Dərc edildi: Baxış sayı: 455
Finlandiya millisinin Bakıda keçiriləcək DÇ üçün heyəti açıqlanıb
Finlandiya millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb. SİA-nın məlumatına görə,Bakı mundialında 4 finlandiyalı cüdoçu tatami üzərinə çıxacaq.
Məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Aatu Laamanen və Jaakko Alliyə (hər ikisi 90 kq) şans verəcək.
Qadınların mübarizəsində isə Katri Kakko (52 kq) və Emilia Kanerva (63 kq) birincilik uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət