Slimfit
  1. ƏDƏBİYYAT

Firidun bəy Köçərli - Ağaməsih Şirvani

Firidun bəy Köçərli - Ağaməsih Şirvani
Sakura

Firidun bəy Köçərli - Ağaməsih Şirvani

Ağamәsih Şirvani Mustafa xanın zәmani-hökumәtinin ibtidasında Şirvanda olurmuş, özü dә kamil bir vücud imiş; tәbi-şeriyyәsi dә var imiş. Ağamәsihin nәslindәn indi dә Şamaxıda vardırlar. Belә ki, möhtәrәm әdibimiz Sultan Mәcid Qәnizadәnin mәrhum şair dördüncü babası hesab olunur.
  
Ağamәsih Molla Pәnah Vaqifin vә Molla Vәli Vidadinin müasiri olduğuna görә, әşar vә tәrzi-kәlamı onlarınkına artıq dәrәcәdә bәnzәyir. Mәşhur qövlә görә, Ağamәsih hicrәtin on üçüncü әsrinin ibtidasında İranda vәfat etmişdir. Mirzә Yusif Qarabağinin mәcmuәsindә Ağamәsih Şirvaninin kәlamından bir müxәmmәs vә bir müәşşәr tәb olunmuşdur vә bunlardan әlavә Zaqafqaz müftisi Hüseyn әfәndi Qaibov hәzrәtlәrinin "Mәcmuә"sindә Ağamәsihin bәzi kәlamı yazılıbdır. Onlardan nümunә üçün bir neçәsi burada zikr olunur.
 
Müәşşәri-Ağamәsih Şirvani:
 
Ey türfә nigari-mahruxsar,
Ey huriliqa, firiştәkirdar,
Bu hüsn ilә olmamışkәn izhar,
Oldun mәni-dilşikәstәyә yar.
Bilmәn necә hiylә qıldı әğyar,
Sonra sәni mәndәn etdi bizar.
Bәs indi sözüm budur ki, tәkrar
Bir ad ilә et mәni günәhkar.
Al dәstinә tiğ, durma, zinhar,
Öldür mәni, olsun әllәrin var!
 
Ey hüsni-cәmali mahparә,
Әhvalıma qılma sәn nәzarә.
Yar oldu rәqib sәn nigarә,
Oldun mәnә yağı varә-varә.
Salsan mәni ahi-pürşәrarә,
Yox mәndә rizadәn özgә çarә.
Rәhm etsәn әgәr mәni-fikarә,
Salmaz mәni qәm bu ruzigarә.
Xәlvәt özünü çәkib kәnarә,
Bir könlünә eylә istixarә.
Tәqsirimi söylә aşikarә,
Öldür mәni, olsun әllәrin var!
Ey rәngi-üzari şöleyi-nur,
Qılmana misal, nisbәti-hur,
Bir şux ki, oldu hüsnә mәğrur,--
Çox olmaz onun әdası mәnzur.
Gәl, sәn dәxi qılma fitnәvü şur,
Etmә özünü bu tövr mәşhur.
Ta vәsldәn eylәdin mәni dur,
Ancaq ki, budur dilimdә mәzkur,
Üftadeyi-eşqә eylәmә zur,
Qoyma mәni dәrd evindә rәncur.
Xublәrdә әgәr bu isә dәstur,
Öldür mәni, olsun әllәrin var!
 
Ey şah, dәrindә bir gәdayәm,
Yad etmә mәni ki, aşinayәm.
Kuyindә әgәrçi xaki-payәm,
Bil qәdrimi, eyni-kimyayәm.
Әfsaneyi-dәrdi-bidәvayәm,
Hәrçәnd ki, eşqә mübtәlayәm,
Sәrkәşteyi-möhnәtü bәlayәm,
Әhvalı şikәstә, binәvayәm,
Sirrini desәm üzü qarayәm,
Baş ilә ayağına fәdayәm,
Bu mәslәhәtә ki, mәn rizayәm:
Öldür mәni, olsun әllәrin var!
 
Ey qәtlimә eylәyәn iradәt,
Mәqsudinә yet sәhih-sәlamәt!
Açılsa әgәr bu babi-rәhmәt-- 
Kim, hasil olur mәnә bәşarәt,
Qalmam mәni-namurad rahәt,
Daha haçan eylәrәm şikayәt?
Sәndәn bunu istәrәm nәhayәt,
İqrarına olma bidәyanәt.
Can mәndә sәninkidir әmanәt,
Al, sonra ki, çәkmәyim xәcalәt.
Düşmәz әlә daxi böylә fürsәt:
Öldür mәni, olsun әllәrin var!
 
Ey gül, desәlәr Mәsihә qafil,
Bir özgә nigarә oldu mail,
Tәhqiq elә kim, dolansa yüz il,
Sәndәn dәxi qeyrә vermәzәm dil.
Әrzim bu ki, eylәmә tәğafil,
Bir ğövrә yetiş, günahımı bil,
Cәm et neçә әhli-hali-aqil,
Onlardan hәqiqәt eylә hasil.
Gәr şәr hәmin budur müqabil,
Mәn hәm oluram bu әmrә qail.
Gördün iki şahid oldu adil,
Öldür mәni, olsun әllәrin var!
 
Müxәmmәsi-müstәzadi-naqisi-Ağamәsih:
 
Ey şux, ruxun gün kimi әşyayә mücәlla,
Üşşaqә tәmaşayi-cәmalın fәrәhәfza,
Mәnadә rümuzi-dәhәnin elmi-müәmma,
Sәn kimi tapılmaz büti-ziba sәnәm әsla,
Hәr zib sәnә süni-xuda birlә mühәyya,
Daxi nә bәzәnmәk?!
 
Mәşşatә nә lazım sәnә, ey afәti-dövran-- 
Kim, eylәmisәn ayinәni hüsnünә heyran?
Nazik üzünә ğazә nigah etsә, düşәr qan,
Tәpsin gözünә sürmәsini әhli-Sifahan,
Çeşmi-siyәhin kim, ala hәr işvәdә yüz can,
Daxi nә bәzәnmәk?!
 
Bәzm içrә yüzündәn götürәn dәmdә niqabın,
Qanını lәbin şişәyә tutdu meyi-nabın,
Başına hәva gәldi qәdәhlәrdә hübabın.
Bitab düşüb saqi, nә mümkün verә tabın?
Yıxdın evini mәn kimi min xanәxәrabın,
Daxi nә bәzәnmәk?!
 
Basanda qәdәm naz ilә seyr etmәyә bağә,
Ruyin gülü sәhrayә qovub, lalәni dağә,
Gәr bәrki-hәna düşsә, әcәb yox, әl-әyağә,
Şayәstә deyil al vәrәq al yәnağә,
Gündüz günә bәnzәr, gecә mәhtabü çirağә,
Daxi nә bәzәnmәk?!
 
Ey qamәti sәrvü lәbi qönçә, ruxi lalә,
Göz mәrdümәki mәhv ruxunda xәtü xalә,
Zülfi-siyәhin mahi-ruxun dövrünә halә,
Peyvәstә qaşın göydә urar tәnә hilalә.
Kim görsә deyәr sәlli-әla beylә cәmalә,
Daxi nә bәzәnmәk?!
 
Ey tazә lәtafәt çәmәni içrә güli-tәr,
Olmaz bu nәzakәt belә bir şuxә müyәssәr,
Tәbdili-libas etsә, deyil mәn sәrasәr,
Bilütfdürür qeyri-vәfakar mükәrrәr,
Nәqqaşi-qәza kim, sәnә vermiş belә zivәr,
Daxi nә bәzәnmәk?!
 
Lütfündә Mәsiha dilәr asarü mәqalat,
Ol Xızr kimi abi-dil ilә rәhi-zülmat,
Sәndәn aparır feyz bәdәni-mürdeyi-mirat,
Heyhat! Bu növ ilә nәzirin ola, heyhat!
Mәhtab kimi alәmә mәqbulluğun isbat,
Daxi nә bәzәnmәk?!
  
Ağamәsihin burada zikr olunan hәr iki kәlamı onun tәbinin mövzun vә güşadә olmağına dәlalәt elәyir. Bәzi әbyatı hüsnü lәtafәtdә Molla Pәnah Vaqifin kәlamına bәrabәrdir ki, gözәl mәdhindә onun yazdığı kәlam yuxarıda zikr olundu.
  
Ağamәsih dәxi bir kәlamında Vaqif kimi hәqiqi gözәlliyin nişan vә әlamәtlәrini bir-bir zikr edib, zahiri gözәllik vә mәlahәtlә bәrabәr, gözәlin әslü nәsәbini dәxi mülahizә edib, onları әvvәlinci şәrtlәrdәn hesab elәyir:
 
Әvvәla şәkk olmaya zati-әbavü cәddinә,
Demәyә bir kimsә hәrfi-namünasib rәddinә,
Yetmiş ondördgecәlik ay tәk büluğ hәddinә,
Çün şәbi-yelda qәra saçı bәrabәr qәddinә,
Hәm mübarәk başı misli-qübbeyi-mina gәrәk.
 
Özgә bir müxәmmәsindә Ağamәsih әhli zәmanәdәn şikayәt edib deyir:
 
Dila, etmә tәvәqqe, rastguluq qanda qalmışdır,
Qәrinә özgәdir, bunlar keçәn dövranda qalmışdır,
Nәmәkdә qәdrü qiymәt, nә kәramәt nanda qalmışdır,
Bәla çәkmәkliyә nә tabü taqәt canda qalmışdır,
Nә asari-şәfa bimar üçün dәrmanda qalmışdır.
 
Olubdur qәlb xain, hәq bilir bir paktinәt yox,
Düşәndә satmayan dünyada dinin hiç millәt yox,
Zükur әqsamının tәbindә әsla doğru beyәt yox,
Ünas әhlindә bir zәrrә hicabü şәrmü ismәt yox,
Tәriqi-adәmiyyәt yolda, nә әrkanda qalmışdır.
 
Havalı kimsәlәr bәhri-hәramә misli-yelkәndir,
Nә yan olsa, çәkәr mәllahı, nәfsin kәştisi tәndir,
Dolanır qәhrü zülmә sahili-insafdәn gendir,
Nә fәrq edәn hәlalı dari-dünyadә müәyyәndir,
Nә xövfi-axirәt xәlq içrә nahәq qanda qalmışdır.
 
Tutan, mәlum, yox şәri-rәsuli, әmri-allahi,
Rәiyyәtlәr qılır dәstgah hәr beş gündә bir şahi,
Cәlәbdir şiveyi-ülfәt, bu rәmzin kimdir agahi,
Sәdaq oxu kimi gәctәblәr almış nәzәrgahi,
Olar kim, doğrudur әyri qılıc tәk yanda qılmışdır.
 
Mәsiha, kәs tәәllüq bu cahandan kim, xәsarәt var,
Nә tәsiri-dua zahir, әrәnlәrdә nә himmәt var,
Nә alimlәrdә şәriyyәt, nә bәylәrdә әdalәt var,
Nә bir doğru sözü xәlqin, nә bir kәsdә dәyanәt var,
Hәqiqәt aşinadә, nә vәfa yaranda qalmışdır.
  
Ağamәsihin bu müxәmmәsindә müasiri Vaqif kimi öz zamanının xalqından, onların düruğgu, nәmәkhәram, qәdrbilmәz, bivәfa vә bidәyanәt olmaqlarından şikayәt edib, dünyada düzlük vә doğruluğun nabud olmağından fәryad elәyir vә ziyadә tәәssüflә haram ilә halalın mabeynindә tәfavüt qoyulmadığını, şәrmü hәyanın vә dini-islamın unudulmağını vә axirәt xövfü xalqın qәlbindәn çıxmağını, insaf vә mürüvvәtin әdәmini izhar edib, öz-özünә xitabәn deyir: Mәsiha, bu cahandan vә onun әhlü naәhlindәn әlaqәni kәs; bir yerdә ki, duada tәsir, әrәnlәrdә himmәt vә qeyrәt, alimlәrdә zöhdü tәqva, bәylәrdә әdalәt, dostlarda sәdaqәt qalmaya vә doğru yerinә әyri işlәnә, daha orada nә xeyir vә bәrәkәt vә nә zindәkanlıq?!...
  
Bu sәbәblәrә görә şair vaxtının çoxunu qürbәtdә keçirib vә axırda qürbәtdә dәxi canını can yaradana tәslim etmişdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR