Firidun bəy Köçərli - Axund Molla Hüseyn Marağalı "Dəxil"
Dilsuzun hәmmәslәk vә hәmәsrlәri olan Azәrbaycan şairlәrindәn mәşhurudur ki, "Dәxil" tәxәllüsü ilә iştihar tapıbdır. Dәxilin yazdığı asarın cümlәsi cәnab İmam Hüseynin müsibәtinә mәxsus, Kәrbәla faciәsinә dair әhvalatdır. Dәxilin kitabı mәrsiyәxanların әlindә әn mötәbәr kitabdır vә bu kitabda Kәrbәla әhvalatı bәzi yerdә nәsr ilә vә әksәrәn nәzm ilә tәhrir vә tәnzim olunubdur. Dәxilin Füzuli kimi nәsr ilә yazmaqda dәxi ziyadә qabiliyyәti vә mәharәti kәlamından mәlum olunur. Necә ki, zeyldә yazılan sәtirlәr ona şәhadәt edir.
Vәqta ki, şahi-Kәrbәla-seyyidüş-şühәda, yәni mәzlumlar ağası İmam Hüseyn Kәrbәlada yekkәvü tәnha qalıb özünә kömәk çağırırdı, ol cәnabın ahü nalәsi göylәrә vә yerlәrә böyük çaxnaş vә zәlzәlә saldı vә pәrvәrdigari-cәlilin tәsbihü tәhlilinә mәşğul olan görübәn müqәrribin vә mәlaikeyi-sәmavatü әrzin Kәrbәla sәmtinә mültәfit olub gördülәr bir gülzardır ki, xiyabanın güllәri sineyi-әhli-matәm tәk çak-çak, çeşmә kәnarının sәbzәlәri çeşmi-hәsrәt kimi nәmnak vә sahәti-zәmini [misli]-damәni-gülçin sәrasәr laleyi-xun[in] vә nәsimi-hәvası manәndi-ahi-dilnişin vә reyhanları yetim zülfü kimi qubaralud vә sәrvlәri әsirlәr ahı tәk siyahәndud vә qönçәlәri aşiqi-mәhzun tәk xunbar vә sünbüllәri zülfi-әrusani-matәmdidәmisal tarumar vә rayiheyi-nәsimi әşki-әsiran ilә hәmabü hәva vә hәzarәlәri әtfali-qәriblәrә hәmnәva vә cuybarı mәcrayi-әşki-lalәgun vә çeşmәsarı beeynih dideyi-pürxun, bülbüllәri xamuş vә bağbanı mәdhuş:
NӘZM
Vәh nә gülşәn, çeşmәsarı cuyi-xun,
Novcavanlar nәşi sәrvi-vajәgun.
Qanә batmış türrәlәrdir sünbülü,
Pәnbeyi-daği-cәrahәtdir gülü.
Bir tәrәf güllәr tamam olmuş xәzan,
Bir tәrәf mәbhut durmuş bağban.
Bir tәrәf bihәm әsәr badi-sәmum,
Bir tәrәf zağü zәğәn eylәr hücum.
Qüdsiyan ol gülşәnә heyran hәmә,
Vadiyi-heyrәtdә sәrgәrdan hәmә.
Bir belә gülşәndә ağlar bülbülü,
Qan içindә tәrbiyәt tapmış gülü.
Etdilәr diqqәtlә çün hәr yan nәzәr,
Gördülәr açmış zәban susәn deyәr:
Bu çәmәndir bustani-Kәrbәla,
Mәqtәli-pirü cәvani-Kәrbәla.
Bu hәngamәdә mәlaikәlәr cәmiyyәn bina qoydular tәfәrrüc ilәn Kәrbәlanın gülşәninә baxmağa. Mütәvәcceh olub, tainki gördülәr:
Bir tәrәf qan içrә yatmış bir cavan,
Hülqi-pakından olur al qan rәvan.
Aşiyani-mürği-peykan peykәri,
Pay ta sәr zәxm cismi-әnvәri.
Bәs ki, dәymiş tirü xәncәr abdar,
Hәr sәri-muyi olub bir çeşmәsar.
Yusifi-Misri kimi gülgun qәba.
Seyd tәk xәncәri-gürgani-cәfa.
Kimdi, ya rәb, ol cәvani-mahru?
Kimdi, yaran, ol ğәzali-mişkbu?
Ümmi-Leylanın Әliyyi-Әkbәri,
Kәrbәla sәrdarının gülpeykәri.
Gördülәr bir yanda düşmüş xarüzar,
Bir uca qamәtli qolsuz şәhriyar.
Bәs ki, cismindәn olub al qan rәvan.
Kuhü sәhranı edib dәryayi-qan.
Kimdi, yaran, ol qәribi-naümid,
Tәşnәlәr sәqqası Abbasi-şәhid.
Naz ilәn xab eylәyib bir sәrvinaz,
Türrәsi eylәr sәbadәn ehtiraz.
Cismi-pakı sәrbәsәr zәxmi-sinan,
Kakilindәn telbәtel qanı rәvan.
Olmamış bir lәmhә hәmağuşi-yar,
Buyi-vәsl ilәn olub bihuşi-yar.
Gül kimi cismindә qanlı pirәhәn,
Parә-parә nәşinә olmuş kәfәn.
Peykәrindә zәxmi-pürxuni-sinan,
Şәrhi-dәrdi-hicr üçün açmış zәban.
Bәs ki, qan cari olub hәr dağdәn,
Laleyi-hәsrәt bitib toprağdәn.
Mәn nә hacәt kim, edim adın bәyan,
Qan hәnası eylәr әhvalın әyan--
Kim, odur damadi-şahi-Kәrbәla.
Tәşnәlәb qurban olan kuyi-vәfa.
Cәnab Әli Әkbәrin şәnindә yazdığı qәsidәnin başında bәladan bәhs edib belә buyurur:
Hәdisdir ki, vәla әhlinә bәla gәtirir,
Bәla nә qәdr gәlә qәlbә incila gәtirir.
Tilayi-qәlb әgәr qәlp ola şәrari-bәla,
Nә qәdәr artıq ola, artıcıq bәla gәtirir.
Mәrizsәn, mәrәzindәn mәrәz edib qafil,
Sәnә hәmişә tәbibi-xuda dәva gәtirir.
Bәla dәvadır, әgәrçi gәlir tәbiәtә tәlx,
Vәli mәzacına şirinliyi riza gәtirir.
Әgәr bәlanı qәbul eylәsәn riza ilә,
Olara ruzi-cәza әhsәnül-cәza gәtirir.
Mәriz hali-dil ilә dәvayә talib olur,
Әgәrçi qal-qiyli hәrfi-narәva gәtirir.
Deyil tәbib, ilahi, mәrizdәn qafil,
Odur ğәza gәtirәn, sәn demә qәza gәtirir.
Hәmişә hikmәt ilә hökm edәr tәbibi-hәkim,
Qәbul et sәnә hәr nә dәva ğәza gәtirir.
Pәriyü cinnü bәşәr aqibәt bәlayә düşәr,
Bu hökmü xәlqә Süleymani-Kәrbәla gәtirir.
Fәna yelinә büsatın verib bilib ki, fәna
Hәmin büsat dәva ilә çün liqa gәtirir.
Düşüb bәlayә ki, naәhli-hәqq ola agah--
Ki, xәlqi daireyi-hәqqә ibtila gәtirir.
Әliyyi-Әkbәri kuyi-bәlayә oldu dәlil,
Salıb dalınca onu xәlqә rәhnüma gәtirir.
Ki, ümmәti edә әsrari-şәrdәn agah,
Dübarә ümmәtә peyğәmbәri-xuda gәtirir i.a....
İmam Hüseyn bacısı müxәddәreyi-ülya cәnab Zeynәb xatuna buyurduğu bәzi xitabatü fәrmayişatdan bir neçә әbyat:
Xoş ol zaman ki, çıxam bu hicabi-kәsrәtdәn,
Tapam bu kәsrәt ara bir nişanә vәhdәtdәn.
Mәhaldır ola tәrki-әlayiqi-mәxluq,
Könül gәr olmaya agah sirri-xilqәtdәn.
Neçün mәhәbbәt ilә mәrifәt olur zahir--
Ki, xәlq zahir olub mәbdeyi-mәşiyyәtdәn.
Gәrәk hәmişә ola xaliqә tәvәccöhi-xәlq,
Ğәzayi-ruh alalar vәhcәti-vәcahәtdәn.
O vaxtı әks salır surәti-cәmali-ilah--
Ki, qәlb ayinәsi pak ola küdurәtdәn.
Könül hәrimi-ilahidi qeyrә yol vermә,
Hәramdır hәrәmi-hәqqi, salma hörmәtdәn.
Rәva deyil ola bir yerdә yar ilә әğyar,
Әgәr kişi olasan, çox uzaqdı qeyrәtdәn.
Әgәr xülusilә lillah ola әmәl fillah,
Nә bak salik üçün tәnәvü şәmatәtdәn.
Özünә xaliqi-mәbudi etgilәn mәhbub,
Әgәr varındı şikayәt әzabi-firqәtdәn.
Olanda vәslinә talib yanında hazırdır,
Hüzuri-talibi eylә xilas vәhşәtdәn.
Hicabsәn özünә sәn özün özündәn çox,
Cәmali-yarı çıxar ta niqabi-qeybәtdәn.
Mәcaz mәnzәrәsindәn nә qәdәr keçmәmisәn,
Hәmişә varsan uzaq mәnzili-hәqiqәtdәn.
Cәmali-şahid o vaxtı olur sәnә mәşhud--
Ki, kamyab olasan şahidi-şәhadәtdәn.
Özün şәhidü özün şahidü özün mәşhud
Olursan, olsan әgәr pak lövsi-kәsrәtdәn.
Sәni bu can elәyib әcnәbi, mәnim canım,
Bu canı qan ilә yu, ta çıxa cinayәtdәn.
Bu surәti sәnә surәtdә göstәriblәr olar--
Ki, tәrki-surәt edib çıxmayıbla surәtdәn.
Hüseyn tahir idi, әthәri-mütәhhәr idi,
Yenә yuyub üzünü qan ilә tәharәtdәn.
Yuyubdu zahiri batin kimi әlayiqdәn,
Çәkibdi ali-hәrәm hicleyi-xidarәtdәn.
Qılıbdı qәlbini fariq şüuni-dünyadә
Әyalü malü mәnalü cәlalü şövkәtdәn.
Edibdi izzәtini tәrk "ya әziz" deyib,
Tәvәhhüm eylәmәyib inkisarü zillәtdәn.
Cәnab Leylanın oğlu Әli Әkbәrә olduğu mәhәbbәti izhar edib, bilümum mәhәbbәtdәn söylәyir:
Mәhәbbәt әhlinin әhvalı bәrqәrar olmaz,
Mәhәbbәt olduğu yerdә hәyavü ar olmaz.
Mәhәbbәt әhli hәras eylәmәz mәlamәtdәn--
Ki, hәr nә fikrinә gәlsә, çıxar mәhәbbәtdәn.
Sәriri-mәsnәdә әylәşdi eşq sultanı,
Şikari-hökm ilә eylәr qulam mövlanı.
Mәhәbbәt aşiqә mәşuqi çün әziz eylәr,
Ananı oğluna bir kәmtәrin kәniz eylәr.
Çün ixtiyar ilә olmaz mәhәbbәtin sәbәbi,
Hәmişә aşiqә lazımdı sәdmeyi-qәlbi.
Mәhәbbәt olsa edәr tazә qaidә tәsis,
Mәhәbbәt ilә yetәr abruyә miqnatis.
Olur mәhәbbәt mәhbub ilә müqabil ola,
Xüsus o vaxta ki, mәhbub әsli-qabil ola.
Gәrәkdir alәmә mәhbub ola Әli Әkbәr,
Bu qabiliyyәtә şahiddi cәddi peyğәmbәr.
Tutub hәbibi-xudayә şәbahәtni güvah--
Ki, ol cәvanә deyilsin gәrәk hәbibüllah.
Hәzrәt Abbasın atı Üqabın tәrifindә yazıbdır:
Minәndә sabitü möhkәm bәsani-kuhi-әzim,
Havalanandan uçardı havada çün tәyyar.
Rәuf sahibinә çün mәrakibi-cәnnәt,
Şәdid düşmәnә hәmçün cәhәnnәmi-qәhhar.
Gәzәndә yerdә mәlәk tәk әlü әyağına
Nisar üçün tökülürdü sәvabitü sәyyar.
Urardı damәni manәndi-taziyaneyi-sim
Çәkәndә şeyhә çәkәrdi fәnayi-düşmәnә xar.
Üqab üstә çü şәhbaz nizәsi çәngal,
Xәdәngi-şәhpәri-minqarı xәncәri-xunxar.
Çәkib Üqab çü mәhmiz döndü bir dalıya,
Dedi Hüseynә: xudahafiz, ey şәhi-biyar,
Hәlal eylә, gedirәm, yalqızam, dua eylә,
Atam Әli yanına gәldi vәdeyi-didar i.a....
Cavani-valaşani-şücaәtnişanü rәşadәtbünyan, yәni Әli ibn Hüseynin müqabili-sәfi-üdvanda durub zәbani-fәsahәt-tәrcümanı ilә bәtәriqi-rәcәz söylәdiyi nüktәdәn bir qitә:
BӘHRİ-TӘVİL
Bilin, ey lәşkәri-kafәrfәrü bәdtinәtü bәdheybәtü biqeyrәtü übbadi-sәnәm, nәngi-ümәm, hatiki-sәttari-hәrәm, düşmәni-әrbabi-kәrәm, mühriqi-Qurani-xuda, mözeyi-yarani-xuda fasiqü hәm facirü hәm ariqü hәm şaribü hәm zaniyü hәm latiyü hәm layiü әlqabi-kilab, afәti-әhbabi-lәinani-bәdayin, müridani-şәyatin, cәfacuy cәfakar, xәtadidә xәtakar, mәnәm şibhi-peyәmbәr, mәnәm nayibi-heydәr, mәnәm misli-Qәzәnfәr, mәnәm sahibi-xәncәr.
Bir cavanәm ki, vәcahәtdә, sәlabәtdә, sәbahәtdә, sәxavәtdә, şücaәtdә, mәlahәtdә, tәravәtdә, tәlaqәtdә, lәtafәtdә, nәcabәtdә, nәzafәtdә mәnә yoxdu bәrabәr nә nәbiyyü nә vәliyyü nә sәxibü nә nәqibü nә fәlәkdә mәlәkü әncümü әnvari-mәhü möhrü sitarә. Mәnәm xәlqdә, hәm xülqdә hәm nitqdә mirati-rәsuli-mәdәniyyü Qüreyşi mәzhәri-övsaf Әli şiri-xuda şirsәda mehtәrü hәm kәhtәrü hәm xaceyi-Qәnbәrü hәm saqiyi-kövsәrü hәm qatili-Әntәrü hәm qalei-Xeybәr әnә Әli ibnәl-Hüseyn.
Yoxdu hәrçәnd mәnim tәk dәxi bir sahibi-şәmşiri-şәrәrpeykәrü hәm xәncәri-xuncövhәrü tizü tәbәrü nizeyi-suzәn-güzәrü sahibi-Sәmsami-pәlәngәfkәnü düşmәnşikәn әmma nә edim çarә bu küffarә necә tiğ çәkim xun töküm bikәsü biyarü mәdәdkar nә bәradәr, nә әmim hәzrәti-Abbas nә Ovnü nә Cәfәr cigәrim tәşnә, atam tәşnә, anam tәşnә, susuzlar qәmi bir yanda, susuzluq qәmi bir yanda özüm yekkәvü tәnha, tutub çevrәmi әda, gәlib üstümә yeksәr, çәkib qәtlimә xәncәr mәni-bikәsü biyar, nә bәradәr nә Ovnü nә lәşkәr әnә Әli ibnәl-Hüseyn.
Rәhm qıl, ey mәlikül-әrş, bu biyarü dilәfkarә ki, yox tabü tәvanım, quruyub tәşnә dәhanım, yanır ağzımda zәbanım, nә tәbibim, nә hәbibim, tutub әtrafı rәqibim baxıram hәr yana nә hәmnәfәsim var, nә bir dadrәsim var, tutub dövrәmi lәşkәr, alıblar әlә xәncәr edәr qülqülә әşrar urar hәlhәlә küffar, atam bikәsü biyar, anam xiymәdә ağlar, bibim zülfün açıbdır, bacım rәngi qaçıbdır, çıxıb nalә hәrәmdәn bu çövrü sitәmdәn hanı Cәfәri-tәyyar, hanı hәmzeyi-sәrdar, nolub Әhmәdi-Muxtarә, nolub Heydәri-Kәrrarә görә zarü zәlilәm, qәribәm, Dәxilәm, gәlә dadıma o sәrvәrü sәrdari-dilavәr görә bu lәşkәri-әbtәr tutub dәşti sәrasәr әnә Әli ibnәl-Hüseyn.
Vә üzün qoşun camaatına tutub buyurdu:
Sizdә әgәr Yәzidi-bәdәxtәr nişanı var,
Gündәn işıqdı bizdә peyәmbәr nişanı var.
Mәn nayibi-Hüseyn, Hüseyn varisi--Әli,
Mәndә Hüseynü Heydәrü Sәfdәr nişanı var.
Vardır atam Hüseyndә çün surәti Әli,
Etsә qәbul mәndә dә Qәnbәr nişanı var.
Olmaz hәrif kimsә mәnә, mәndә, bixilaf,
Abbasi-namdarü dilavәr nişanı var i.a.
Dәxilin xah nәsr ilә vә xah nәzm ilә yazılmış kәlamı onun tәbinin mәtin vә rәvanlığına vә lisanının güşadәvü fәsihü bәliğ olmasına şәhadәt edir. Şerindә әsla bir rәkakәt vә siqlәt görünmәyib, vәzni, rәdif vә qafiyәsindә әsla bir eyib vә qüsur müşahidә olunmur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət