Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Məhvəşi Şirvani

Firidun bəy Köçərli - Məhvəşi Şirvani
Sakura

Firidun bəy Köçərli - Məhvəşi Şirvani

Mәhvәşi Şirvani on üçüncü әsrin әvayilindә Şirvan vilayәtindә Ağamәsih Şirvanidәn sonra vücuda gәlibdir. Bir çox kәlamından -- ki, bizim әlimizә düşübdür, -- onun әhli-hal vә sahibi-kәmal bir şairi-şirinmәqal olduğu görünür. Hәr qisim әşarı vardır. Onlardan bir parası nümunә üçün burada tәstir olunur. Peyğәmbәri-valatәbarımız Mәhәmmәdәl-Mustafa hәzrәtlәrinә olan mәhәbbәt vә sәdaqәtini bu qәzәli-bibәdәlindә bәyan etmişdir:
 
Ey nigahi cansitan, çeşmi-siyahi dilfәrib,
Qoymamışdır mәndә-qәmzәn sәbrü aramü şәkib.
 
Bәndeyi-biçarәyәm, avarә düşmüş kimsәyәm,
Qıl tәrәhhüm mәn fәqirә, olmuşam miskin qәrib,
 
Gözlәrin cәlladi-yaği, qaşların qövsi-qüzeh,
Kipriyin xunrizi-dövrandır, xәtin nәqşi-әcib.
 
Şәhriyari-xubrusan, xosrovi-alinicad,
Mәtlәi-әnvari-hәqsәn, şafei-ruzi-hәsib.
 
Dәrgәhin darul-amandır, xakpayin tutiya,
Söhbәtin әnfasә candır, rәfәtin әcza tәbib.
 
Xatәmi-xeyli-rüsülsәn, әvvәli-hirzi hәyat,
Baisi-icadi-alәm, mәhrәmi-sirri-mücib.
 
Mәhvәşi bir kәmtәrindir dәhr ara aramı yox,
Müntәzirdir rәhmәtә, şәfqәt elә bir şey nәsib.
 
Qәzәli-Mәhvәşi:
 
 Vermişәm dünya mәtain qarәtә cananә mәn,
Olmuşam mәsruru xürrәm, eylәrәm şükranә mәn.
 
Neylәrәm qәmxanәni, qәm çәkmәyә dünya üçün?
Eylәrәm şükrü sәna ol xaliqi-sübhanә mәn.
 
Dami-qәmdir bu cahan, meyl eylәmәn ol danәyә,
Görmüşәm tüğyani-Adәm ismini dәr danә mәn.
 
Yar kuyi mәskәnimdir, istәrәm ol kuyi mәn,
Yarsız meyl etmәnәm ol rövzeyi-rizvanә mәn.
 
Yari-baqidir mәnә, hәmrahü hәmxabım müdam,
Hәmnişin, hәmsöhbәtәm ol qadirü yәzdanә mәn.
 
Mәniyi-zatım nümayan, mәndәdir әnvari-hәq,
Dәrgәhi-piri-muğanәm, guşeyi-meyxanә mәn.
 
Mәndәdir cami-sürahi, xәlvәti-kaşanә hәm,
Cami-Cәmdir, Mәhvәşi, peymanә o, mәstanә mәn,
 
Mәhvәşinin bu növ mütәәddid şerlәrindәn mәlum olur ki, ol mәrhum da Nişat kimi şüәrayi-farsdan sufimәslәk Şeyx Әttara, Şәms Tәbriziyә vә Mövlana Cәlalәddin Rumiyә peyrәvilik edib bir növ özü dә hәqiqәtpәrәst olmuşdur.
 
Mәhvәşi şeyin zahirinә etina etmәyib, hәr yerdә onun hәqiqәtinә vә batini alәminә diqqәt yetirib mәnayi-әzәlisini bilmәk istәyir. Şair cümleyi-kainatda vә kaffeyi-mövcudatda böyük hikmәtlәr vә sirrlәr hәr dәmdә zahir olduğunu görüb dә bir kәlamında deyir:
 
Yari-baqi oldurur әflakdә seyr eylәyәn,
Baxgilәn ibrәt gözilә, görgilәn әsrari-hәq.
 
Sirri-hәq mövcuddur hәr dәmdә izhar eylәyir,
Gah dildә, gah güldә görsәnir әsrari-hәq....
 
Suya bax, daşdan çıxıb cari olur, aramı yox,
Gah gәrmü gah sәrdü mötәdil әsrari-hәq. 
 
Aç gözün, qılgil nәzarә, hәr yana baxsan, odur,
Vahid oldur, baqi oldur, münbәsit әsrari-hәqq.
 
Mәhvәşi hәr dәmdә görür gunә-gunә sirri-hәq
Xud özü bir sirrdir, söylәr özü әsrari-hәq.
 
Şairi-hәqiqәtbin vә xoşayin hәr qisim mәsiyyәtdәn öz vücudunu pak vә münәzzәh görüb vә cami-bәqadan çәşidә edib, aqil vә kamil bir vücud olmasını vә sirri «әnәlhәqq» söylәmәsini başqa bir kәlamında izhar elәyir vә ibtidayi-kәlamı fatehi-Xeybәr vә saqiyi-kövsәr, yәni Әli Heydәri-kәrrarın mәdhilә başlayıb, özünü bu sayaq nişan verir:
 
İçmişәm cami-әzәldәn, olmuşam mәstanә mәn,
Saqiyi-kövsәr Әlidir, olmuşam cananә mәn.
 
Oldurur şahım, pәnahım, mәzhәbü dinim mәnim,
Elmi-zahirdәn, nә hasil, olmuşam biganә mәn.
 
Oldurur elmül-lәdünni, oldurur әsrari-hәq,
Kәmtәrii bir bәndәyәm, şükr eylәrәm sübhanә mәn.
 
Kәbәni bütxanәdәn ayrı bilir zahirpәrәst,
Mәscidin tәrkini qıldım, bәklәdim meyxanә mәn.
 
Mәstü mәxmur olmuşam, zahid, dәri-meyxanәdә,
Söylәrәm sirri-«әnәlhәqq», olmuşam divanә mәn,
 
Cәnnәtü firdovsi-әla vәsfini çox söylәmә,
Yar baqidir mәnә, bil, baxmışam Fürqanә mәn,
 
 
Oturub bir guşәdә, taәt edirsәn xaliqә,
Niyyәtin cәnnәt imiş, gör, söylәrәm mәrdanә mәn.
 
Bil hәqiqәt hәqqdәn, vaiz, usan bu cәhldәn,
Cәnnәt içrә izzi yoxdur, girmişәm rizvanә mәn.
 
Kor olubsan, görmәyirsәn röyәti-cananını,
Mәhvәşi, gәl qıl nәzarә, onda dur, dürdanә mәn.
 
Mәhvәşinin yuxarıda yazılan kәlamlarından -- ki, mәnәn vә bәlağәt heysiyyәti ilә biqüsurdurlar, onun Füzuli әleyhirrәhmәyә vә Nәbatiyә tәbәiyyәt göstәrmәyi zahir olur. Ehtimal var ki, Nәbati ilә Mәhvәşi bir әsrin adamları olmuş olsunlar. Hәr halda onların kәlamları bir-birinә çox bәnzәyir: hәm lәfzәn, hәm mәnәn.
 
Zahirpәrәst vaizlәrin haqqında demişdir:
 
Vaizin zahiri xoş, sirri-xudadәn qafil,
Ümmiyi-әhmәq imiş, batin işindәn cahil.
 
Nә olur zöhdü riyadәn, nә bilir bixәbәran,
Demәyin, mәrdümi-dana, bulara siz aqil.
 
Әqli yox kövdәn imiş, misli-bәhaim bifәhm,
Demәz insan bulara, mәrdi-mübarәk, qabil.
 
Uymagil nәfsә, fәqih, zöhdü riyadәn bir usan,
Habili-xoşsiyәri qәtlә yetirdi Qabil.
 
Dәhri-dun mәzrәi-üqbadı, bil anı tәhqiq,
Yaxşılıq töxmin әgәr mәrdümi-dana kamil.
 
Olma qafil, hәzәr eylә bu riya işlәrdәn,
Nәfsi-şuma uyuban etmә xәyalın batil.
 
Bir eşit Mәhvәşinin pәndini, ey vaizi-şәhr,
Eşq dәryasına gir, eylә vücudun sahil.
 
Mәhvәşinin bu qisim xoşmәzmun kәlamı çoxdur vә cümlәsindә şairin hәqiqәtbin vә alitәbliyi görünür. Bir qәzәlindә şairin tәbi övci-mәqama pәrvaz elәyib, şahbazi-fikri seyrangahi-lahutda dövrü gәrdiş elәyir. Bu halәt üzrә şair bәşәriyyәt halından çıxıb öz vücudunu gah gәnci-әsrari-xuda vә mәdәni-әnvai-cәvahir vә mәxzәni-lәlü gövhәr bilir vә gah göy üzündә gәrdiş edәn şәmsi-alәmara vә sәfheyi-asimanda bәrq vuran seyheyi-sәda vә sair mәxluqatın kaffәsinә mәzhәri mәnbә hesab elәyir.
 
Mәhvәşinin bu kәlamında Şәms Tәbrizinin tәsiri aşikarәn görünür. Haman qәzәl budur:
 
Bir fәqirәm şahasa, dәrvişәm şeydasifat,
Bir gәdayәm birida, dәrgahi-alimәnzәlәt.
 
Müstәhәq biçizü miskin bәndeyi-azadәyәm,
Mәxzәni-dürdanәyәm, әsrari-gәnci-mәrifәt.
 
Gәnci-әsrari-xudayәm guşeyi-meyxanәdә,
Şәmsi-gәrdunәm yәqin, seyr eylәrәm dәryavü dәşt.
 
Eylәrәm bir dәmdә seyr әflaki-gәrduni tәmam,
Mötәkif bir guşәdә xummarvәş bipavü dәst.
 
Xümnişinәm, çün Fәlatun hikmәti-Rәhman mәnәm,
Pәhlivanәm çün Tәhәmtәn, olmuşam çalakü cәst.
 
Bәrq uran göy sәfhәsindә seyheyi-әfğan mәnәm,
Mәdәni-әnvai-cövhәr mәndәdir, ey xudpәrәst!
 
Sәrfәrazәm eşq ara, rindi-qәlәndәrmәşrәbәm,
Şәhriyari-arifanәm tuqdari-tacü tәxt.
 
Şahbazi-fikrәtәm, seyrangәhim lahutdur,
İçmişәm mey cami-hәqdәn, olmuşam azadә mәst.
 
Saqiyi-rizvan qulami Mәhvәşi küstaxdır,
Dәhr ara sәrmәst olubdur zahirәn ol rәyi sәxt.
 
Qeysәri-kәbrnicadәm, xosrovi-xaqani-Çin,
Adili-Nuşirәvanәm, cami-Cәm, Cәmşidbәxt.
 
Mәhvәşinin bu mәzmunda daha da bir çox qәzәllәri vardır ki, cümlәsini burada dәrc qılmağa ehtiyac yoxdur.
 
Şair bәsirәt gözü ilә әtrafına nәzәr yetirib, tamami-mәxluqatın axırını puçü zayü fani görüb, özü dәxi fәna arzusuna düşür, rahәtü sәadәti mәhz fәnada vә alәmi-әdәmdә tәhqiq edir vә könlünü fәna mülkünә tәrәf sövq edib deyir :
 
Fәna olmaq dilәr könlüm әlayiqdәn qutarmaqdan,
Fәnadә işrәtü qәm yox, misali-mәstü heyrandır.
 
Necә ki, bu babda Füzuli Bağdadi hәm demişdir:
 
Әlqissә, vücud dami-qәmdir,
Azadәlәrin yeri әdәmdir.
 
Belә olan surәtdә mәrgdәn xövf etmәk vә fәna alәminә köç etmәkdәn mәyus vә mükәddәr olmaq böyük bir sәhv deyilmi? Hәqiqәti-haldan bir növ bixәbәr vә qafil olmaq deyilmi? İnsan üçün ölüm haqqdır vә ayeyi-vafi hidayә mәzmununca «kullu şeyin halikun illә vәchәhu» -- baqi vә әbәdi qalan ancaq bir qadiri-zülcәlaldır. Bu cәhәtә dünyanın qәmin yemәkdәn vә övzai-zәmanәdәn dilgir vә şaki olmaqdan bir fayda yoxdur. Vәli insan necә ki, diridir, hәyatın qәdrini gәrәkdir bilsin vә hәqq-taala ona mәrhәmәt qıldığı qüdrәt vә bacarığı xeyir işlәrә vә haqq yoluna sәrf elәsin. Tәk fәna arzulamaqdan bir mәnfәәt yoxdur vә hәqq-taalanın әmri bizә sәyü tәlaşdır. Zaviyәnişinlik vә bikarçılıqdan bir şey çıxmaz. Bizim bu әsri-şumda hәtta mәdәni tayfalar arasında dәxi diriliyi bimәzmun bilib dünyadan vә onun keşmәkeşindәn bizar olub canlarına qәsd edәnlәr az deyildir.
 
Axır vaxtlarda elә ittifaq düşür ki, paytaxt şәhәrlәrdә intihar edәnlәrin hәddü hesabı әndazәdәn çıxır vә ricali-dövlәti, polisә mәmurlarını, hükәma vә fәlsәfә firqәlәrini fikrü әndişәyә salır. Bu hәdsiz intihara sәbәblәr çoxdur. Vәli ümdәsi dünyadan bizar olub, beş günlük hәyatı püç vә bimәzmun bilmәk әqidәsidir.
 
İslam alәmindә dәxi bu fikrü әqidәdә olanlar az deyildir. Tәkcә Füzulinin:
 
Әlqissә, vücud dami-qәmdir,
Azadәlәrin yeri әdәmdir --
 
-- şeri ona kifayәt edir ki, çoxlarını qәflәtdәn ayıldıb beş günlük dünya mәişәtinin puç vә boş olmağı barәsindә böyük әndişәyә salsın. Başqa bir әcәm şairi bu xüsusda demişdir:
 
Ma hiç, cәhan hiç, ğәmo şadi hiç,
Xoş nist bәraye-hiç naxoş budәn.
 
Mәrhum Mәhvәşi dәxi bu әqidәdә olduğunu bir qәzәlindә izhar qılıb deyir:
 
Şadiman ol, çәkmә qәm dünya üçün, ey nikmәrd,
Sәndә vardır әsli-mәna, gövhәri-paki-xirәd.
 
Gün dolanır, ay olur, dövran keçir, olur xәzan,
Fәsli-gül keçdi -- deyib olma, könül, aşüftәgәrd.
 
Fanidir mәcmui-әşya, sәrbәsәr hәr nә ki, var,
Yerü göy, şәmsü qәmәr, әncüm, kәvakib, bad gәrd.
 
Oldurur baqi qalan, hәr bir şeyin mәnasıdır,
Qeyr yoxdur, hәr nә görsәn oldurur yektayi-fәrd.
 
Şәkli-gunagun görünür dәhr ara bihәddü hәsr,
Tәlxü şirin, xubü ziştü bәdsiyәr, ruxsari-zәrd.
 
Gör fәnadә baqini, bilmәn bu istiğna nәdir,
Ey sәmәnbar nazlı yarım, söylәmә bir hәrfi-rәdd.
 
Yari-baqi çilvәsidnr hәr nә körsәn, Mәhvәşn,
Müztәribhal olmakil, ey mәrdi-arif, metәmәd!
 
Hәqq-taalanın tövhidi, qüdrәtü әzәmәtü bәqası xüsu-sunda vә insanın zәf, әçzü fәnası barәsindә Mәhvәşikin yuxarıda tәrqim olunan kәlamı xeyli pürmәna vә Füzulinin kәlamına bәnzәr bir qәzәldir. Bu misilli qәzәllәri çoxdur. Әşarın qәzәliyyat qismindәn sәva Mәhvәşinin hәr növ kәlamı vardır. Cümlәsindәn mü-sәlsәl vә mövzun olanı tәrçibәnd vә tәrkibbәnd kәlamlarıdır.
 
Bunlardan qeyri bir çox xoşmәzmun vә sәlis müsәd-dәsat, müxәmmәsat vә mürәbbeatı vardır ki, cümlәsi-nin buraya küncayişi yoxdur. Nümunә üçün onlardan birisi zeyldә dәrç olunur.
 
Kәlami-Mәhvәşi әleyhirrәhmә:
 
Piranәsәrәm, şurü nәvadәn xәbәrim var,
Aşüftәtәrәm, suni-xudadәn xәbәrim var.
Seyr eylәmişәm, teyri-hümadәn xәbәrim var,
Bidar oturub badi-sәbadәn xәbәrim var.
Çox eylәmişәm seyr, fәnadәn xәbәrim var,
Kәl hәmdәm olaq, әhli-bәqadәn xәbәrim var.
Çüi mötәkifәm, zehdü riyadәn xәbәrim var,
Xoffaş niyәm[1], mehrü ziyadәn xәbәrim var.
 
[1]- Niyәm -- yәni nistәm, deyilәm. Xәffaş niyəm -- geçəquşu, Yarasa deyilәm.
 
Hamu elәmәn, yәni nәvadәn xәbәrim var,
Zahnd deyilәm, sövmü sәladәn xәbәrim var,
Saqi deyilәm, bәzmi-sәbadәn xәbәrim var,
Hüdhüd deyilәm, şәhri-Sәbadәn xәbәrim var.
Tuti deyilәm, murği-Minadәn xәbәrim var,
Zalim deyilәm, әhli-çәfadәn xәbәrim var.
Vaiz deyilәm, xövfü ricadәn xәbәrim var,
Alim deyilәm, elmi-xәfadәn xәbәrim var.
Cahil deyilәm, «la»vü «әla»dәn xәbәrim var,
Qafil deyilәm, qalü bәladәn xәbәrim var..
Nadan deyilәm, eyni-rizadәn xәbәrim var,
Bidin deyilәm, әhli-vәfadәn xәbәrim var.
 
Çoxlar dolanıb dәhrdә dürdanә tapaydım,
Çoxlar dolanıb kәnc ilә viranә tapaydım,
Çoxlar dolanıb aşiqi-divanә tapaydım,
Çoxlar dolanıb mәscidümeyxanә tapaydım,
Çoxlar dolanıb arifi-mәstanә tapaydım,
Çoxlar dolanıb saqiyi-peymanә tapaydım,
Çoxlar dolanıb hәmrәhi-mәrdanә tapaydım,
Çoxlar dolanıb qabil çananә tapaydım,
Çoxlar dolanıb meyveyi-bidanә tapaydım,
 
Çoxlar dolanıb şairi-fәrzanә tapaydım,
Çoxlar dolanıb mәcmәi-әfsanә tapaydım,
Çoxlar dolanıb zivәri-kaşanә tapaydım,
Çoxlar dolanıb mәsnәdi-şahanә tapaydım,
Tәnha oturub cümlәni biganә tapaydım.
 
Dövran dolanır, yoxdur onun sәbrü qәrari,
Gündür dolanır, sübhü mәsa yoxdu qәrari,
Suya nә olubdur ki, edәr növheyi-zari,
Azadә olan sәrvi-sәhin vermәdi bari.
Nә zinәt ilә güllәr açıb nәxli-әnari,
Güllәr -- kimi әhmәr, kimi abi, kimi sari.
Bu hikmәtә bax, şәhdi-müsәffa verir ari,
Olmuş güli-hәmra nә üçün munisi-xari?
Gәnc üzrә qılıbdır nә üçün mәskәn mari.
Өvzai-cahan böylә olubdur niyә bari?!
 
Vaiz sözünә tutma qulaq, olma giranbar,
Bu cismi-lәtifin elәmә cifeyi-murdar.
Olma nigәran zәxmeyi-qәmxanәdә bimar,
Hәsrәtlә baxıb qeyrilәrә eylәmә әfkar.
Dövranü zaman kimsә ilә olmadı qәmxar,
Budur qәrәzin kim, olasan ona vәfadar?
Әsla elәmә zaye özün dәhrdә, idbar,
Uyma onun әtvarına, ey mәrdi-nikukar!
Biqiymәt olub etmә özün zayevü biar,
Bu bәzmdә mәrdanә dolan feli sәzavar.
Bu pәndim eşit, işlәmә bәd, olma xәtakar,
Bir dürri-giranmayәsәn, ey mәxzәni-әsrar!
 
Bu zöhdü riyadәn usan, ey zahidi-xudbin,
Olma nigәran nәfsin üçün dәhrdә qәmgin.
Sәhrayә çıxıb seyr elәgil biqәmü bikin,
İbrәtlә baxıb fikr elә, gör güllәri rәngin.
Nә şövkәt ilә dağlәr olmuş belә sәngin,
Nә tәrz ilә bünyad olub dәhrdә maçin.
Nә rәng ilә güllәr yetirib bağdә gülbün,
Nә vәch ilә aram deyil xuşeyi-pәrvin.
Göy sәfhәsi üzrә gör edib nәcmlәr ayin,
Nә әtr saçıb bağdә nәrgislә rәyahin.
Gülzarә çıxıb hәşmәt ilә Xosrovi-şahin,
Şahbaz baxıb gördü onun şövkәtü cahin.
 
Vaiz nә bilir keyfiyyәti-cәhlü hәqiqәt,
Zahid nә bilir mәrifәti-şәrti-tәriqәt,
Ümmi nә bilir mәrtәbeyi-keyfi-nübüvvәt,
Nadan nә bilir nәşeyi-sәrşari-mәhәbbәt,
Naqis nә bilir nikü bәdü qübhü qәbahәt,
Aşiq nә bilir şiveyi-göftari-fәsahәt,
Qafil nә bilir zövqi-әlәm, üsrәtü işrәt,
Zalim nә bilir mәrhәmәtü helmü mürüvvәt,
Alim nә bilir nükteyi-tövhidi-şәriәt,
Miskin nә bilir tәntәneyi-hökmi-fәxarәt,
Kuran nә bilir ruzü şәbü әhsәni-surәt,
Şeyda nә bilir zivәrü arayişü zinәt,
Sәrmәst nә bilir qaideyi-söhbәtü fikrәt,
Bidar gәrәk arifü huşyari-әdalәt,
Pirani-rәhi-mәrifәtü munisi-vәhdәt,
Bunlardı hәqiqәtdә olan qabili-qüdrәt.
 
Ey vaiz, usan, eylәmә tәkrar bu qali,
Yüz hiylә ilә cәm elәmә malü mәnali.
Sәhrayә düşüb eylәmә hәr yerdә suali,
Cәm eylәmәgil boynuna bu qәdr vәbali.
Olma nigәran ruzi, hәvәs eylәmә zari,
Bu şirkü riyadәn uzaq ol, etmә xәyali.
Mәrdanә dolan dәhrdә, bir eylәgil ari,
Olma nigәran cifә üçün, şükr elә bari.
Azadәrәviş dövr elәgil, etmә xumari,
Şeydasifәt ol guşeyi-meyxanәdә bari.
Gәl adәm ol, ey әhmәqi-sәrgәştә, übali,
Axır günüdür, xar olub çәkmә mәlali.
 
Ey Mәhvәşiyi-suxtәdil, xatiri dәrviş
Bünyadi-cahan böylә olub, eylәmә tәşviş.
Qәndü şәkәrü zәhri-hәlahil, әsәlü niş,
Fәrzanәvü divanә qamu munisü hәmxiş.
Gürgü, sәgü gusalәvü büzqaleyi-buz, miş,
Әsbü şütürü şir, pәlәngü kәlü camiş.
Gürbә nәdürür, ruzi olub onlar üçün muş,
Ağıl buna çatmaz, elәmә bunlara sәn guş.
Bunlar hәmә әsrari-xudadır, nә asan iş,
Dövranı-fәlәkdәnmi olubdur yaz ilә qiş?
Ancaq özüdür eylәyәn izhari-binaguş,
Sәrmәstlәri kimdir edәn dәhrdә mәdhuş?
Mәxmurlәrә kimdi verәn qüdrәt ilә huş,
Mәxluqlәrә kimdi verәn füshәti-daniş?
Fәrzanә nikurәy gәrәk, aqibәtәndiş.
 
Mәhvәşinin bu tәrkibbәndindә bәzi mәtlәblәr tәkrar olunursa da (mәsәlәn, riyakar zahidlәrә vә dünyagir vaizlәrә olunan töhmәt vә sәrzәnişlәr kimi), bәzi mәtlәblәr dәxi vardır ki, şayani-diqqәtdir.
 
Şair bir neçә mәqamlarda mәrhum müәllim Nacini öz әşari-hikmәtamizi ilә yada salır vә onun kimi bir çox nazik mәnalar vә mühüm işarәlәr üstә danışır. Hәqq-taalanın bilinmәz sirrlәrini vә ağlasığışmaz hikmәtlәrini yad edib matü mütәhәyyir qalır vә bir növ çaşmış halda deyir:
   
Bunlar hәmә әsrari-xudadır, nә asan iş....
 
Bundan başqa bu tәrkibbәnddә Mәhvәşinin gözәl bәndlәri vә tәnbehlәri dәxi vardır ki, onlara diqqәt yetirmәmәk olmaz. Mәsәlәn, bu dәhri-dunda beş günlük ömür üçün adam gәrәkdir nәfsinә uymasın vә feli-nasәza ilә özünü biarü biqiymәt elәmәsin:
   
Әsla elәmә zaye özün dәhrdә, idbar,
Uyma onun әtvarına, ey mәrdi-nikukar!
Biqiymәt olub etmә özün zayevü biar,
Bu bәzmdә mәrdanә dolan, feli sәzavar.
Bu pәndim eşit, işlәmә bәd, olma xәtakar,
Bir dürri-giranmayәsәn, ey mәxzәni-әsrar![2]
 
[2]- Mәhvәşinii bu şerlәri türk şairlәrindәn Әbdülhәqq Hamidin «İbn Musa» nam әsәrinә bәnzәyir. Necә ki, İbn Musanın dilindәn demişdir: 
 
Mәhvәşinin mütәәddid әsәrlәri bir yerdә cәm olumsa, mötәbәr bir divani-әşar hasilә gәlәr. Asari-nәfisәlәrindәn bir çoxu alicәnab müfti әfәndinin «Mәcmuә»sindә tәhrir olunmuşdur.
 

Bәhs etmә mәnә dәğdәğeyi-yәsü әmәldәn,
Ol tәcrübәdәn nәzdi-kәlamımda qina var,
Azadәsәrәm qaileyi-şövqü kәsәldәn,
Madam ki, әncami-hәvadisdә fәna var.
Hәr verdiyi çıxmaqda ikәn aqibәt әldәn,
Dünya bu qәdәr rәğbәtә olsunmu sәzavar?!
Musayә nә qәm zәrbeyi-cәlladi-әcәldәn,
Өmründә fәna var isә namında bәqa var.
Mәqsud budur eylәdiyim sәyü әmәldәn,
Musa denilir qübbәdә bir xoşca sәda var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR