Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Firdovsi Bağızadə Əliş oğlu

Firdovsi Bağızadə Əliş oğlu
Sakura

Doğum tarixi : 1996 Vəfat tarixi: 2 aprel 2016

Firdovsi Əliş oğlu Bağırzadə (d. 1996; Yardımlı, Azərbaycan - ö. 2 aprel 2016; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Firdovsi Bağırzadə 1996-cı ildə Yardımlı rayonunun Bərcan kəndində anadan olub.

Hərbi xidməti

Əsgər Firdovsi Bağırzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Firdovsi Bağırzadə doğulduğu Masallı rayonunun Güllütəpə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Bağırzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Firdovsi Bağırzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Həmin ilin mayın 18-də əsgər Firdovsi Bağırzadənin xatirəsinə Masallı rayonunun Güllütəpə kəndində küçələrin birinə onun adı verildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR