Slimfit
  1. DÜNYA

Finlandiyada altı saatlıq iş günü və dörd günlük iş həftəsi tətbiq ediləcək

Finlandiyada altı saatlıq iş günü və dörd günlük iş həftəsi tətbiq ediləcək
Sakura

Finlandiyada altı saatlıq iş günü və dörd günlük iş həftəsi tətbiq ediləcək

Finlandiya ölkənin yeni Baş Naziri Sanna Marin tərəfindən hazırlanmış planlara müvafiq olaraq altısaatlıq iş günü və dördgünlük iş həftəsi tətbiq edəcək.

SİA Finlandiya KİV-lərinə istinadən bildirir ki, 34 yaşlı Sanna Marinin fikrincə, bu, əməkçilərin öz ailələri ilə daha çox vaxt keçirmələrinə imkan verəcək. Hazırda Finlandiyada normal iş praktikası gündə səkkiz saat, həftədə beş gün işdir. Lakin ölkənin yeni Baş Naziri ölkədə çevik iş qrafiki tətbiq etmək təşəbbüsünü irəli sürüb. Belə iş qrafikinə altısaatlıq iş günü, dördgünlük iş həftəsi daxildir. Sanna Marin deyib: “Hesab edirəm ki, insanlar öz ailələri ilə daha çox vaxt keçirməyə, sevimli məşğuliyyətlərinə və mədəniyyət kimi həyatın digər aspektlərinə daha çox vaxt ayırmağa layiqdirlər”.

Qeyd edək ki, Sanna Marin Baş Nazir vəzifəsindən əvvəl Finlandiyanın Nəqliyyat naziri vəzifəsini tutub. O, bu vəzifədə olarkən də daha qısa iş həftəsini dəstəkləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR