Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Dost və müəllim N.O.Lomourinin xatirəsi

Firidun bəy Köçərli - Dost və müəllim N.O.Lomourinin xatirəsi
Sakura

Firidun bəy Köçərli - Dost və müəllim N.O.Lomourinin xatirəsi

Hansısa uğursuz bir tale bәdbәxt Gürcüstanı tәqib edir. Onun gözәl vә cavan qüvvәlәri, öz müqәddәs torpaqlarından uzaqlarda, geniş Rusiyanın sәrhәdlәrindә vәtәn uğrunda canlarını qurban verdiklәri bir zamanda, o burada, öz evindә dә taleyin ağır zәrbәlәrinin acısını duyur. Elm, mәdәniyyәt vә әdәbiyyat nümayәndәlәri bir-birinin ardınca әbәdi olaraq dünyanı tәrk edirlәr.
 
İndi dә Qori şәhәrindәki Müәllimlәr seminariyasının müәllimi, gürcü yazıçısı vә pedaqoqu N.O.Lomourinin ölümü haqqında kәdәrli bir xәbәr alınmışdır.
 
Hәlә bir az bundan әvvәl yerli gürcü şairi Akaki Seretelinin cәnazәsini Qoriyә yola salarkәn Nikolay Osifoviç gözlәri yaşarmış halda aşağıdakı sözlәri dedi: "Şvidobit, şvidobit, әziz vә unudulmaz dost! Tezliklә başqa, gözәl bir dünyada görüşәrik...".
 
Şvidobit -- әlvida.
 
Onun peyğәmbәranә dediyi sözlәr düz çıxdı. O öz dost vә müәlliminin ayrılığına uzun müddәt dözә bilmәdi vә ardınca ora, gedәr-gәlmәzlәr dünyasına getdi.
 
Nikolay Osifoviç Xarkovda Ruhanilәr akademiyasını qurtardıqdan sonra Tiflis dvoryan gimnaziyasında işlәmәyә başladı, lakin orada o uzun müddәt xidmәt etmәdi. 1884-cü ildә o, Zaqafqaziya müәllimlәr seminariyasında gürcü dili müәllimi vәzifәsinә tәyin olundu vә ömrünün sonuna kimi bu vәzifәdә işlәdi.
 
N.O.Lomouri gürcü dilinin gözәl bilicisi vә belletrist sayılırdı. O öz povest vә romanları ilә gürcü әdәbiyyatını bәzәyib zәnginlәşdirmişdir. Heç kәs gürcü qadınlarının kәdәrli taleyini, kәndli tәbәqәlәrinin qәm vә әzablarını N.O.Lomouri kimi sәnәtkarlıqla tәsvir etmir.
 
Nikolay Osifoviç bir tәrbiyәçi vә ustad kimi uşaq qәlbini gözәl bilәn tәcrübәli bir müәllim idi, şagirdlәrә ata mәhәbbәti bәslәyirdi. Onun gәnclәrin tәrbiyәsinә olan münasibәtinin әsasını, şüurlu tәlәbkarlıq vә ciddiliklә dolu insanpәrvәrlik tәşkil edirdi. Razikaşvili qardaşları: Vaca Pşaveli, Baçana vә başqaları kimi gözәl xalq maarifpәrvәrlәri vә istedadlı yazıçı vә şairlәr N.O.Lomourinin tәlәbәlәridir. O, seminariya şagirdlәrinin hamısına eyni münasibәt bәslәyir vә gürcülәrlә gürcü olmayanlar arasında fәrq qoymurdu. Belә bir münasibәtә görә, seminariyanın Azәrbaycan şöbәsinin şagirdlәri onu xristian pansionunun şagirdlәrindәn az sevmirdilәr. Bir yoldaş kimi Nikolay Osifoviç sәmimi insan idi: diqqәtli, qayğıkeş vә xeyirxah bir insan kimi o, yoldaşın vә dostun sәadәti üçün öz mәnafeyini qurban vermәyә hazır idi. Seminariya müәllimlәri arasında ümumi hörmәt vә mәhәbbәt qazanmışdı. Heç kәs gәnc nәslә Nikolay Osifoviç kimi tәsәlli vermәyi, yaxşı mәslәhәtlәr etmәyi bacarmırdı.
 
Әziz dost vә unudulmaz yoldaş, sәnә rәhmәt olsun. Rәhmdil allah böyük kәdәr içәrisindә olan ailәnә vә saysız-hesabsız tәlәbәlәrinә sәbr versin.
 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR