Dərc edildi: Baxış sayı: 247
Finlandiya Urmiya gölünün bərpasına yardım təklif etdi
Finlandiyanın İrandakı səfiri Karri Kahiluto Urmiya gölündə baş verən ekoloji fəlakətlə yaxından tanış olmaq məqsədilə gölün Qərbi və Şərqi Azərbaycan əyalətlərindəki sahillərinə səfər edib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edək ki, səfir bir neçə gün əvvəl Finlandiyanın yeni texnologiyalardan istifadə edərək Urmiya gölünün bərpasına yardım etməyi təklif edib.
O, Urmiya gölünün qurumasının yalnız İranın problemi deyil, beynəlxalq səviyyədə əhəmiyyətli ekoloji problem olduğunu bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət