Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Məhəmməd bəy Cavanşir "Aşiq" təxəllüs

Firidun bəy Köçərli - Məhəmməd bəy Cavanşir "Aşiq" təxəllüs
Sakura

Firidun bəy Köçərli - Məhəmməd bəy Cavanşir "Aşiq" təxəllüs

Mәhәmmәd bәy vәlәdi-Behbud bәy-Zәngilani "Aşiq" tәxәllüs Aşıq Pәrinin aşiqlәrindәn birisidir. Ziyadә qeyrәtli, vәfadar vә sahibi-kәmal bir vucud imiş. Dindar vә hәqq tәrәfdarı olduğu üçün müasirlәri arasında hörmәt vә izzәti çox imiş. Bununla belә düşmәnlәri dә az deyilmiş. Belә ki, Rus dövlәti Qarabağ xanlığının bir çox nöqtәlәrini tәhti-tәsәrrüfünә götürdükdәn sonra Zәngәzur mahalını dәxi zәbt etdi. Bu әsnada bәzi şurişlәr o mahalda vuqua gәldi. Mәhәmmәd bәyin düşmәnlәri bu hadisәdәn nәfbәrdar olub, onu dövlәt nәzәrindә müttәhim qıldılar vә ricali-dövlәt dәxi onun haqqında söylәnilәn iftira vә böhtanları tәhqiq et[mә]miş, onu vәtәnindәn çıxarıb Ordubad şәhәrinә göndәrilmәsinә әmr verdi vә o mәkanda miladın 1861-ci sәnәsindә vәfat etmişdir.
 
Hәr qisim әşarı var isә dә, mürәttәb divanı yoxdur. Әşarından nümunә üçün bәzilәri burada zikr olunur. Mirzә Hәsәn Mirzәyә bәhri-tәvil sәbkdә yazdığı bir qәzәl:
 
Yenә asudә ikәn uğradım bir şux zibayә,
Üzü gül, arizi mül, zülfü sünbül, çәşmi şәhlayә.
 
Üzü sahir, özü zahir, gözü can almağa mahir,
Görәn bir baxışın vermәz onun dünyavü üqbayә.
 
Dәhanın var-yox sirrini bilmәk xeyli müşküldür,
Әcәb mahirdir ol әyyar hәr elmi-müәmmayә.
 
Baxanlar qamәtindәn rәmzlәr anlar qiyamәtdәn,
Görәnlәr şәkli-әbrusin dәxi baxmaz yeni ayә.
 
Yer üzrә durmadı, getdi, sәmavatı mәqam etdi,
Lәbi ecaz rәmzin göstәrәn dәmdә Mәsihayә.
 
Götürsә gün cәmalından bulud kimi qara zülfün,
Sәrasimә Zuleyxa tәk çıxar Yusif tәmaşayә.
 
Dodağından soruşdum ağzının mәn var-yox sirrin,
Bu nazik nöqtәni sorma, düşar qan,--dedi--ortayә.
 
Alır feyzi-nәzәr bәhrini Aşiq tutsa damanın,
Tapar sәrriştәsin, yetsә әli zülfi-çәlipayә.
 
Bu qәzәlin cavabını Mirzә Hәsәn yazmışdı ki, onun tәrcümeyi-halı tәhtindә dәrc olunubdur. Aşıq Pәriyә aşinalıq tәrhindә yazdığı bir müxәmmәs:
 
Ey Pәri, dәhrdә yox sәn kimi bir cananә,
Tәn edәr mehri-rüxün göydә mәhi-tabanә,
Gәrçi bihәd görürәm lütfunü hәr insanә,
Piri-biqaidәdir, uyma Mәlik Aslanә,
Olgilәn yar yenә mәn tәki bir oğlanә.
 
Hәm sәnin qәdrini Fәrhad ilә Şirin bilmәz,
Mirzәcan bilsә dә yüzdәn o da birin bilmәz,
Mirzә Mәmmәd dәxi o fәthәvü zirin bilmәz,
Kim ki, mәşuq ola, o, zülfi-әsirin bilmәz,
Rәng ilә salmagilәn sәn buları böhtanә.
 
Mәn sәnә hәr nә desәm mehrü mәhәbbәt sözüdür,
Sәn mәnә yazdığın әfsanәvü möhnәt sözüdür,
Gәr desәm hәmdәm olaq, bil ki, mavәddәt sözüdür,
Bir zaman әrzim eşit, gör necә ülfәt sözüdür,
Tövsәni-әqlini fikr ilә gәtir cövlanә.
 
Sәn tәki şux münasibdi ki, mәstanә gәlә,
Әldә sazü mәzәvü sağәrü peymanә gәlә,
Aşiqi-mәst görüb din ilә imanә gәlә-- 
Kim, gәrәk doqquz ola başı bu meydanә gәlә,
Özünә türrәlәnib girmә bizim meydanә!
 
Sәnә şayәstә odur kim, tapasan әhli-vәfa,
Canü dildәn edәsәn eşq tәriqini rifa,
Olasan yar ona, etmәyәsәn cövrü cәfa,
Dövri-fanidә sürüb bir neçә gün zövqü sәfa,
Әhli-haldan özünü tutmayasan biganә.
 
Yenә Aşıq Pәriyә yazmışdır:
 
Tәxәllüs nә lazım, ey Aşıq Pәri,
Bir kәs ki, mehrdәn xәbәrdar ola?
Könüldәn könülә yollar görünür,
Әlavә, nә hacәt, aşikar ola?
 
Xoş yaradıb sәni ustadi-әzәl,
Hüsnü vәcahәtdә yekta, bibәdәl,
Dızaq mahalında sәnin tәk gözәl-- 
Hәqdәn istәmişәm bәrqәrar ola.
 
Әhli-halı görmәk istәr әhli-hal,
Müzayiqә etmә, gәr olsa macal.
Sәnin tәk dәrdmәnd olmayan mahal,
Görüm ki, dağılıb tarümar ola.
 
Belә işin nә lәzzәti, nә dadı,
Xublar bilә görәk aşnanı-yadı,
Çәkәsәn ağuşa bala Fәrhadı,
Şirin didarına intizar ola.
 
Ağlını cәm eylә, olma sәrsәri,
Sәndә yoxdur eşqbazlıq әsәri,
Fәhmü fәrasәtdә yüz sәn tәk Pәri
Gәrәkdir Mәmmәdә xidmәtkar ola.
 
Aşıq Pәrinin Mәhәmmәd bәyә cavabı:
 
Şayәstәdir, ey mürşidi-kamilim,
Dostlar arasında etibar ola.
Şair odur ustadından dәrs ala,
Ziddü cinsi rәdifi-pәrgar ola.
 
Cәvabi-xәttindәn olmuşam xoşhal,
Әrz edәrәm qulluğuna vәsfi-hal,
Şan ilә şövkәtin olsun bizәval,
Gәrәk xidmәtindә xidmәtkar ola.
 
Mailәm hüsnünün xoşca rәnginә,
Yetә bilmәn tәcnisinin dәnginә,
Sәni sallam müәşşәrin cәnginә,
Arif bu yerlәrdәn xәbәrdar ola.
 
Pәri idim eşq içindә aşikar,
Aralıqda yaxşı olur sәbәbkar,
Bu cәng meydanında eylәrәm şikar,
Әgәr Mәhәmmәd tәk sәd hәzar ola.
 
Mәhәmmәd bәyin Aşıq Pәriyә cavabı:
 
Ustadi-әzәldәn dәrsim almışam,
Mailәm hәr yerdә qövğayә, Pәri!
Ziddü cinsi-rәdif sözün danışma,
Mәn desәm, düşәrsәn ah-vayә, Pәri!
 
Әlindәki badә olsun, saz olsun,
Hәrәkәtin işvә olsun, naz olsun,
Yekә yerdәn danışmağın az olsun,
Düşәrsәn bir dәrin dәryayә, Pәri!
 
Müәşşәrin hәr bәndindә naçarsan,
Mәn açmaram, yenә özün açarsan,
Bu işindәn yәqinimdir qaçarsan,
Axırda Mәlikә, Mirzayә, Pәri!
 
Qafiyә gәrәkdir ola dilpәsәnd,
Nә ki, belә mәğşuş ola dәrdmәnd.
Bilmirәm ki, sәnә elәyim rişxәnd,
Yoxsa onu yazan mollayә, Pәri!
 
Lәblәrin müsәffası Aşiqi,
Dәhanının müәmması Aşiqi,
Siyәh zülfün tәmәnnası Aşiqi
Salıbdır bir uzun sövdayә, Pәri!
 
Vәsfi-dilbәr babında Molla Pәnah Vaqif sәbkindә yazdığı mürәbbeatdır:
 
Sәni tarı, mәndәn olma mükәddәr,
İncimә, bu dilin viranı sәnsәn!
Neylәrәm dünyanı, әzizim, sәnsiz,
Bilirәm dәrdimin dәrmanı sәnsәn!
 
Gözәldir camalın, hüsnündür cәmil,
Ölmәdim hicrindә, qalmışam xәcil,
Başın üçün, ey gül, dolanım yüz il,
Könlümün mülkünün sultanı sәnsәn.
 
Vamiqin Әzrayә var idi meyli,
Onunçün axardı gözündәn seyli,
Yusifin Züleyxa, Mәcnunun Leyli,
Mәnim dә canımın cananı sәnsәn.
 
Hәr nә ki, әrz etdim, ona yetmәdin,
Şad elәyib bizi gәlib-getmәdin,
Könlüm alıb bir yol qәbul etmәdin,
Bu qәdәr çәkdiyim amanı sәnsәn.
 
Pünhanı baxışın alıbdır canı,
Cadu qәmzәlәrin vermәz amanı,
Tarı hifz elәsin nuki-mücganı,
Aşiqin qatili-pünhanı sәnsәn!
 
Yenә Aşiqin vәsfi-dilbәr barәsindә yazdığı kәlam:
 
Sәndәn ayrı işim mәnim, ay dilbәr,
Gecә-gündüz ahü fәğan olubdur.
Tәğafül rәhmindәn zülmü sitәmin
Bizim barәmizdә ehsan olubdur.
 
Lәhzә-lәhzә halın sorduğun könlüm,
Gündә min tәsәlli verdiyin könlüm,
Daim şadü xürrәm gördüyün könlüm
İndi dәrd әlindәn viran olubdur.
 
Haçan almamışdın ağlımı sәrdәn,
Oxurdum müshәfi-hüsnün әzbәrdәn,
O gündәn ki, saldın gözdәn, nәzәrdәn,
Mәnim halım çox-çox yaman olubdur.
 
Heç yada salmazsan mәn dilfikarı,
Sәni bimürüvvәt yaradıb tarı,
Dәhanın şövqündәn Aşiqi-zarı
Öldürәn bir daği-pünhan olubdur.
 
Cәfәrqulu xan "Nәva" tәxәllüsün Mәhәmmәd bәyә әnam etdiyi qızıl quş barәsindә tәrtib etdiyi qafiyәlәr:
 
Başın üçün, sizin bazi-әnami
On beş gündә alıb iki şikari,
Birisi yüz ovla üç qanad uçmuş,
Birisi bir yelpәk kәbki-yәsari.
 
Olmaz belә şәfqәt, belә mәrhәmәt,
Canü dildәn gәrәk ha çәkәk minnәt,
Sәrkari-alidә tapıb tәrbiyәt,
Onunçun bu qәdәr çoxdu vüqarı.
 
Sәhәr gәmişәrәm, axşam tutaram,
Vaxt olur ki, meşәlәrdә yataram,
Börkümü götürüb önnük ataram.
Yad elәrәm tez-tez pәrvәrdigarı.
 
Belә xana nüzul olmaz belә qәm,
Çarә olmaz buna, neylәsә alәm.
Uçmadığı, almadığı cәhәnnәm,
Çağıranda әlә gәlәydi barı.
 
Gәrәkdir götürüb dәrәbәdәrә
Gәmişәydi bunu Tatvos, Mәrkәrә,
Nә rәvadır mәnim kimi çakәrә
Bәxş edәsәn belә tәnbәl murdarı.
 
Burada yazılan qafiyәlәrdәn başqa Mәhәmmәd bәy Aşiqin bir çox qәzәliyyatı vә mәrhum Qasım bәy Zakir ilә deyişmәlәri vardır ki, onları bәzi sәbәblәrә görә, zikr etmәyi münasib görmәdik; ancaq ömrünün axır çağında tәrcibәnd tәriqindә yazdığı "Tövbәnamә"ni yazmaqla iktifa etdik:
 
 
TÖVBӘNAMӘ
 
Ey xuda, sәnә әyandır ki, vәfadaram mәn,
Tutduğum işlәri yad eylәyib ağlaram mәn.
Leyk bu nәfsin әlimdәn hәmәvәqt zaram mәn,
Әliboş, üzüqara, bәndeyi-biaram mәn.
Hәr na tәnbeh edәsәn, ona sәzavaram mәn,
Gәlmişәm dәrgәhinә, labüdü naçaram mәn.
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn,
Asiyü bәdәmәlü-rusiyәhü xaram mәn.
 
Gәrçi dünyayә gәlib gәzdimü getdim biçiz,
Vermәdim xeyrü şәrә zәrrәcә tәşxisü tәmiz.
Artdı hirsim mәrәzi, etmәdim әsla pәrhiz,
Dәxi bundan sora yoxdur mәnә bir rahi-güriz.
Nә әmәl riştәsi var әldә, nә bir dәstaviz,
Eylәdim xәlq ilә nahәq yerә pәrxaşü sitiz.
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn,
Asiyu bәdәmülü rusiyәhü xaram mәn.
 
Hәr nә iş tutdum isә, cümlә bәdü bәdhәrәkәt,
Etmәdim şükri-hәyat, eylәmәdim fikri-mәmat,
Bu dәni dәhrdә bihudә keçirdim övqat,
Şimdi rehlәt dәmidir, qalmışam avarәvü mat,
Şәrmsari-günәhәm, ah, әlim bisövqat,
Yetmәyim mәqsәdә bu vәch ilә heyhat, heyhat!
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn,
Asiyü bәdәmәlü rüsiyәhü xaram mәn.
 
Ya rәb, indi mәn öz әhvalıma heyranam çox,
Qәzәbü qәhrin edib fikr, hәrasanam çox,
Bilib etdiklәrim әfalә peşimanam çox,
Bilmәyib sәhvü qәlәt işlәrә giryanam çox.
Kәrәmü lütfünü çox izz ilә cuyanam, çox,
Qüssәdәn şamü sәhәr zarü pәrişanam çox,
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn,
Asiyü bәdәmәlü rusiyәhü xaram mәn.
 
Tövbә, ya rәb, bu qәdәr bәd әmәlimdәn tövbә!
Mәsiyәt rahinә hәm get vә gәlimdәn tövbә!
Hәr xilaf olmuş isә sınmış әlimdәn, tövbә!
Dәxi bundan sora mәkrü dәğәlimdәn tövbә!
Eylәrәm sidq ilә mәn piş әz--ölümdәn tövbә!
Hәr xәta çıxmış isә bir dә dilimdәn, tövbә!
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn,
Asiyü bәdәmәlü rusiyәhü xaram mәn.
 
Bilmәz idim ki, bu alәmdә olur zar olmaq,
Nә ölüm var, nә qocalıq, nә dә bimar olmaq.
Adәtim hәr xәmi-gisuyә nigunsar olmaq,
Mayili-lәli-lәbü aşiqi-ruxsar olmaq,
Valehi-xalü xәtü heyrәti-didar olmaq,
Yar әğyar olub, әğyarım ilә yar olmaq,
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn,
Asiyü bәdәmәlü-rusiyәhü xaram mәn.
 
Bәli, mәsdud olub şimdi mәnә rahi-xilas,
Çünki lazım düşüb üsyanә şәriәtdә qisas.
Qüdrәtü hikmәti-hәqdәn görünür böylә xәvas-- 
Kim, görә ruzi-cәza hәr kişi felinә xilas,
Sәn özün dadә yet ol gündә ki, nә amü nә xas,
Nә kәrәm әhli yetәr dadә, nә әhli-ixlas.
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn;
Asiyü bәdәmәlü rusiyәhü xaram mәn.
 
Nәfsi-әmmareyi-sәrkeş gәtirib әqlimә zur,
Cism ilә canı tutub mәrtәbeyi-kibrü qürur.
Әmәlim lәğv, işim mәzlәmә, şüğlüm şәrü şur,
Gәlmişәm dәrgәhә bainhәmeyi-eybü qüsur,
Dәxi, ya rәbb, dәrindәn mәni sәn eylәmә dur.
Qoymadı hirs, tamah gәrdi dәxi didәdә nur,
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn,
Asiyü bәdәmәlü rusiyәhü xaram mәn.
 
Müxtәsәr, hәr nә әmәl eylәdim oldum nadim,
Hirs qıldı mәni hәr nakәsi-duna xadim.
Nәfs ucundan nә bәla çәkdi dili-pürbadim,
Şimdi nә bir әmәlim әldә, nә var bir zadim,
Tapmadım bir kәrәm әhli ki, edә imdadim,
Sәn özün dadimә yet, barı eşit fәryadim.
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn,
Asiyü bәdәmәlü rusiyәhü xaram mәn.
 
Nә dilim var ki, sәni cürәt edib yad qılım,
Nә üzüm var sәnә sarı tutuban dad qılım.
Nә sözüm var özümü ol söz ilә şad qılım,
Dili-bәrbadı nә ümmid ilә abad qılım?
Nә edim canımı bu vәrtәdәn azad qılım,
Çarә oldur ki, yenә bu sözü övrad qılım,
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn,
Asiyü bәdәmәlü rusiyәhü xaram mәn.
 
Bir neçә il özümü eşqә müqәyyәd qıldım,
Gahi Aşiq adımı, gah Mәhәmmәd qıldım,
Mәşqi-әbruyi-xәtü xal ilә mürtәd qıldım,
Şiveyi-mehrü mәhәbbәtdә böyük sәd qıldım.
Rövşәni-eşqdә Mәcnunә dәxi rәd qıldım,
Hәr nә iş tutdum isә, cümlәsini bәd qıldım.
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn,
Asiyü bәdәmәlü rusiyәhü xaram mәn.
  
Mәrhum Mәhәmmәd bәyin bu "Tövbәnamә"si onun bәrgüzidә әsәrlәrindәn birisidir. Şair ömrünün tükәnәcәyindә--rehlәt dәmindә dәrgahi-ilahiyә üz çevirib, kәmali-әczü inkisar ilә tövbә vә istiğfar elәyir vә etdiyi günah әmәllәri bir-bir tedad qılıb zarü pәrişan halda rәhmi çox olan hәqqdәn mәğfirәt dilәyir.
  
Bәli! Әyyami-cavanlıqda az adam tapılır ki, hәyatın qәdrini bilib, onu bihudә sәrf elәmәsin vә şairin zәbunü pәrişan halını pirlik mövsümündә öz vücudunda hiss elәmәsin, hirs, tamah, hübbi-cahü mәrtәbә, hübbi-malü miknәt, lәhvü lәәb, büğzü әdavәt, mәniyyәt, sәrkeşlik, büxlü hәsәd vә zülmü sitәmә adәt vә sair övsafi-zәmimә vә әxlaqi-rәzilә ki, cümlәsi avamlıq vә cәhalәt nәticәlәridir, cismü ruhumuzu bir növ zәbtü tәsәrrüf edibdir ki, hәqqü hәqqaniyyәtdәn, insafü mürüvvәtdәn vә әsl bәşәriyyәt vә insaniyyәt nә olduğundan bilkülliyyә qafil vә bixәbәrik.
 
Ancaq axır nәfәsimizdә qәflәtdәn gözümüzü açıb, ölümü önümüzdә görüb xövfü әndişәyә düşürük vә şairin dili ilә bu günә tövbә vә istiğfar elәyirik. Әgәrçi axırkı peşmanlıq fayda vermәz, vәli tövbә vә inabәdәn başqa bir çarәmiz yoxdur:
 
Tövbә, ya rәb, bu qәdәr bәd әmәlimdәn tövbә!
Mәsiyәt rahinә hәm get vә gәlimdәn tövbә!
Hәr xilaf olmuş isә sınmış әlimdәn, tövbә!
Dәxi bundan sora mәkrü dәğәlimdәn tövbә!
Eylәrәm sidq ilә mәn piş әz ölümdәn tövbә!
Hәr xәta çıxmış isә bir dә dilimdәn, tövbә!
Rәhm qıl, bari-xudaya ki, günәhkaram mәn,
Asiyü bәdәmәlü rusiyәhü xaram mәn.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR