә salınır.
 
Bizim bu kitabçamızda o qәdәr genişlik yoxdur ki, Axundovun sair komediyaları ilә dә oxucularımızı aşina edәk. Bu işi özgә bir vaxta qoyuruq. Bundan maәda biz belә zәnn edirik ki, әhli-savaddan az adam tapılar ki, Mirzә Fәtәlinin komediyalarını oxumamış olsun vә bir dә onlardan hәr birisi dәfә-atla sәhneyi-tamaşaya qoyulubdur. Zaqafqaziyanın elә şәhәr vә qәsәbәsi yoxdur ki, mәrhumun komediyalarından biri, ikisi oynanılmamış olsun. Burada ancaq mәzkur komediyaların adlarını yazmağa iktifa edirik.
 
1. "Hekayәti-molla İbrahimxәlil kimyagәr". Keyfiyyәti dörd mәclisdә bәyan olub itmamә yetir. Tәsnif olubdur hicrәtin 1267-ci tarixindә.
 
2. "Hekayәti-müsyö Jordan hәkimi-nәbatat vә dәrviş Mәstәli şah mәşhur cadugün". Tәmsili-güzarişi-әcib. Keyfiyyәti dörd mәclisdә bәyan olur. Yazılıbdır 1267-ci sәnәdә.
 
3. "Hekayәti-xırs quldurbasan". Keyfiyyәti üç mәclisdә bәyan olub itmamә yetir. Yazılıbdır 1268-ci sәnәdә.
 
4. "Sәrgüzәşti-vәziri-xani-Sәrab". Tәmsili-güzarişi-әcib. Keyfiyyәti dörd mәclisdә bәyan olub itmamә yetir. Yazılıbdır hicrәtin 1267-ci sәnәsindә.
 
5. "Sәrgüzәşti-mәrd-xәsis" (Hacı Qara). Tәmsili-güzarişi-әcib. Keyfiyyәti beş mәclisdә bәyan olur. Yazılıbdır 1269-cu tarixdә.
 
6. "Mürafiә vәkillәrinin hekayәti şәhri-Tәbrizdә". Qәribә bir tәmsildir. Keyfiyyәti bәyan olur üç mәclisdә. Yazılıbdır 1272-ci tarixdә.
 

(III hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR