Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Kazım ağa "Salik" təxəllüs (II hissə)

Firidun bəy Köçərli - Kazım ağa "Salik" təxəllüs (II hissə)
Sakura

Firidun bəy Köçərli - Kazım ağa "Salik" təxəllüs (II hissə)

Aşağıda yazılan müxәmmәs dәxi Salikin mövzun kәlamlarından birisidir:
 
Mәlahәt gülşәnindә bir güli-hәmrayә hәsbәndәm,
Fәsahәt kişvәrindә bülbüli-şeydanә hәsbәndәm,
Lәtafәt mәdәnindә gövhәri-yektayә hәsbәndәm,
Sәbahәt alәmindә bir mәlәksimayә hәsbәndәm,
Budur, xislәtdә bir şuxi-qәdi-rәnayә hәsbәndәm.
 
Alıbdır әqlimi mәndәn, edib Mәcnunü divanә,
Salıbdır tazәdәn rәxnә bu gün hәm dinü imanә.
Tәrәhhüm eylәmәz zalim mәni-büsәbrü samanә,
Lәbi-lәlin hәvasindәn dönübdür bağrımız qanә,
Әcәb şuxi-qәmәrtәlәt, cahanarayә hәsbәndәm.
 
Tәrәhhüm et, mәni qılma cahan mülkündә avarә,
Mәni Mәcnun edәn sәnsәn, kim etsin dәrdimә çarә?
Lәbi-nuşin dәvasindәn tәlәttüf eylә bimarә,
Xәdәngi-tiri-müjganın edibdir sinәmi parә,
Büluri-safü simin-gәrdәni-minayә hәsbәndәm.
 
Qaşın qövsi-qüzehdir, ya hilali-eydi әzhadır,
Dü zülfün türreyi-Leyla vә ya zülfi-çәlipadır?
Üzün gündür vә ya atәş vә ya nuri-tәcәlladır?
Lәbin yaquti-biqiymәt vә ya lәli-Mәsihadır?
Mәn an çeşmani-mәftun, nәrgisi-şәhlayә hәsbәndәm.
 
Olubdur mürği-dil mәhbus daim zülf damında,
Edәr lәlin tәmәnnasın hәmişә şövqi-canında,
Әgәr küstaxlıq etsәm zarafatlıq mәqamında,
Hәrәc yoxdur mәrizә, hәq buyurmuş öz kәlamında,
Mәrizi-eşqәm әvvәldәn, ruxi-zibayә hәsbәndәm.
 
Sәrasәr cüstücu etsәn әgәr şövq ilә dünyani,
Tapılmaz mәn kimi aşiq sәnә, ey Yusifi-sani,
Mәnә bihudә cövr etmә ki, tәrk etmәm bu sövdani,
Olur ya mәtlәbim hasil vә ya ömrüm olur fani,
Riza ver ya ki, cәng eylә ki, mәn davayә hәsbәndәm.
 
Qәlәm divanәyә yoxdur, mәnәm Mәcnuni-bipәrva,
Edib әşkim mәni alәmdә hәm bibakü hәm rüsva,
Alıbdır dinü imanı, edibdir ömrümü yәğma,
Bu yolda Salikәm, billah, vurubdur başıma sövda,
Nә bakım var bu alәmdә ki, mәn üqbayә hәsbәndәm.
  
Salik qardaşı Mustafa ağa Arifә onun Rusiyada olduğu zamanı yazmışdır:
 
Agәh et, ey bad, mәndәn ol vәfalı hәmdәmi,
Söylә, gәl gör әşkdәn ruyimdә bәhri-әzәmi,
Çarә qıl kim, qәrqi-ab etmiş mәni çeşmi nәmi,
Vaxtdır, ey Nuhi-dövran, gәl ki, gәlmişdir dәmi,
Yoxsa bu tufanә sәnsiz çarәsaz olmaz gәmi.
 
Hanı Rüstәm Zal, yәni pişvayi-pәhlivan?
Hanı ol divi-sәfidә vurduğu gürzi-giran?
Hanı ol Әfrasiyab, İsfәndiyar qәhrәman?
Cümlәsin qüllabına çәkmiş fәzayi-asiman,
Lәng qılmış sәnglax çәrx Rәxşi-Rüstәmi.
 
Alәmi tәsxirә salmış fitnәvü ali-fәlәk,
Alәmә mәlumdur kim, böylәdir hali-fәlәk,
Aqilü nadan olubdur cümlә pamali-fәlәk,
Sәrvqәdlәr qәddini әymişdir ol zal fәlәk,
Gör necә zal fәlәk tәsxirә salmış alәmi?!
 
Düşmәnidir bu zamanda hәr kişi öz canının,
Fәrqi yoxdur bir-birindәn aqilü nadanının,
Vay, yüz min vay әlindәn әdlsiz dövranının,
Dәrd üçün heç bir tәbibin sudu yox dәrmanının,
Bu zәmanә zәxminin yox bir müvafiq mәrhәmi.
 
Demә bu zәxmin, tәbiba, bunda yoxdur çarәsi,
Mәrhәmi-vәslәt dilәr bu tiği-hicran yarәsi,
Qәrqi-xun eylәr cahanı çeşmimin fәvvarәsi,
Olmuşam dәşti-fәnadә Arifin avarәsi,
Gәl ki, pamal eylәmişdir Saliki hicran qәmi.
 
1246 (1830)-cı sәnәdә İran mәmlәkәtinә vәba naxoşluğu düşmәk babında yazdığı müxәmmәsdәn belә mәlum olur ki, haman ildә vәbadan külli adamlar tәlәf olubmuş vә tәbiblәrin cümlәsi bu bәlanın әlaci-dәfindә aciz vә mәyus qalıb onların müalicәsi vә üsuli-tәdavisi dәxi dә mәrәzi şiddәtlәndirirmiş.
  
Salik bu dәhşәtli mәrәzin vüquunu ol әsr vә mәkanın әhalisinin haqq yolundan çıxıb küfr vә zәlalәtә düşmәyindәn vә bu cәhәtә qәzәbi-ilahiyә giriftar olmağından görüb demişdir:
 
Min iki yüz çehlü şeşdә düşdü İranә vәba,
Eylәdi viranә hәr bir şәhri bahökmi-qәza,
Etdilәr cümlә әtibbalәr әlacında dәva,
Bulmadı bimarı bu dәrdin dәvalәrdәn şәfa,
Sәn özün saxla bizi böylә bәladәn, ya xuda!
 
Bu zәmanә bәylәri çün zülmә mail oldular,
Hәm qәnilәr qapısında mәni-sail oldular,
Oldular әşrarә bais, xeyrә hail oldular,
Yıxdılar iman evin, hәm әqli zail oldular,
Aldılar verdiklәri әşyalar üstündәn vәba.
 
İçdilәr andü qәsәm hәr lәhzәdә mәhz düruğ,
Verdilәr hәr bәzmdә şәmi-düruğә min füruq,
Satdılar qatıq yerinә dik içindә abi-duğ,
Etdilәr gәrdәnkeşanlıq misli-Övc ibni Әnuq,
Padşahlıq iddia etdi dәxi hәr bir gәda.
 
Nәfsi-әmmara ülәma qәlbini etmiş xәrab,
Mәdrәsә içrә müdәrris eylәmiş tәrki-kitab,
Az qalıbdır parsalar eylәyә meyli-şәrab,
Şahidü şeyxin duası hәrgiz olmaz müstәcab,
Müxtәsәr bu ki, düşüb yümni-icabәtdәn dua.
 
Bitәharәt gәzdilәr, hәm tutmayıb sövmü sәlat,
Tariki-qurbanü fitrә oldular, hәccü zәkat,
İçdilәr daim şәrabi, sandılar abi-hәyat,
Bilmәmiş kim, tәlx eylәr kamını zәhri-mәmat,
Hifz qıl möminlәri ol tәlxdәn, ya rәbbәna!
 
Yar-yoldaş bir-birinә kәşfi-әsrar oldular,
Hәr nә kim, әvvәl dedilәr sonra inkar oldular,
İxtiyar sahiblәri hәm mәrdümazar oldular,
Xabi-qәflәtdәn sanasan şimdi bidar oldular,
Yıxdılar rәiyyәt evin almaq ilә irtişa.
 
Salik dәxi öz müasirlәri kimi bir qәzәlindә gәrdişi-zәmanәdәn şikayәt edib deyir:
 
Fәryad ki, dövranın әyyamı xәrab olmuş,
Әfsus ki, әyyamın әncamı әzab olmuş.
 
Sultani-cahan cümlә miskin gәdalanmış,
Dәryayi-firavanә gәl bax ki, sәrab olmuş.
 
Pilan şütürlәnmiş, üştürlәr olub әstәr,
Şiran şәğalәnmiş, şahin qürab olmuş.
 
Saqilәr ,olub pamal, mütrüblәr olub xamuş,
Xuni-dili-meyxaran bәzm içrә şәrab olmuş.
 
Müftilәr olub mәğbun, qazilәr olub bihökm,
Bilcümlә müdәrrislәr tariki-kitab olmuş.
 
Mәrdani-nixukaran olmuş hәmә bәdiqbal,
Әhli-kәrami-kamil mәhrumi-sәvab olmuş.
 
Alimlәr olub cahil, cahillәr olub alim,
Salik dәxi cahillәr cәmindә hesab olmuş.
 
Zeyldә "Fikr qıl" sәrlövhәsilә mәrqum qәzәl Saliki-mәrhumun dәrin mәzmunlu әşarındandır:
 
 
FİKR QIL
 
Ey xudanı fikr edәn, gәl kuhsarın fikr qıl,
Gunә-gunә tәr şükufә, lalәzarın fikr qıl!
 
Asimanә qıl tamaşә, mehrü mәh seyrinә bax.
Munca kuhun Bisütuni-bәrqәrarın fikr qıl!
 
Gah qırağında qәrar et, mövc edәn dәryanı gör,
Gah dәrya içrә әylәş, hәmkәnarın fikr qıl!
 
Әbrü badü bәrfü baranın qamusun qıl xәyal,
Bu kәmalı qıl tәfәkkür, fәsli-çarın fikr qıl!
 
Gah dәrdü qәm verir könlә, gәhi zövqü sürur,
Gündә yüz gunә dolanan ruzigarın fikr qıl!
 
Dövlәtü mal ilә nadan dәstini qılmış fәraq,
Tәngdәst etmiş cahanda huşyarın, fikr qıl!
 
Demә kim, quşlar hәvadә pәr ilә pәrvaz edәr,
Yerdә xoş rәftar edәn bipay marın fikr qıl!
 
Kimsә baş açmaz xudanın etdiyi әfaldәn,
Sirrinә yetmәz fәrasәt, ruyi-karın fikr qıl!
 
Hәqq özün ayinәvәş rövşәn qılıbdır alәmә,
Leyk anı bilmәyә qәlbin qubarın fikr qıl!
 
Fikr qılma kim, görüm dünyada ol ayinәni,
Hiç kәs görmәz bu gün, bәs, ruzi-yarın fikr qıl!
 
Öylә pünhandır ki, pünhanlıqda olmuşdur әyan,
Etmә pünhanın tәxәyyül, aşikarın fikr qıl.
 
Müxtәsәr, elmi-lәdünni hikmәtin bilmәz bәşәr,
Әmrinә eylә itaәt, zicrü narın fikr qıl!
 
Pәnc ruzin, Salika, pәncahә yetmiş, eylә şükr,
Etibar etmә cahana, etibarın fikr qıl!
  
Bәli, әgәrçi bizim bu tәrәqqi әsrindә çox şeylәrin vә әlamәtlәrin ülumi-mütәnәvveә sayәsindә künhü mahiyyәti açılıb bilinmәkdәdir vә gün-gündәn növbәnöv ixtiraat vә kәşfiyyat olunmaqdadır vә lakin dünyada çox sirrlәr vә hikmәtlәr vardır ki, әqli-bәşәr onları dәrk etmәkdә aciz vә qasirdir.
  
Kazım ağa Salikin istәkli vә hәqiqi dostu Salahlı qәryәsindәn Sәdәfoğlu Süleyman koxa imiş ki, o da xoşxülq, әhli-zövqü sәfa bir vücud imiş. Şair xoş günlәrini, eyş-işrәtini vә zövq-sәfasını onunla sürәrmiş. Bu xüsusda Salikin yazdığı kәlamlar şayani-diqqәtdir ki, zeyldә tamamәn dәrc olunur:
 
Gәl, ey Sәdәfoğlu Süleyman koxa,
Bu köhnә gülşәnin güllәrin dәrәk,
Olaq müştәrәk.
Aralıqda mәnim-sәnin olmasın,
Heç kәs bizi ayrı bilmәmәk gәrәk,
İlla bel, kürәk.
 
İlla bel, kürәk ki, ayrı olmayaq,
Bir dә oruc tutub, namaz qılmayaq,
Ac vә susuz saralıban solmayaq,
Badeyi-gülgundan içәk bir çәrәk,
Öylә kef sürәk.
 
Öylә kef sürәk ki, zail olmayaq,
Tubadәn qeyriyә mail olmayaq,
Qazinin sözünә qail olmayaq,
Saqiyi-sadәyә xidmәt göstәrәk,
Nә istәr verәk.
 
Nә ki, istәr verәk ol sadәruya,
Bәlkә bizlәn gәlә bir göftüguya,
Biz dә bir az düşәk bu hayhuya,
Biqafildәn nagәh qapıdan girәk,
Nә söylәr görәk.
 
Nә ki, söylәr görәk Tubayi-sәrxoş,
Hәr dәm onun ilә olaq hәmağuş,
Müdam mәclisindә olaq badәnuş,
Tökün, töküşdürün, bol olsun xörәk,
Soğan, duz, çörәk.
 
Soğan, duz, çörәklә içәk şәrabı,
Qazi xәbәr alsa verәk cavabı,
Yaxşı olur yemәk toyuq kababı,
Әgәr onda toyuq tapsaq bir mәrәk,
Tamam öldürәk.
 
Tәmamәn öldürәk toyuğu, qazı,
Tәrk elәyәk hәm orucu, namazı,
Salik, işә salaq samturu, sazı,
Yıxılmış dünyaya nә vuraq dirәk?
Çalaq dünbәrәk.
  
Yenә mәzkur Süleyman koxaya eyş-işrәt vә zövq-sәfa sürmәyә tәrğib vә tәşviq babında yazmışdır:
 
Gәl, ey Sәdәfoğlu Süleyman koxa,
Meyxanә qapısın edәk güşadә,
İçәk ziyadә.
Sәrmәst olub sәrxoş gәzәk sübhü şam,
Dursun yanımızda saqiyi-sadә,
Әlindә badә.
 
Әlindә badә kim, dursun hәmişә,
Tövbә nәdir bizdә? Sәng ilә şişә,
Gәl, çox da düşmәyәk fikrü tәşvişә,
Dәrdü qәmi gәtirmәyәk heç yadә
Bu puç dünyadә.
 
Bu puç dünyanın ki, çoxdu möhnәti,
Unutmayaq hәrgiz sazü söhbәti,
Sәnin ölmüşünә, bunun lәzzәti-- 
Әgәr yüz il getsәn olmaz üqbadә,
Ey Sәdәfzadә!
 
Ey Sәdәfzadә, sәnsәn cәvahir,
Qәdir-qiymәtindir alәmdә zahir,
İkimiz dә olaq bu işdә mahir,
Söylәnsin adımız eldә, obadә,
Yetәk muradә.
 
Yetәk murada biz, tapaq Tubunu,
Tapmarıq cәnnәtdә ondan xubunu,
Bu dünyanın ha belә mәhbubunu,
O dünyada biz tapmayaq mәbada,
Qalaq cәfada.
 
Qalaq cәfadavü olaq peşiman,
Qaçaq düşә bizdәn huriyü qılman
Nә biz kafir olaq, nә dә müsәlman,
Mәlul-müşkül qalaq, miskin fәnadә, 
Kim yetә dadә.
 
 
Kim yetә dadә, pәs hәqdәn sәvayi,
Ya rәb, özün saxla mәn binәvayi,
Salikәm, söylәrәm hәrzә-hәrcayi,
Kimsә bilmәz nәdir mәndә iradә,
Edә ifadә.

 

(III hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR