Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Fətəli xan "Müştəri" təxəllüs

Firidun bəy Köçərli - Fətəli xan "Müştəri" təxəllüs
Sakura

Firidun bəy Köçərli - Fətəli xan "Müştəri" təxəllüs

Quba vә Sәlyan hakimi Fәtәli xan ibn Hüseynәli xan Molla Pәnah Vaqifin vә Hüseyn xan Müştaqın müasiri olub. Onun alim, şair vә sahibi-tәdbir bir vücud olduğu tarixdә yazılıbdır.
  
Fәtәli xan hicrәtin 1157-ci sәnәsindә ki, tarixi-mәsihiyyәnin 1741-ci ilinә mütabiqdir, atası Hüseynәli xanın vәfatından sonra Quba vә Sәlyanda xan olub, öz tәvabe vә rәayasını gözәl vәch ilә idarә edәrmiş, ürәfa vә şüәra silkinә himayәt göstәrib özü dә şer deyәrmiş.
  
1172-ci tarixdә Dәrbәnd camaatı Nadir şahın qәtlindәn sonra özlәri intixab vә tәyin etdiklәri Mәhәmmәd Hüseyn xandan narazı olub onu әzl etdilәr vә Dәrbәnd xanlığını Fәtәli xana tәslim elәdilәr. Fәtәli xan durbin, aqibәtәndiş vә ziyadә cürәtli bir vücud olduğundan Quba, Sәlyan vә Dәrbәnd hakimliyini artıq mәharәtlә idarә edәrmiş.
  
Hicrәtin 1181-ci sәnәsindә şәkili Hüseyn xan Müştaq ilә dostluq әlaqәsi qoyub, onunla müttәfiq qoşun götürüb Şirvan üstünә hәrәkәt elәyiblәr. Bu niyyәtlә ki, onu zәbt edib aralarında tәqsim qılsınlar. Vәli bir vaxtdan sonra bunların mabeynindә bürudәt vә әdavәt vüqua gәlibdir, әzbәs ki, Fәtәli xan Hüseyn xan Müştaqın da hissәsini qәsb etmişdi.
  
Fәtәli xan Müştәrinin әşarından bir şey tapa bilmәdik. Xatәmindә yazılan şer onun öz kәlamıdır:
 
Neveşte bәr sәfahate-fәlәk bexәttә-cәli,
Bedәhr şәqqe qoşa şod livaye-Fәthәli. [1]
 
[1] Tərcüməsi:
Fәlәyin sәhifәlәrinә parlaq xәtlә yazıldı,
Dünyaya Fәtәlinin bayrağı qanad açdı.
 
Ömrünün axırında yazdığı mәnzumat--ki, burada dәrc olunur,--Mirzә Hәsәn Әlqәdari әfәndinin "Asari-Dağıstan" adlı kitabından götürülübdür.
 
Kәlami-Fәtәli xan ibn Hüseynәli xan "Müştәri" tәxәllüs:
 
Oldu gözәl ömr sәrf, heyf ki, nadanlığa,
Hәr nә qalıb sәrf olur indi peşimanlığa.
 
Zülfi-siyәh zövqünә uyma, xәtadır, könül,
Fariq ikәn sәn sәni salma pәrişanlığa.
 
Feyzi-әzәl kafili-tәrbiyәti-hal ola,
Muri-mühәqqәr urar laf süleymanlığa.
 
Manei-әrzi-qәmim heyrәti-didar olur,
Mәn nә deyim bilmәzәm, ah, bu heyranlığa.
 
Nәfxeyi-badi-sәba ruhә tәravәt verir,
Çün güzәr etmiş sәhәr sünbülü reyhanlığa.
 
Müştәriyi-dürri-nәzm kimsә deyil, haliya,
Dürci-dәhәn açma kim, köhәrfşanlığa.
 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR