Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Kərbəlayı Abdulla İbn Cani

Firidun bəy Köçərli - Kərbəlayı Abdulla İbn Cani
Sakura

Firidun bəy Köçərli - Kərbəlayı Abdulla İbn Cani

Kәrbәlayı Abdulla Şuşa şәhәrindә tәvәllüd edibdir. Sahibi-mәrifәt vә әhli-hal bir zat olduğu üçün ümumi-әyan vә әşrafi-vilayәt içrә әziz vә möhtәrәm tutularmış.
  
Әxlaqı xoş, xasiyyәti gözәl, tәbi-şeriyyәsi rәvan vә sәlis İbn Canı mәclislәr zinәti vә mәhfillәr yaraşığı әziz bir vücud imiş.
  
Cümlәdәn artıq onun xatirini mәrhum Cәfәrqulu xan "Nәva" tәxәllüs vә Qasım bәy Zakir müraat edәrlәrmiş. Bәdihәguluqda mislü manәndi öz әsrindә yox imiş. Güzәranını ticarәt ilә keçirәrmiş, amma mәşğuliyyәti әksәr övqat mәşşaqlıqda (kimyagәrlikdә) keçirmiş. Vәfatı Şuşa şәhәrindә hicrәtin 1255-dә 59 sinndә vaqe olubdur.
  
Kәrbәlayı Sәfi "Valeh" tәxәllüs ilә dost imiş vә aralarında zarafat var imiş. Bir-birinә lәtifә vә hәzl yolu ilә bamәzә şerlәr yazarlarmış. Belә ki, mәrhum Valehin Kәrbәla ziyarәtindәn müraciәt etdiyi әsnada ona yazmışdır:
 
Ey Sәfi, Şah Nәcәf kuyi sәnә mәskәn ikәn,
Niyә ol rövzәni tәrk etdin, әgәr adam idin?!
 
Gün kimi olmadı yarın sәri-kuyindә yerin,
Sәn mәgәr әhli-vәfa bәzminә namәhrәm idin?
 
Süst rәyin sәni mәhrumi-vüsal etmәz idi,
Rәhi-eşq içrә әgәr sabitü müstәhkәm idin.
 
Qürbi-övladi-Әlidir sәbәbi-rәhmәti-hәq,
Sәn ki, mәnidә mәgәr cahili-layәlәm idin?!
 
Kәhfin әshabını tәrk etmәdi sәg bir saәt,
Sәn ki, insan idin, әhmәq, mәgәr itdәn kәm idin?!
 
Adәm olsaydın әgәr şövq ilә ta şamü sәhәr
Yar kuyindә sәdaqәtlә gәzәn hәmdәm idin.
 
Müstәqim olsa idi eşq ilә tәbin daim,
Hәlqә tәk dərgәhi-mövladә bәsi möhkәm idin.
 
Dәsti-ixlas ilә canan әtәyin tutsa idin,
Şәrәfi-rütbәdә sultani-qamu alәm idin.
 
Qәnbәra, Valehi mәn etmә ki, bәs biqәmdir,
Sәn dәxi cahil әgәr olsa idin, biqәm idin.
 
Kәrbәlayı Sәfi Valeh bunun cavabında kuyi-Kәrbәladan vә dәrgәhi-hәzrәt Әlidәn müraciәt etmәsini bәyan edib Kәrbәlayı Abdulla Canızadәyә tәn etmәklә belә bu şerlәri yazmışdır.
 
 
CAVABİ-VALEH
 
Nә sәbәbdәn Sәfi mәhrumi-dәri-Heydәrdir,
Kim bilir pәrdәdәki zişt vә ya zivәrdir.
 
Mәn әgәr feyzü hünәr cahiliyәm, lәn mәnә,
Yoxsa lәnәt sәnә gәlsin, bu nә böhtan, şәrdir?!
 
Sәfinin ziddi әzazili-әzәl Abdulla,
Ona baş әymәdi, lәnәt oxunur, müztәrdir.
 
Ol әbucәhl rәsulun nәyin әksildә bilir,
Daima xübsi-nәbi dildә onun әzbәrdir.
 
Neçә kafir dә ki, peyğәmbәrә әbtәr dedilәr,
Elmi-tәhqiqdә olar şimdi özü әbtәrdir.
 
Arşına әlli güzәr and içәni gör ki, mәnә
Elә söylәr ki, görәn der özü peyğәmbәrdir.
 
Sәnin atan ki, tanırsan onu yaxşı mәndәn,
Siyrәti-zahirә baxma, ürәyi әntәrdir.
                                    
İbrahim xanın kәrimeyi-nәcibәsi Gövhәr ağa tәmir etdirdiyi cameyi-şәrifin tarixindә inşad etmişdir:
 
Baniye-mәmlәkәte-Şişe ke, dәr heşmәto cah
Tәne zәd qobbeye-tәxtәş besәra pәrdeye-mah,
 
Yәni salare-fәlәk şoukәte-Ebrahim xan-- 
Ke, dәrәş bәr hәme xanane-cәhan bud pәnah.
 
Qouhәri daşt derәxşәndevo firuz ke, bud
Pәrtove-mahe-roxәş bәr sәre-xorşid kolah.
 
Baniye-mәscedo mehrab şod an qouhәre-pak,
Әhle-ferdouse-bәrin comle bәr in gәşt qovah.
 
Qәlәme-әhle-doa zәd rәqәme-tarixәş:
"Bad peyvәste gohәr dәr sәdәfe-lotfe-ilah". 
 
Tərcüməsi:
Şuşa mәmlәkәtinin banisi ki, әzәmәt vә cah-çәlalda
Onun taxtının qubbәsi ayın pәrdәsinә tәnә vururdu,
Yәni fәlәk tәmtәraqlı sәrkәrdә İbrahim xanın ki,
Qapısı dünyanın bütün xanlarının pәnahı idi,
Bir parlaq gövhәri vardı.
Onun ay üzünün şüası künәşin başına papaq idi.
O pak Gövhәr mәsçid vә mehrabın banisi oldu,
Yüksak behişt әhalisiiin hamısı buna şahid oldu.
Dua әhlinin qәlәmi onun tarixini yazdı:
"Bad peyvәstә Gühәr dәr sәdәfi-lütfüllah".
(Allahın Kәrәm sәdәfindә Gövhәr daimi olsun).
 
Axırıncı fәrdin ikinci misrasından әbcәdi-kәbir hesabı ilә belә mәlum olur ki, Gövhәr ağayi-mәrhumәnin bina etdirdiyi mәscidin itmamı tarixi-islamın 1248-ci sәnәsindә vaqe olubdur.
  
Gövhәr ağa nә qәdәr şairin xatirini әziz tutar imişsә dә, axırda cüzi bir әhvalın vüquundan mükәddәr olub şairdәn incimişdir.
 
Şair Aşıq Qәnbәr vә ya "Riyazül-aşiqin"in müәllifi Mәhәmmәd ağa Müctәhidzadәnin yazdığına görә, Kәrbәlayı Qәhrәman ismindә başqa bir şair Gövhәr ağa kimi vәcihә vә zәrifә bir gözәlin Xankişi bәy kimi elm vә mәrifәtdәn bibәhrә bir vücuda әqdi-nikah olunmasından rәncidә vә mütәğәyyir olub, bu fәrdlәri Xankişi bәyin haqqında demişdir:
 
Xәrmöhrәyә layiq olmayan xәr,
Sәd heyf, cahanda tapdı Gövhәr.
 
Tәqdiri-qәzayә qıl tamaşa,
Axır sәni verdi cәhrә başa.
 
Bu şerlәr Gövhәr ağanın sәminә yetişdikdә mәrhum Kәrbәlayı Abdullanı çağırıb ondan qeyz ilә tәfәhhüs etmiş ki, nә üçün onun şövhәrini belә bәdnam edibdir. Şair aşağıda yazılan şerlәr ilә üzrü bәhanә gәtirib özünü safa çıxartmışdır:
 
Ağa, bexodavәnde-tәalavo yeqane
Әsla xәbәrәm nist әz in nәqlo fәsane.
 
Dirist ke, mәn hiç nәquyәm soxәn, әmma
Quyәnd benamәm soxәn әbnaye-zәmane.
 
Şәhbaz tәzәrvi ke, beçәnqal dәr arәd,
Avaz bәr arәd hәme qonceşke-sәmane. 
 
 Tərcüməsi:
Ağa, böyük vә yeganә allah haqqı
Bu söz-söhbәtdәn әsla xәbәrim yoxdur.
Çoxdandır ki, mәn heç danışmıram, amma
Zәmanә adamları mәnim adımdan danışırlar,
Qartal bir qırqovulu çәngәlinә alanda
Göydәki bütün sәrçәlәr qışqırmağa başlarlar.
 
Mәrhum Mirzә Hәsәn ona yazdığı bir mәktubun cavabında Canızadә onu belә tövsif etmişdir:
 
Hәsәna, sahebe-vәchol-hәsәna, simtәna,
Dәr qolestane-vәfa taze qolo yasәmәna,
 
Raqeme-dәftәre-şahi bedәbestane-kәmal,
Mәzhәre-dorre-mәani benezame-soxәna,
 
Vәqte-tәhrire-romuzate-horufate-xotut
Әnbәrәfşan qәlәmәt bәr sәre-moşke-xotәna.
 
Aftaba, qәmәra, dәsteqole-taze-tәra,
Taqәte-tabe-dela,munese-ruhol-bәdәna.
 
Mәskәnәt kәşt Şәki bişәko bişobhevo reyb,
Toi dәr şәhre-Şәki mahe-zәmino zәmәna.
 
Nameәt vasele-ma, hasele-ma gәşt sorur,
Bemәqalate-lәbe-tutiye-şәkkәr şekәna.
 
Çe rәva Yusefe-ma dur şәvәd әz bәre-ma,
Hәmço Yәqub şәvәm sakene-beytol-hәzana.
 
Çe rәva del şәvәd әz atәşe-әndişe kәbab,
Mәn dәr in Şişe konәm gerye, şәvәm nalezәna,
 
Ey nesare-qәdәmәt qohәre-dordaneye-әşk,
Vey fәdaye-to şәvәd cane-cәhan dәr bәdәna.
 
Çon sәre-zolfe-to soudaye-ğәmәt dәr sәre-ma,
Hale-ma şamo sәhәr hәst pәrişanşodәna.
 
Ya bekoş, ya besәrәm saye fekәn bәr sәre-rah,
Ya bequ aşeqe-sәrgәşteye-eşqәm be mәna.
 
Yәni moştaqe-toәm, hobbo sәna mixahәm-- 
Ke, resi sәn be mәna, ya berәsәm mәn besәna. 
 
 Tərcüməsi:
Ey Hәsәn, ey gözәl sima sahibi, ey gümüş bәdәnli,
Ey vәfa gülüstanının tәzə gülü vә yasәmәni,
Ey kamal mәktәbinin şahanә dәftәrinin yazanı,
Ey söz nәzminin mәnalı dürrlәrini aşkara çıxaran,
Ey rәmzlәri, sәtirlәrin sözlərini yazanda
Qәlәmi Xita müşkünun üzәrinә әnbәr saçan,
Ey günәş, ey ay, ey tәzә gül dәstәsi,
Ey ürәyin taqәti, bәdәn ruhunun munisi,
Şәksiz-şübhәsiz, sәnin mәskәnin Şәki oldu,
Şәki şәhәrindә yerin, köyün ayı sәnsәn.
Ey sözlәri gözәl danışıqlı tutiyә bәnzәyәn,
Sәnin mәktubun bizә çatdı, çox şad olduq.
Nә rәvadır ki, bizim Yusifimiz mәnim yanımdan uzaq olsun,
Mәn dә Yaqub kimi beytul-hәzәndә sakin olum?
Nә rәvadır ki, ürәk fikir odundan kabab olsun,
Mәn dә Şuşada ağlayım, nalә elәyim?
Ey qәdәminә durlü göz yaşlarım sәpilәn
Vә ey sәnә bәdәndә olan dünyanın canı qurban olan,
Sәnin zülfünün vә qәminin sevdası başımızda olduğundan
Halımız sәhәr-axşam pәrişandır.
Ya öldür, ya başımıza yolüstü bir kölgә sal,
Ya da mәnә de ki, eşq avarәsinin aşiqiyәm,
Yәni sәnin hәsrәtindәyәm, mәhәbbәt vә nәvaziş istәyirәm-- 
Ki, ya sәn mәnә çatasan, ya mәn sәnә.
 
Mәrhum Cәfәrqulu xanın mәhbusvar Qarabağdan Tiflisә göndәrilmәyi babında aşağıda yazılan müxәmmәsi inşad qılmışdır:
 
Ah kim, qalmadı can cismdә canan gedәli,
Oldu hәr yerdә ki, canan gedәli, can gedәli,
Tutdu zülmәt göz evin şәmi-şәbistan gedәli,
Oldu viranә könül kişvәri sultan gedәli,
Yәni sәrdari-cahan, sәrvәri-dövran gedәli.
 
Gül üzün görmәyәli olmadı xәndan güllәr,
Şәm odlara yanıb, başına qoydu güllәr,
Zülfi sövdası ilә dәrhәm olub sünbüllәr,
Necә fәryadü fәğan eylәmәsin bülbüllәr-- 
Ki, olub xar ilә hәmdәm güli-xәndan gedәli.
 
Çәrx rәhm eylәmәdi dideyi-giryanımıza,
Qoydu hәsrәt bizi ol şәmi-şәbistanımıza,
Atәşi-hicr ilә od saldı bizim canımıza,
Sancılıb navәki-qәm sineyi-suzanımıza,
Guşeyi-çeşmdәn ol kipriyi peykan gedәli.
 
Çıxdı çün Şişәdәn ol mahliqa misli-gülab,
Şişә әhlinә bu vәch ilә hәram oldu şәrab,
Sındı başlarda hәva şişәsi manәndi-hübab,
Oldu alәmdә fәrәh gülşәni bilmәrdә xәrab,
Üzü gül, kakili sünbül, xәti reyhan gedәli.
 
Çәkәli bәzmdәn ol lәblәri meygun әtәyin,
Doldurub qan ilә sağәr dili-pürxun әtәyin,
Әşk seylabı tutar aşiqi-mәhzun әtәyin,
Nola fәryadü fәğanım tuta gәrdun әtәyin-- 
Ki, qara oldu günüm ol mәhi-taban gedәli.
 
Mәnәm ol qümriyi-miskin ki, salıb alәmә sәs,
Sәrv gu-gu deyәrәm hüzn ilә ta qәti-nәfәs,
Abü danәm әlәmü qüssә, yerim künci-qәfәs,
Bir zaman eylәmәzәm seyri-gülüstanә hәvәs
Sәhni-gülzardәn ol sәrvi-xuraman gedәli.
 
Mәqsәdim rövzeyi-kuyindә budur şamü sәhәr-- 
Ki, bula feyzi-vüsalında ziya dideyi-tәr,
Ola xaki-qәdәmin sürmeyi-әrbabi-bәsәr,
Qılasan gülşәni-kuyindә olan murә nәzәr,
Görәsәn kim, necәdir halı Süleyman gedәli.
 
Әyzәn müxәmmәsi-Kәrbәlayı Abdulla İbn Canı:
 
Ey ki, zülmәtgәhi-zülf içrә üzün misli-çiraq,
Mәstü sәrxoş gözünә qarşı yaman gözlәrә ağ,
Olmasın xaki-dәrin guşeyi-çeşmindәn iraq,
Lәblәrindәn dәhәnim dәrdә dәva etdi soraq,
Söylәdi: ağzıma innabi-lәbü sibi-buxaq.
 
Baxdı mәrdüm üzünә, saldı nәzәrdәn ayi,
Qıldı xәm şöhrәti-әbruyi-lәtifin yayi,
Qәdrü qiymәtdә deyil lәl lәbin hәmtayi,
Hәvәsi-zülfi-siyahınla olub sövdayi-- 
Ki, çәkib silsileyi-kakili-tәrrarә daraq.
 
Görünür çöhrәlәrin lalәyә gülgun, gülә al,
Qoymadı al ilә ruyin dili-ayinәdә hal,
Sürmeyi-şux gözün fitnәyә saldı filhal,
Qıldı izhari-şәrәf Kәbeyi-ruxsardә xal,
Vәrәq üz sürtdü qәdәmgahına gülgunә yanaq.
 
Kakilin şanәlәnir zinәti-duş etmәk üçün,
Xoş gәlir xәlqә lәbin hәrfi nüyuş etmәk üçün,
Dil dilәr şәrbәti-göftarını nuş etmәk üçün,
Xәlqdәn vәsfi-bәnaguşunu guş etmәk üçün,
Bәhr açdırdı sәdәfdәn düri-qәltanә qulaq.
 
Gül xitab etsә sәnә, qönçә ona eylә itab,
Qönçә kimdir ki, sәnә qarşı durub verә cavab,
Baxsa hәr dәm üzünә şәrmdәn olmazmı gülab,
Nәdir ayinә görәn dәmdә sәni eylәyә tab,
Әksi-ruxsarın ona olmasa mәnada dayaq?!
 
Dursa ayinә, müqabil üzünә qılsa nәzәr,
Ona üz vermә, nәzәrdәn sal onu şamü sәhәr,
Razәdәn qoyma ola dövri-yәnağında әsәr,
Vәsmәvü sürmә gözü qaşına meyl etsә әgәr,
Sürmәni seyrә salıb vәsmәyә qıl qaş-qabaq!
 
Hüsnünә aşiqi-sadiq demә hәr gümrahi,
Aşiq oldur yaxa çәrxi dili-atәşgahi,
İmtәhan eylә şәbi-hicrdә Abdullahi
Şöleyi-ahına gәr yanmasa çәrxin mahi,
Tiğ çәk, başını kәs, şәm kimi atәşә yaq.
 
Әyzәn kәlami-İbn Canı:
 
Ey iki gözüm, qıl belә şahbazә tamaşa,
Mövsümdü, güşad et iki dәrvazә tamaşa,
Bu nazu nәzakәtdә sәrәfrazә tamaşa.
Gör necә gözәldir,
Mәhbubi-әzәldir,
Leylayә bәdәldir,
Mәcmuyә mәhәldir.
Xoşbuyә tamaşa,
Ahuyә tamaşa,
Giysuyә tamaşa,
Әbruyә tamaşa.
 
Xәncәr nәkәradır, hәr yarәsi göyçәk, hәr muyә tamaşa,
Xoşsövt, xoşәlhan, xoşavazә tamaşa,
Könlüm quşu, pәrvaz elә, pәrvazә tamaşa.
 
Ey bülbüli-can, çıx belә, rәftarına bir bax!
Qıl seyrü sәyahәt, gülü gülzarına bir bax!
Yüz canalıcı işveyi-ruxsarına bir bax!
 
Gör kim necә candır,
Can içrә nihandır,
Mәnzuri-cahandır,
Hәr qәmzәsi qandır,
Mәn öldüm, amandır!
Şirin dilә bir bax!
Nazik belә bir bax!
Şümşad әlә bir bax!
Mişkin telә bir bax!
Әnbәr nәkәradır,
Kövsәr nәkәradır,
Ruxsarәsi göyçәk,
Getmә, hәlә bir bax!
Heyvasinә, şәmmamәsinә, narinә bir bax!
Qoynunda nә әlvan bәzәnib tazә-tamaşa.
 
Bir gözlәri xummar, zәnәxdanı әcayib,
Bir dişlәri mirvaridi, rәxşanı әcayib,
Bir tәngdәhan, qönçeyi-xәndanı әcayib.
Gör bu nә әdadır,
Canım nә fәdadır,
Bir huriliqadır,
Pürcövrü cәfadır
Ya nuri-xudadır,
Әxlaqı әcayib,
Durmağı әcayib,
Buxağı әcayib,
Dodağı әcayib.
Mәrmәr nәkәradır,
Gövhәr nәkәradır,
Nәzzarәsi göyçәk,
O taqi әcayib.
Ey dil, edәsәn kәsb bu meydanı әcayib,
Tәfsili-bahar oldu, buyur yazә tamaşa.
 
Bu sәrvqәdin qamәti-rәnası da xoşdur,
Şahbazsifәt zülfi-mütәrrası da xoşdur,
Durna kimi hәm gәrdәni-minası da xoşdur.
Ya nәcmi-dürәrdir,
Ya şәmsü qәmәrdir,
İksiri-nәzәrdir,
Yandım, nә xәbәrdir?!
Baxması da xoşdur,
Sövdası da xoşdur,
Zibası da xoşdur,
Әzası da xoşdur,
Әxgәr nәkәradır?
Mәcmәr nәkәradır?
Hәm arәsi göyçәk,
Beyzası da xoşdur.
 
Gәl, indi sәn et bu yerişә, nazә tamaşa!
 
Yüz püstәlәbü lәli-Bәdәxşan buna peşkәş!
Yüz lalәüzar afәti-dövran buna peşkәş!
Cümlә nә qәdәr var isә xuban, buna peşkәş!
Bu hurü mәlәkdir,
Qılmanә kömәkdir,
Bu simbilәkdir,
Rizvan nә demәkdir?!
Rizvan buna peşkәş!
Bostan buna peşkәş!
Reyhan buna peşkәş!
Cövhәr nәkәradır?
Hәm zәr nәkaradır?
Xunxarәsi göyçәk,
Bu can buna peşkәş!
Abdulla kimi neçә qәzәlxan buna peşkәş!
Dur, söhbәti-meyxanәyә gәl, sazә tamaşa!
  
Kәrbәlayı Abdulla Canı oğlunun burada tәhrir olunan әşarından başqa bir çox qәzәliyyat vә rübaiyyatı vә xüsusәn, bәdәfal müasirlәrinin zişt kirdarlarına dair hәcviyyatı vә gözәl müxәmmәsatı vә әşari-müstәzadı vardır ki, onların buraya küncayişi yoxdur.
 
Mәrhumun hәcv demәkdә manәndi yox imiş. Ol sәbәbdәndir ki, Zakir әleyhirrәhmә ülәma zimnindә tәnzim qıldığı kәlami-abdarında Baba bәyi vә Canı oğlunu tәәssüflә yad edib, bu şerlәri haqlarında yazmışdır:
 
Yaxşı hәcv eylәr idi bu dәmin adәmlәrini,
Sağ gәr olsa idi indi ol İbn Canı.
 
Rişteyi-tәbimә yox tab verәn, çәrx, әfsus
Eylәyib xak ilә yeksan qәdi-Babani.
 
Getdi hәmdәrdlәrim, bisәrü saman qaldım,
Bu ribati-kühәnin yoxdu sәrü samani i.a.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR