Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Mirzə Fətəli Axundov (II hissə)

Firidun bəy Köçərli - Mirzə Fətəli Axundov (II hissə)
Sakura

Firidun bəy Köçərli - Mirzə Fətəli Axundov (II hissə)

[7]-Firәng dilindә xәtti-alfabiti o xәttә deyilir ki, kәlmәlәr hürufi-mәqtәә vasitәsilә tәrtib olunur. Amma xәtti-sillabidә kәlmәlәr hürufi-müttәsilә vasitәsilә düzülür. Xәtti-alfabitidә hәr bir hәrf özünә mәxsus şәkildә hәmişәlik qalır; xәtti-sillabidә bir hәrf öz mәqamına görә, neçә cürә şәklә düşür. Bizim hәrflәr kimi kәlmәnin başında bir şәkildә yazıldıqda ortasında başqa vә axırında özgә şәkildә yazılır. 
 
Az-çox tәrbiyәli vә ağlı salamat adam әcnәbi millәtin xәtti-alfabitisi ilә tәrtib olunmuş әlifbasını üç-dörd saatın әrzindә öyrәnib oxumağa başlar. Bisavad uşaq iki ayın müddәtindә oxuyub-yazmağa qadir olur. Bir adam xәtti-alfabiti ilә yazılmış bir sәhifәni oxuya bilsә, haman xәtt ilә tәb olunmuş kitabların hamısını düz vә asan oxuya bilәr. Amma bizim çox dәrin oxumuş mollalarımız aşina olmadığı kitabı oxumaqda aciz qalırlar. İki sәtir güc ilә oxuyub duruxurlar; eşitmәdiklәri bir sözü düz oxuya bilmirlәr. Bunda tәqsir, әlbәttә, mollalarımızda deyil, tәqsir bu sillabi xәtt ilә tәrtib olunmuş әlifbamızdadır. Burada hәqiqәt gün kimi aydın vә rövşәndir.
 
Әqli-sәlim sahibi hәrgiz bu doğrunu inkar edә bilmәz. Amma avamlığın zoru, adәtü ayininin gücü bizim canımıza bir dәrәcәdә sirişt edibdir ki, hәqiqәti görüb, tәsdiq vә qәbul etmәkdә aciz olmuşuq; çәtini dәrk edib, asanı götürmәyә cürәtimiz yoxdur.
 
Hәr halda piyada atlıya vә atlı dәmir yol (vapor) ilә gedәnә vә havada uçana yoldaş olmayan kimi, biz müsәlman qövmü millәtlәri dәxi qәdimi heroqlif şәklindә düzülmüş әlifbamız ilә mәdәniyyәt alәmindә bu qәdәr sibqәt edәn vә hünәrlәr göstәrәn Avropa millәtlәrinә yoldaş deyilik vә ola da bilmәrik.
 
Mәrhum Mirzә bu barәdә yazır: «Әgәr әlefbaye-mellәte-eslam әlfabeti budi, nә sillabi vә neveştәn hәm әz tәrәfe-dәste-çәp betәrәfe-dәste-rast budi, çenan ke, rәsme-xәtte-әlfabetist, mellәte-eslam dәr alәme-sivilize, yәni tәrәqqiyo mәdәniyyәt bәr mellәte-Orupa bişobhe sebqәt costәndi, beellәte-in ke, dәr ebteda toxmesivilize dәr xake-eslamiyan ağaze-ruyidәn kәrd. Әmma bevaseteye-sәubәte-xәttb-sillabiye-eslamiyan olumo mәaref fi ma beyki-omumu-ouzafe-in mellәt tәmim nәpәziroft vә toxme-sibilize dәr xake-eslamiyan puside, zay gәrdide vә dәr xake-Orupa bevaseteye-sәhulәte-xәtte-әlfabetiye-әhlәş ruyәnde şod.
 
Hezar әfsus ke, ouliyaye-mellәte-esdam vocube-tәğyire-әlefbaye-xodeşanra dәrk nemikonәnd vә in mәtlәbe-rouşәntәr әz aftabra nemifәhmәnd vә saere-omuratra әz qәbile-tәnzimate-cәdide vә tәmire-toroqe-cәdidiyye vә sәfayene-boxariyye vә keşidәne-cәdavele-tilğerafiyye vә tәcdide-әslәheye-hәrbiyye vә әmsale-zalik ke, nesbәt betәğyire-әdefba foruatәnd bәr in әhle-hәrkar vә bәr in qtaybәste-hәr divare-morәcceh miengarәnd, zәhi bodbәxtist ke, adәm dәr in mellәt әz alәme-әdәm beәrseye-vocud qәdәm qozarәd vә hәqqra befәhmәd vә nәtәvanәd ke,
behәmmellәtane-nadane-xod befәhmәnәd vә beәnduho hәsrәt әz donya berәvәd.
 
Emza: Mirza Fәthәli Axundzade».
 
Mirzeyi-mәrhum böyük tәmәnnalarla tәrtib qıldığı әlifbanın Rum vә İranda qәbul olunmadığını, avam ve kutahnәzәr İranda vәzirlәrinin İstambulda müqim İran sәfiri Mirzә Hüseyn xanın büğzü әdavәtini vә filcümlә öz hali-dilini fars dilindә yazılmış
mövzun bir mәnzumәdә bәyan etmişdir ki, eynәn vә tәbәrrükәn aşağıda dәrc olunur. Bu mәnzumә Firdovsiyi-Tusi әleyhirrәhmәnin inşad qıldığı "Şahnamә"si tәrzindә yazılmışdır. Bu kәlamdan Mirzә Fәtәlinin fünuni-şerdә mahir vә xoştәb bir şair olduğu zahir olunur.
 
Mәnzumәnin ünvanı bu sayaq yazılıbdır:
 
Mәnzumeist ke, Kolinel Mirza Fәthәli Axundzade --motәrceme-caneşine-Qafqaz dәr vәsfe-hale-xod qofteәst dәr sәneye-1284:
 
Beәnduho hәsrәt mәra ruzeqar
Sәr amәd dәr in deyre-napaydar.
Bebesyare-tәdbirha çәngzәn
Hәmibudәm әz ferte-hobbe-vәtәn.
Nәbәxşid sәyәm vәli haseli
Nәdidәm dәr in әsr sahebdeli.
Bozorqane-torkano İranzәmin
Hәme xofte budәnd ço xәlqe-Çin[1]
Cәzaniyәm rәft zәbun gәşt zur,
Cәvani nәdidәm ba zouqo şur.
Sәfәr kәrdәm әz rahe-dәrya be Rum,
Әlefbae-noura dәr an mәrzo bum[2],
Nәmudәm beәrkane-doulәt tәmam,
Xәyalәm bәsi poxte budo nә xam.
Yekayek beqoftәnd sәd afәrin,
Cәhan şod beçeşmәm ço xolde-bәrin.
Mәra paykәhe-biştәr saxtәnd,
Beәname-şahan benәvaxtәnd --
Ke, naqah yek mәrdәke-zәrdçehr[3]
Be came-moradәm bәr amixt zәhr.
Be pişe-vәziran ura rah bud,
Mәra doşmәne-dino doulәt nәmud.
Bedin tohmәte-an mәrde-napakzad
Mәra pişe-hәr kәs hәmikәrd yad.
Bevәhşәt dәr әfkәnd torkanra,
Bozorqane-şurayo әrkanra,
Әz u hiç şod rәnce-dәhsaleәm,
Şenid aseman әz zәmin naleәm.
«Resәd pak yәzdan befәryadi-mәn
Be mәhşәr setanәd әz u dade-mәn»[4]
Şenidәm ke, babaş dәr kudәki
Be Qәzvin bud әz saderuyan yeki.
Benaçar bәr gәştәm әz xake-Rum --
Ke, mandәn dәr anca mәra bud şum.
Ferestadәm an gәh be Tehran xәbәr
Әz in rәftәno amәdәne-bisәmәr.
Neveştәm yeki nameyi-delpәzir
Bename-vәzire-olum әz әbir.
Әlefbae-noura neşan dadәmәş,
Dәre-nou beferdous beqoşadәmәş.
Nәdanәm mәgәr hemmәtәş pәst bud,
Nәdanәm mәgәr ruzo şәb mәst bud --
Ke, nәdad bәr mәn cәvab in vәzir,
Nәşod bәr moradәm mәra dәstgir.
Vәzire-digәr dәr lәbe-softe bud,
Dәr in mәsәle rәye-xod qofte bud --
Ke, ma xәlqe-İran ze xordo bozorg,
Ze gәbro ze tәrsa, ze fәrso ze tork,
Hәme zirәko mәrifәtpişeim,
Ze fәrte-zәkavәt porәndişeim.
Ze doşvariye-xәt nәdarim bak,
Bekuran sәzәd rәhnoma әz mәğak.[5]
Nәgirim nou xәt әz hiç kәs. --
Ke mara xәtto zehne-ma hәst bәs.
Pәs an gәh әz in rәy balide bud,
Kәfe-dәst bәr riş malide bud.
Hәme sәfneşinan dәr an әncomәn
Bedu qoft: «Әhsәnәt, ey rәyzәn.
Behәrfe-dorostәt hezar afәrin,
Behekmәt nәgәrdәd tora kәs qәrin.
Delәt rouşәnәsto kәlamәt sәvab,
Nәdarәd Әrәstu berәddәş cәvab».
Dәriğa şәhәnşahe-bafәrro huş
Ze kerdare-kuran neşinәd xәmuş.
Dәriğa ke, fәrmandehe-dadgәr
Nәdid in әlefbara sәrbesәr.
Doriğa ke, dәr әhde-firuze-u
Vәziri nәdidәm ba aberu.
Hәme portәmә, bihonәro bixerod,
Bexubi kәsi nameşan key bәrәd.
Әgәr çe dәr ağaze-әhdәş be Şәrq
Vәziri derәxşid manәnde-bәrq,
Vәli u vәziri çö Baris[6] bud --
Ke, dәr molke-rusan vәzarәt nәmud.
Ço hәr kar mikәrd bidәxәle-şah,
Ço Baris gәrdid omrәş tәbah.
Hәmin rәmzra fәhmәd in padşah --
Ke, ura bәqa bad çon mehro mah.
Ke, doulәt pәrәstare-mellәt bud,
Nә mellәt, pәrәstare-doulәt bud.
Әya çalese-mәsnәde-Keyqobad,
Bәr an şәhriyariyәt cavid bad!
Şenidәsti axәr ke, dәr molke-rus
Ço xubi be mellәt Alesandrus
Be hemmәt, beqeyrәt, benamus kәrd,
Benamavәri dәr cәhan gәşt fәrd.
Şenidәsti axәr ke, Palmereton[7]
Çe kәrde bәraye-britaniyan?
Şenidosti axәr to Vilhelmra[8]
Krale-xerәdmәnde-zielmra,
Nәyasayәd әz rәnco kuşeş dәmi
Beheştәst molkeş bedourәş hәmi.
Şenidәsti axәr to Bismarkra[9]
Ke, әfraşt bәr fәrq dan fәrqra.
Çe tәdbirha sәr zәd әz rәye-u,
Bәraye-vәtәn gәşte xod cәngcu.
Şenidәsti axәr ke, dәr parsal
Ğribaldi[10] ba zәne-mәhcәmal
Çe san cәnghaye-dәlirane kәrd,
Vәtәnra mosәffa ze bigane kәrd.
Behәr ca ke, mәşğule-peykar bud,
Zәnәş dәr qәfayәş vәra yar bud.
Şenidәsti axәr to Linkolnra[11]
Çe sap kәrd canra be mellәt fәda.
Şenidәsti axәr Tyerra[12] ke, hal
Ze omrәş qozәşteәst hәştad sal,
Bәraye-vәtәn daema dәr ğәmәst
Nә dәrbәnde-asayeşo derhәm әst.
Çe kәrde vәziranәt, ey padşah,
Be kerdare-işan to xod şo qovah.
Vәziran nәkәrdәәst bireyb hiç,
Gәh әz dәr dorude, gәh әz dәrde-piç.
Pәs işan nәyәrzәnd yek cou bәr an,
Ze dәrgahәt, ey xosrove-xosrovan,
Vәziran ba elmo hekmәt bexah,
Nәcabәt rәha kon, fәzilәt bexah.
Ke, ta molk arayeşe-tazei,
Bekirәd fәra xor әndazei.
Әlefbae-noura bekar avәrәnd,
Nehale-sәadәt bebar avәrәnd.
 
[1]- Bu halda Çin xalqı da qәflәtdәn ayılıbdır, vәli İran zәminin böyüklәri yuxudan doymurlar vә hirs--tamahdan bizar olmurlar.
[2]- Mirzәnin Ruma sәfәri hicrәtin 1260-cı sәnәsindә olubdur ki, miladın 1863-cü ilinә mütabiqdir.
[3]- Mirzә Hüseyn xana işarәdir.
[4]- İn do fәrd әz Ferdousiye-Tusist ke, bemonasebәtariye şodeәst. -- Mirzә Fәthәli.
[5]- Mәğak-- çuxur vә nahәmvar yer.
[6]-Boris Qodunov -- rus әyanından (boyarlardan) birisininadıdır ki, üç yüz әlli il bundan müqәddәm Rusiyada iğtişaş zamanı bir müddәt vәzirlik edib, sonra mәsnәdi-sәltәnәti dәxi qәsb etmişdi. Ziyadә ağıllı vә pürtәdbir bir zat imiş. Vәli xәyanәti ucundan axırda bәdbәxt vә bәdfәrcam oldu. Heyfa ki, Mirzә Fәtәli Borisә felü әmәlindә oxşayan İran vәzirinin adını zikr etmәyib mәtlәbi pәrdәli söylәyir.
[7]- Palmerston -- İngilis dövlәtinin vәziri olubdur ki, onun politikası sayәsindә ingilis dövlәti bir çox yerlәrә malik olubdur vә nüfuzunu Şәrq vә Qәrbdә artırıbdır. Tәvәllüd edibdir miladın 1784-cü sәnәsindә vә vәfat edibdir 1875-ci tarixdә.
[8]-İndiki nemsә imperatoru Vilhelmin babasıdır. Ziyadә
müdәbbir vә millәtpәrәst bir padşah imiş.
[9]-Bismark -- Almaniya dövlәti vәziri-әzәmi olubdur. Tәvәllüd edib miladın 1815-ci ilindә; vәfat edib 1898-cn sәnәdә. KnyazBismark öz vaxtının әn müqtәdir vә dәqiq politikaşünaslarından hesab olunur. Onun vәzarәti zamanından Almaniya dövlәtinin şәnü hörmәti uca mәqama yetişdi.
[10]-Harribaldi -- italiyalı bir bahadırın adıdır ki, vәtәnini biganәlәrin әlindәn xilas edibdir. Tәvәllüdü miladın 1807-ci, vәfatı 1882-ci sәnәsindә vaqe olubdur.
[11]-Linkoln -- yeni dünyanın -- Amerikanın cümhuriyyәt rәisi olubdur. Amerikada hәbәşlәrin (qara qulların) hürriyyәti yolunda bahadıranә cәng edib, onları әsirlikdәn azad edibdir. Tәvәllüdü miladın 1809-cu, vәfatı 1895-ci sәnәlәrindә olubdur.
[12]-Tyer -- Firәngistanın mәşhur müvәrrixi vә sonradan bir çox böyük xidmәtlәri ifa edәm millәt hamisi vә hürriyyәt tәrәfdarı olan böyük bir zat imiş. Tәvәllüdü miladın 1797-ci vә vәfatı 1877-ci illәrindә vaqe olubdur.
 
 
Xetab bәr duste-xod ke, ebarәt әz Ruhol-qodsәst:
 
Bәsi şekve xordәm, soxәn şod deraz,
Qozәştәm, nәxahәm tora did baz.
Sepordәm beәhde-to in karra,
Sәrәncame-in rәnco bimarra.
 
Mirzә Fәtәlinin bu mәnzum şikvәvü nalәsi Firdovsi әleyhirrәhmәnin Sultan Mahmud Qәznәvi haqqında yazdığı hәcvә bәnzәyir. Hәr iki kәlamın mәnbәi bidadlıq vә әdalәtsizlikdәn nәşәt edәn nalәlәrdir.
 
Axundov ustadi-kamili mәqamında olan Firdovsiyi şirinkәlama peyrәvilik etmәkdә artıq dәrәcәdә mәharәt büruz etmişdir. İranzәmin vәzirlәrinә elә bir qara lәkә vә hәcv sikkәsi vurubdur ki, qiyamәtәdәk baqi qalacaqdır vә yumaq vә qazımaq ilә getmәyәcәkdir.
 
Mirzeyi-mәrhum müsәlman әlifbasının tәğyiri vә tәshili uğrunda çox zәhmәtlәr çәkib, töhmәt vә mәzәmmәtlәr eşitdi; ömürlәr sәrf qıldı, vәli işin axırını bir yana çıxarda bilmәdi vә ürәyi hәsrәtlә bu dünyadan getdi.
 
Әlifbanın tәğyiri babında fars vә türk dillәrindә bir neçә tutarlı mәqalәlәr yazıb, möhkәm dәlillәr ilә onun qüsurunu vә islam alәminin tәnәzzülünә bais olmasını sübut etmişdir.
 
Fransa әdib vә mütәfәkkirlәrindәn Şarl Mister Osmanlı dövlәtinin sәdri-әzәmi Әli paşaya müsәlman әlifbasının qüsuru babında yazdığı mәqalәni firәng dilindәn farsa tәrcümә edib Tehrana vәziri-әzәmә göndәrdi. Vә bundan әlavә «Fәqәreyi-әcibә» ünvanında әlifbamızın qüsuruna dair fars dilindә türfә bir hekayә tәhrir qılıbdır ki, oxuyanları İran tüccarının sadәdilliyi vә tәrәfkirliyi heyrәtә salır.
 
Mirzә Fәtәli Axundovun bu yolda әkdiyi toxumlar indiyәcәn sәmәr vermәyibsә dә, çürüyüb tәlәf dә olmayıbdır; o toxumlar yavaş-yavaş göyәrib bitmәkdәdir. Әlifbamızın pürqüsur olmağı hәr yerdә anladılıb, rәfinә әlac vә çarә axtarılmaqdadır. Tәzә әlifba tәrtib etmәk fikrinә düşәnlәrin dә әdәdi çoxalmaqdadır. Әlan bu mәsәlә Osmanlı mәmlәkәtindә vә İranda ülәma, vüzәra vә üdәbanın fikrü xәyalını işğal etmәkdәdir.
 
Tәzә kitab yazanlar, üsuli-imla tәrtib qılanlar, qәzet vә curnal verәnlәr hәr birisi bir növ imla vә üsuli-tәhrir ittixaz etmәklә çalışır ki, qarei onun yazdığını düz oxuyub, fikrini vә mәtlәbini anlasın. Sabiqdә müsәlman әlifbasının qüsur vә tәbdilinә etina etmәyәn mәrhum İsmayıl bәy Qasprinski axır vaxtlarda üsuli-imlanı bilmәrrә pozub vә kәlmәlәri, --xah türki olsun, xah әrәb vә әcәmi, -- öz istәdiyi tәrzdә parçalayıb tәzә bir sәbkdә müsәlman hәrflәri ilә «Tәrcüman»da mәqalәlәr vә sair әhvalat yazır idi. Üsuli-imlada vüqua gәlәn vә yazımızda müşahidә olunan bu inqilabın, bu reformanın baisi mәrhum Mirzә Fәtәli olubdur.
 
Әlbәttә, çox müddәt çәkmәz ki, bu mühüm mәsәlә hәll olunar vә müsәlmanların әlifbası dәyişdirilib vә asanlaşıb sair mәdәniyyәtli millәtlәrin әlifbası kimi, ülum vә maarifin intişarına mükәmmәl vә mübәrhәn bir alat olar; inşaallah-taala....
 
Mirzә Fәtәlinin komediyalarına gәldikdә qәti surәtdә deyә bilәrik ki, rus drama yazanlarının babası Qoqol vә firәng drama yazanlarının babası vә ustadı Molyer olan kimi, türk-Azәrbaycan әdiblәrinin vә komediyanәvislәrinin atası vә yolgöstәrәni mәrhum Mirzә Fәtәli Axundov olubdur. O yazdığı komediyaların mislini tәzә yazıçılarımız hәlә yazıb bitirә bilmәyiblәr. Vәli onun sayәsindәn bir neçә müqtәdir әdiblәr vücuda gәlibdir. O cümlәdәn Nәcәf bәy Vәzirov vә Әbdürrәhim bәy Haqverdiyev, Nәriman bәy Nәrimanov vә Mirzә Cәlil Mәmmәdquluzadә cәnablarıdır ki, hәr birinin bir neçә komediyaları vә dramaya mәxsus әsәrlәri vardır ki, indiki mәişәtimizin bәzi övzavü әhvalını vә әhli-zәmanәnin fikrü xәyalatını vә nә yolda çalışmaqlarını eyni ilә yazıb öz әsәrlәrindә göstәrirlәr. Bu әdiblәrin vә Mirzә Fәtәliyә peyrәvlik edәn sair dramanәvislәrin vücuda gәtirdiyi әsәrlәr barәsindә öz mәqamında müfәssәl mәlumat verilәcәkdir.
 
Komediya yazmaq hәr bir әdibin işi deyil. Әdәbiyyatın bu növündә әsәrlәr vücuda gәtirmәk üçün elm vә savaddan başqa tәcrübә, bilik vә millәtin mәişәtinә әtraflı bәlәdiyyat dәxi lazımdır. Bunlardan әlavә fitri bir istedad vә yaradıcı bir qüvvә, bir tәbi-füsunsaz, beistilahi-türki «allah vergisi» lazımdır ki, bir yandan görüb-eşitdiyini götürüb yetirә bilsin vә bir tәrәfdәn öz fikrü xәyalatı ilә yoxdan var etsin.
 
Bu «allah vergisi», yoxdan vücuda gәtirmәk qüvvәsi mәrhum Mirzә Fәtәlidә kәmalınca var imiş. Bu sözlәrin doğru olmağına onun komediyaları möhkәm dәlil vә adil şahiddir. Necә ki, Qoqolun Qorodniçisi, Xlestakovu, Dobçinski, Bobçinskisi hal-hazırda Rusiyanın bәzi yerlәrindә müşahidә olunmaqdadırlar, habelә dә Mirzә Fәtәlinin Hatәmxan ağası, Hacı Qarası, Molla İbrahimxәlili, Namazı, Zalxası, Ağa Kәrim Miyançısı vә qeyrilәri bu halda sağ vә salamat bizim içimizdә dolanıb, hәr biri öz felü әmәllәrini işlәtmәkdәdirlәr.
 
Mirzә Fәtәlinin komediyaları yazılan zamandan bizim vaxtadәk -altmış-yetmiş sәnә gәlib keçibdir. Bu uzun müddәtin әrzindә -- ki, yarım әsrdәn ziyadәdir, --mәişәtimizdә, dürüst diqqәt olunsa, artıq bir tәrәqqi әsәri görünmәz; ata-babadan qalma köhnә adәtlәr vә ayinlәr üzrә güzәran edib yaşamaqda varıq. Xeyir vә şәr ittifaqlarda işlәnәn bihudә mәsarif vә mәxaricә diqqәt olunsa, sözümüz tәsdiq olunar.
 
Ata-babalarımızın batil әqidәlәrinә, kәsalәt vә bәtalәtlәrinә varis olmuşuq. Bu axır vaxtlarda şәhәrlәrdә az-çox tәrәqqi vә tәmәddün әsәrlәri görünürsә dә, әhli-dehat irәliki qәrar üzrә avamlıq halında yaşayırlar; onların imdadına yetәn yoxdur. Amma onları soyan vә qarәt edәn çoxdur; bir tәrәfdәn tamahkar ruhanilәr, bir yandan zülmkar polisә mәmurları vә üçüncü tәrәfdәn yalançı millәt dostları ki, ibarәt olsun yarımçıq elm kәsb edәnlәrimizdәn vә quru isim ilә mәdәni olan nücәbamızdan. Bu xüsusda Qasım bәy Zakirin tәrcümeyi-halından vә әsәrlәrindәn mәlumat verdikdә filcümlә söylәmişik. Dübarә tәkrari-kәlam edib, mәtlәbә tul-tәfsil vermәyi artıq bildik.
 
Hәr halda mәrhum Mirzә Fәtәlinin komediyaları mәişәtimizin tәәccüblü bir aynasıdır ki, zahirimizi dә vә batinimizi dә eynilә göstәrir.
 
Müruri-әyyam ilә bu aynanın üzünә toz qonubdur. Bu tozu silib, aynanın üzünә sığal verib diqqәt ilә ona baxsaq, öz surәtimizi onda görәrik vә biri-birimizi tanıyarıq. Batini alәmimizә, әmali-namәşruәmizә vә әfali-şәniәmizә diqqәt yetirsәk, xәcalәt çәkib yәqin edәrik ki, bu yarım әsrin müddәtindә çox da uzaq getmәmişik, cüzi dәgşiriliyimiz vә tәfavütümüz olubsa, o da zahiridir. Batini tәrәfimiz mәnәn vә әxlaqәn irәliki qәrar üzrә baqidir. Odur ki, Axundovun komediyalarını oxuyan bәsirәt әhli bir tәrәfdәn gülürsә, bir tәrәfdәn dә ağlayıb göz yaşı tökür. Gülmәk görünür, amma ağlamaq görünmür; onun ağır damcıları ürәyin üstünә düşüb, onu yaralayır, dәlir....
 
Mirzә Fәtәli komediyalarına müqәddimә olaraq ifadeyi-mәram üçün komediya nә demәkdir vә nә qisim tәsnifatdan ibarәtdir, teatr nәdir vә ondan tәhzibiәxlaqü adaba dair böyük mәnfәәtlәr yetişmәyini müxtәsәrәn bәyan edir vә türk dilinin imlası barәsindә öz tәsәvvüratını bildirib, komediya oxuyanlara vә oynayanlara (artistlәrә) bir para lazım olan bәyanat vә düsturül-әmәllәr verir. Necә ki, mәrhum yazır: «İnsanın tәbiәtindә iki ümdә xasiyyәt qoyulubdur; biri qәm vә o biri fәrәh. Ağlamaq әlamәti-qәm olduğu kimi, gülmәk dә әlamәti-fәrәhdir. İnsana bir müsibәt üz verәndә qәmnak olur. Әgәr müsibәt ağır isә, ağlayır vә bilәks ona bir şadlıq vә fәrәh üz verәndә gülür vә könlü açılır.
 
İnsanın gülmәyinә vә ağlamağına fәrәhin vә müsibәtlәrin tәqriri vә tәhriri dәxi sәbәb ola bilәr. Tәqrir vә tәhrir surәtindә kiryә vә xәndәyә ümdә müәssir vәzi-hekayәtdir.
 
Әksәr övqat namәrğub vәz ilә zikr olunan müsibәtdәn adam mütәәssir olmaz vә lakin haman müsibәt özgә pәsәndidә vәz ilә nәql olunduqda kәmayәnbәği tәsir bağışlar. Necә ki, naqis vә kamil mәrsiyәxanların mәclislәrindә bu iki keyfiyyәti biz mükәrrәr müşahidә edirik.
 
Әgәr nәqli-müsibәt vә ya behcәt tәbaye vә әxlaqi-bәşәriyyәni kәmali-filvaqe bәyan etmәklә tәbiәti-müstәmiә mәqbulü müәssir düşdü, haman nәqlin vazeinә vә müsәnnifinә hәkimi-rövşәnrәvan vә arifi-tәbayei-insani deyirlәr vә naqili-kamilinә süxәnguyi-qabil»....
 

(III hissə) 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR