Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Ədəbiyyatımıza dair

Firidun bəy Köçərli - Ədəbiyyatımıza dair
Sakura

Firidun bəy Köçərli - Ədəbiyyatımıza dair

Molla Vәli Vidadinin, Molla Pәnah Vaqifin vә Qasım bәy Zakirin göy üzündә qatarlaşıb oxuya-oxuya uçan durnalara xitabәn yazdığı mürәbbeatı möhtәrәm "Rәhbәr"in sәhifәlәrinә tәqdim etmәklә belә mәlum edirәm ki, bu әsәrlәr nә Adolf Berjenin Leypsiqdә çap olunan mәcmuәsinә vә nә dә Yusif Qarabağinin kitabçasına daxil olmayıb, nüdrәtәn tapılan әsәrlәrdir.
 
MOLLA VӘLİ VİDADİ
 
Qatar-qatar olub qalxıb havaya,
Nә çıxıbsız asimana, durnalar?
Qәrib-qәrib, qәmgin-qәmgin ötәrsiz,
Üz tutubsuz nә mәkana, durnalar?
 
Tәsbih kimi qatarınız düzәrsiz,
Havalanıb әrş üzündә süzәrsiz,
Gah olur ki, danә-xurә gәzәrsiz,
Siz düşәrsiz pәrişana, durnalar!
 
Әrz elәyim bu sözümün sağıdır,
Yollarınız hәramıdır, yağıdır,
Şahin, şunqar sürbәnizi dağıdır,
Boyanarsız qızıl qana, durnalar!
 
 Sürbә -- sürü, dәstә vә qatar mәnasınadır. Durna sürüsünә "sürbә" deyilir.
 
Әzәl başdan Bәsrә, Bağdad eliniz,
Bәylәr üçün әrmәğandır teliniz,
Oxuduqca şirin-şirin diliniz,
Bağrım olur şana-şana, durnalar!
 
Bir baş çәkin dәrdmәndin halinә,
Әrzә yazsın, qәlәm alsın әlinә,
Vidadi xәstәdәn Bağdad elinә
Siz yetirin bir nişana, durnalar!
 
MOLLA PӘNAH VAQIF
 
Bir zaman havada qanad saxlayın,
Sözüm vardır mәnim sizә, durnalar!
Qatarlaşıb nә diyardan gәlirsiz?
Bir xәbәr versәniz, bizә, durnalar!
 
Sizә müştaq olub Bağdad ellәri,
Gözlәyә-gözlәyә qalıb yolları,
Asta qanad çalın, qafil tellәri,
Heyifdir, salarsız düzә, durnalar!
 
Xeyli vaxtdır yarın fәrağındayam
Pәrvanә tәk hüsnün çırağındayam,
Bir ala gözlünün sorağındayam,
Görünürmü, görün gözә, durnalar!
 
Mәn sevmişәm ala gözün sürmәsin,
Bәdnәzәr kәsibәn ziyan vermәsin,
Saqın gәzin, laçın gözü görmәsin,
Qorxuram sәfnizi poza, durnalar!
 
Nazәnin-nazәnin edәrsiz avaz,
Ruh [da] tazәlәnir, olur sәrәfraz,
Vaqifin dә könlü çox edәr pәrvaz,
Hәrdәm sizin ilә gәzә, durnalar!
 
QASIMBӘY ZAKİR
 
Bir saat havada qanad saxlayın,
Rәhm edin didәmdә yaşa durnalar!
Qatarlaşıb hansı yerdәn gәlirsiz
Qaqqıldaşa-qaqqıldaşa, durnalar?
 
Bu vilada hәr gün tökülür qanlar,
Yavaş-yavaş keçin, sәsniz anılar,
Laçın yatağıdır bizim mәkanlar,
Qorxuram sürbәniz çaşa, durnalar!
 
Diyari-qürbәtdә müddәtdi varam,
Gecә-gündüz canan deyib, ağlaram,
Mәn dә sizin kimi qәribi-zaram,
Eylәmәyin mәndәn haşa, durnalar!
 
Mәn sevmişәm yarın ala gözünü.
Nәsib ola bir dә görüm üzünü,
Yoxsa danışırsız dilbәr sözünü,
Veribsiniz nә baş-başa, durnalar?
 
Zakirәm, od tutub alışdı ciyәr,
Var isә canandan sizdә bir xәbәr,
Tәğafül etmәyin, allahı sevәr,
Dönmәsin bağrınız daşa, durnalar!
 
Әgәrçi bu mürәbbeatın iki axırıncısı әvvәlkinә nәzirәdir vә lakin bunlardan birini o birilәrinә tәrcih vermәk çәtindir. Çünki hәr bir şairin kәlamının mәxsusi bir şivәsi vardır. Hәr bir şair öz qәlbinin vә tәbinin iqtizasınca göy üzündә qatar ilә uçan durnalara üz tutub, öz hali-dilini әrz qılır. Vidadi xәstә öz hüzn-әlәmindәn vә şikәstәxatirliyindәn dәm vurub elә zәnn elәyir ki, durnalar dәxi hәmişә qәm vә әlәmә mübtәla olub, oxuduqları nәğmәlәr fәrәh vә şadlıq ucundan olmayıb, qәm vә qüssәdәn naşi ah vә nalәlәrdir. O sәbәbdәn şair onlara xitab edib deyir:
 
Qәrib-qәrib, qәmgin-qәmgin ötәrsiz,
Üz tutubsuz nә mәkana, durnalar?
 
Onların şirin dili Vidadinin ürәyini parça-parça elәyir:
 
Oxuduqca şirin-şirin diliniz,
Bağrım olur şana-şana, durnalar!
 
Burada şan-şan, yәni parça-parça әvәzinә vәzni-şer düz gәlmәk üçün şana-şana yazılıbdır. Vaqif dәxi hәmçinin öz qәlbindә olan hissiyyati-tәbiisindәn söz açıb durnalardan tәmәnna elәyir ki, intizarını çәkdiyi vә sorağında olduğu ala gözlü hәmdәmdәn görsünlәr ona bir xәbәr vә әsәr gәtirә bilәrlәrmi? Onlara belә deyir:
 
Xeyli vaxtdır yarın fәrağındayam,
Pәrvanә tәk hüsnün çırağındayam,
Bir ala gözlünün sorağındayam,
Görünürmü, görün gözә, durnalar!
 
Durnaların oxumağı Vaqifә hüzn gәtirmәyir vә könlünü pәrişan qılmayır, onların avazı şairin ruhunu tәzәlәndirir vә onu dövrә qalxmağa, әrş üzündә onlarla seyr vә sәyahәt etmәyә tәhrik qılır:
 
Nazәnin-nazәnin edәrsiz avaz,
Ruh da tazәlәnir, olur sәrәfraz,
Vaqifin dә könlü çox edәr pәrvaz, 
Hәrdәm sizin ilә gәzә, durnalar!
 
Mәlum ola ki, nә qәdәr ki, Molla Pәnah Vaqif әhli-zövq vә sәfa idi, beş günlük ömrünü fürsәt bilib istәrdi ki, onu eyşi-işrәtdә keçirib, könlündә bir hәsrәt vә arzu qoymasın, bir o qәdәr dә onun dusti-hәqiqisi Molla Vәli Vidadi dünyanın zövq vә sәfasına bel bağlamayıb, onun bivәfa olmasından mütәnәffir vә mәyus idi, qәlbi vә meyli axirәt dünyası ilә olub, ibadәt vә riyazәtlә ömr keçirmәyi beş günlük eyş-işrәtә tәrcih qılırdı. Necә ki, bu barәdә şair özü buyurubdur:
 
Fikr etsәn әyәr dәhrin işi bәhri-bәladır,
Bir dürri-giranmayәsi min cana bәhadır,
Hәr nәqşi bir ayineyi-isbati-fәnadır,
Mәqsudi-dü alәm yenә tәhsili-rizadır.
Bir cam yetir, saqi ki, dövran belә qalmaz,
Tәn bir gün olur xak ilә yeksan, belә qalmaz.
 
Qasımbәy Zakirә gәldikdә, o da Molla Pәnah kimi durnalardan xahiş elәyir ki, ondan ehtiyat etmәsinlәr vә onu özlәrinә hәmsirr, yoldaş vә rәfiq hesab etsinlәr:
 
Diyari-qürbәtdә müddәtdi varam,
Gecә-günduz canan deyib ağlaram,
Mәn dә sizin kimi qәribi-zaram,
Eylәmәyin mәndәn haşa, durnalar!
 
Amma hәr üç şairin durnalara yazığı vә rәhmi gәlib dostluq vә mehribanlıq üzü ilә onlara tapşırırlar ki, bu yerlәr xatalı yerlәrdir. Burada durmasınlar vә sәslәrini çıxartmayıb, ahәstә keçib getsinlәr vә illa şahin vә laçın duyuq düşüb onların sürbәsini dağıdar vә qızıl qana boyar.
 
Vidadi deyir:
 
Şahin, şunqar sürbәnizi dağıdar,
Boyanarsız qızıl qana, durnalar!
 
Vaqif deyir:
 
Saqın gәzin, laçın gözü görmәsin,
Qorxuram sәfnizi poza, durnalar!
 
Zakir deyir: 
 
Laçın yatarıdır bizim mәkanlar,
Qorxuram sürbәniz çaşa, durnalar!
 
Mühәssәlülkәlam, hәr bir şairin kәlamında özgә bir lәtafәt vә başqa bir hiss vә mәlahәt var ki, әhli-dil vә әrbabi-zövq vә kamal onları oxuduqda dәrk elәyir vә hәr o şey ki, qәlb ilә hiss olunur, bәzi vaxt yazmaq vә sevilmәklә ifadә olunmaz, tәqrir vә bәyana gәlmәz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR