Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Dərbənd şairləri

Firidun bəy Köçərli - Dərbənd şairləri
Sakura

Firidun bəy Köçərli - Dərbənd şairləri

Mәlum ola ki, Dәrbәnd şәhәri qәdim binalardan birisi olub, Xәzәr dәnizinin kәnarında tәmir olunmuşdur. Dәrbәndin binasını, bәzi rәvayәtә görә--әzan cümlә "Dәrbәndnamә"dә yazıldığına binaәn, İran padşahı Keyqubad qoyubdur. Keyqubad şahın әsrindә Dağıstanın şimal sәmti, Dәrbәnd hәvalisi, Krım, Qazan vә Rusiyanın şәrqi-cәnub sәmti xәzәrlәrin padşahı Xaqana tabe idi.

Şah Keyqubad Xaqanın qızını hiylә ilә tәzvic edib, onunla qohumluq binasını qoydu vә sonradan dәrya kәnarında İskәndәr Zülqәrneyn tәmir etdirdiyi hasarın ayağını: dәryaya kimi çәkmәklә hәr iki dövlәtin arasında bir sәrhәd binasını möhkәmlәşdirmәyә izn aldı.

Xaqan dostluq vә qәrabәti mәnzur edib mane olmadı vә Keyqubad şah indiki Dәrbәnd olan mәhәlә külli memar vә bәnna vә fәhlәlәr göndәrib, dәryanın kәnarında iki tәrәfli xeyli mәtin vә möhkәm hasarlar çәkdirdi vә onun içindә bir şәhәr bina etdirdi.

Tәmirat tamam olandan sonra sәrәskәr vә bir memarbaşı şaha xәbәr verdilәr ki, haqq-taalanın övni-mәrhәmәti ilә tәmirat hasilә gәlibdir. Haman şәhәrin adını "Babül-әbvab" qoyub, şahın hökmü ilә üç min ev İrandan oraya nәql olunmuşdu vә bundan әlavә şәhәri mühafizәt etmәk üçün üç min atlı qoşun dәxi oraya göndәrilmişdi.

"Dәrbәndnamә" sahibi rәvayәt edir, zәmani ki, şәhәr uca vә zorba hasarlar vә dәmir qapılar ilә möhkәmlәşir vә şah bilmәrrә xatircәm olub, Xaqanın qızını gәtirdiyi halәt üzrә, yәni ona müqaribәt et[mә]miş atasının üstә göndәrib, öz xәyanәtini vә fasid niyyәtini büruz edib vә bu әhvaldan sonra xәzәrlәr ilә iranlıların arasında böyük cәngü davalar vüqua gәlib, amma nüsrәt yenә Keyqubad tәrәfdә olur vә bir müddәt İranın nüfuzu haman yerlәrdә artır. Belә ki, Keyqubad şahın oğlu Nuşirәvani-adil haman әtrafda vә Dağıstanın çox yerlәrindә şәhәr vә qәryәlәr bina etdirir. Nuşirәvanın vәfatından sonra xәzәrlәr yenә külli qoşun ilә Dәrbәnd sәmtinә hücum edib, oralara malik olurlar vә hәtta İraqi-әcәmin vә Azәrbaycanın çox yerlәrini zәbt qılırlar.

Vәqti ki, Cәzirәtül-Әrәbdә dini-mübini-Mәhәmmәdi zühur etdi, onun nuru әtrafü әknafa dağılıb da bir lәmәsi Qafqaziya dağlarını vә әtәklәrini münәvvәr elәdi vә Dәrbәnd qalası әrәblәrin yәdi-tәsәrrüfünә keçdi. Xәzәrlәr ilә әrәblәrin arasında dәfәat ilә böyük davalar vüqua gәlibsә dә, xәzәrlәr hәmә vaxt mәğlub vә münhәzәm olublar. Әn böyük davanın birisinә qırx nәfәr әrәb bahadırlar Sәlman ilә Rәbiәtül-Xeylin sәrkәrdәliyi ilә özlәrini qәlbi-lәşkәrә vurub, xeyli cәsarәt vә rәşadәtdәn sonra özlәri dәxi şәrbәti-şәhadәt nuş ediblәr. Onların qәbri şәhәrin şimal tәrәfindә vaqe olan mәzarıstanlıqda ümumi bir hasarın içindәdir. Böyük, uzun qәbirlәr yan-yana düşüblәr vә "Qırxlar" adı ilә mәşhur ziyarәtgahdır.

Dәrbәnd hasarları bu halda dәxi hәr kәsin diqqәtini cәlb edәsi bir әlamәtdir ki, keçmiş bәnna vә memarların fünuni-tәmiratda nә dәrәcәdә mahir vә qabil olmaqlarına böyük şәhadәt edir. Bu hasarın cәnub tәrәfinә beş darvaza vә şimal tәrәfinә üç darvaza qoyulub vә bu darvazaların bәzisinin üstünә kufә xәtti ilә "la ilahә illәllah Mәhәmmәdün rәsulüllah" yazılıbdır. Şәhәrin yuxarı tәrәfindә qәdim vә vәsi bir mәscid bina olunubdur. Onun asari-qәdimәdәn olduğuna hәmin bu kifayәt edir ki, onun tәmiri 130 ildәn ziyadәdir. Onu Әbumüslüm bina etdiribdir. Demәk olar ki, Qafqaz mәmlәkәtindә onun misli yoxdur. Sonralardan Şah Abbas Sәfәviyi-mәrhum әsrindә onun әmri ilә yeddi yerdә mәhәllә mәscidi bina olunubdur vә neçә yerlәrdә mütәәddid çeşmәlәr gәtirdib vә yeddi ab-anbar bina etdiribdir. Mәzkur binalar bu halda da mövcuddur.

Rus dövlәti Dәrbәndi iki dәfә tәsxir edibdir. Әvvәlinci dәfә 1722-ci sәnәdә Pyotri-kәbirin qoşunu ilә, ikinci dәfә 1796-cı sәnәdә İmperator Pavelin әsrindә. Dәrbәndin Rusiyaya mülhәq olması 1806-cı sәnәdә vaqe olubdur. Bu şәhәrin әhalisi qәdimdәn islam dinindә olduğuna görә, hәmişә şüari-islamı müraat edib, dindarlıqda vә dinpәrvәrlikdә şöhrәt bulublar. Ramazanül-mübarәk vә mәhәrrәmülhәram aylarını kәmali-sәdaqәt vә ehtiram ilә zöhdü ibadәtdә vә tәziyәdarlıqda keçirmәyi müqәddәs vәzifәlәrindәn hesab edirlәr. Xüsusәn Şühәdayi-Kәrbәla üçün әla mәrtәbәdә tәziyә tutub, rövzәxanlığa vә şәbihkәrdanlığa artıq meylü rәğbәt göstәrirlәr. Şәbih binası yüz ildәn ziyadәdir ki, Dәrbәnd şәhәrindә qoyulubdur. Hәr әsrdә bu şәbih ümuratına mübaşir olan şairlәr olubdur. Amma bu dәstgaha cümlәdәn artıq rövnәq verәn şüәra üç nәfәrdir: Mirzә Kәrim Şüai, Mirzә Cәbrayıl Süpehri vә Mirzә Mәhәmmәdtağı Qumri.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR