Slimfit
  1. DÜNYA

Finlandiya ruslara viza verilməsini sərtləşdirdi

Finlandiya ruslara viza verilməsini sərtləşdirdi
Sakura

Finlandiya ruslara viza verilməsini sərtləşdirdi

Finlandiya sentyabrın 1-dən Şengen vizası almaq istəyən Rusiya vətəndaşları üçün sənədlərə dair tələbləri sərtləşdirəcək.

Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.

“Finlandiya hakimiyyəti və diplomatik nümayəndəlikləri Şengen vizası üçün müraciət edən Rusiya Federasiyası vətəndaşlarından Avropa Birliyi rəhbərliyinin qərarına uyğun olaraq səyahət sənədlərini tam şəkildə tələb edəcək”, - deyə məlumatda vurğulanıb.

Qeyd olunur ki, əvvəllər ərizə təqdim edərkən daha ətraflı sənədlər yalnız müstəsna hallarda tələb olunurdu.

Finlandiyanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məsələyə aydınlıq gətirilərək bildirilib ki, bundan sonra Skandinaviya ölkəsində əmlakı olan ruslar bunun üçün sənəd təqdim etməli olacaqlar. Səfərin məqsədi yaxın qohumları ziyarət etməkdirsə, onların Finlandiyada yaşadıqları təsdiqlənməlidir.

Prosedura bütün ruslara şamil olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR