Slimfit
  1. DÜNYA

Finlandiyada üzərində rusca sözlər yazılan pullar peyda olub

Finlandiyada üzərində rusca sözlər yazılan pullar peyda olub
Sakura

Finlandiyada üzərində rusca sözlər yazılan pullar peyda olub

Finlandiyada dövriyyədə qəribə elementləri olan saxta pullar gəzir. Əsginasların üzərində rusca sözlər yazılıb.

Bizimyol.info xəbər verir ki, pulları “zarafatlar bankı”nın dövriyyəyə buraxdığı qeyd olunub. Müxtəlif əsginaslar ortaya çıxıb. Hələ bir müddət əvvəl üzərində rus sözləri yazılan 20 və 50 avro əsginaslarını görənlər hüquq-mühafizə orqanlarına xəbər vermişdi. Bu günlərdə isə Lahti şəhərində bir nəfər 200-lük saxta pulla oteldə ödəmə edərkən saxlanılıb. O, 8 əsginası internetdən aldığını bildirib. Pulların üzərində “suvenir məhsul” yazılıb.

Finlandiya polisi bu əsginasların istifadəsinin cinayət olduğunu bəyan edib. Nəinki pul cəriməsi, hətta azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR