Finlandiya Rusiya ilə sərhəddə üç keçid məntəqəsini açmağa hazırlaşır
Finlandiya dekabrın 14-dən etibarən Rusiya ilə sərhəddə bəzi keçid məntəqələrini sərnişinlər üçün açmağa hazırlaşır.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli “Ilta-Sanomat” qəzeti Finlandiya Sərhəd Mühafizəsi Departamentinin nümayəndəsinə istinadən xəbər verir.
Bildirilir ki, söhbət ən böyük keçid məntəqələrindən - “Vaalimaa”, “Nujyamaa” və “İmatra”dan gedir.
Lakin bu, son qərar deyil. Sərhəd Mühafizəsinin təklifi hələ Finlandiya hökuməti tərəfindən təsdiqlənməlidir.
Xatırladaq ki, noyabrın 30-da Finlandiya Arktikada yerləşən Rusiya ilə sərhəddə fəaliyyət göstərən sonuncu “Raya-Yooseppi” keçid məntəqəsini bağlayıb. Finlandiya hakimiyyəti buna səbəb kimi “miqrantların Finlandiyaya nəzarətsiz gəlişini” göstərir. Hazırda Rusiya ilə Finlandiya arasında quru sərhədi boyunca yeganə əlaqə “Vaynikkala” keçid məntəqəsi vasitəsilə dəmir yolu yüklərinin daşınması olaraq qalır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət