Slimfit
  1. MARAQLI

Film üçün mövzu olan həyat hekayəsi: Kris Qardner

Film üçün mövzu olan  həyat hekayəsi: Kris Qardner
Sakura

Kiçik oğlu ilə küçələrdə yatırdı, indi milyonçudur

 Məşhur ABŞ iş adamı və investor Kris Qardner, illər əvvəl oğlu ilə birlikdə küçələrdə ömür sürərkən həyatının nə vaxtsa filmlərin mövzusu olacağını təsəvvürünə belə gətirməzdi. 

 Amerikalı iş adamı, sərmayəçi və motivasiya çıxışçısı Kris Qardner, həyatı ilə çoxumuzun heyranlıq və göz yaşları ilə izləyəcəyimiz filmin mövzusu oldu.  80-ci illərdə oğlu ilə birlikdə küçələrdə yaşayan Qardner, indi 60 milyon dollarlıq varidatı ilə ümidimizi itirməməli olduğumuzu vurğulayır!

 1980-ci illərin əvvəllərində 27 yaşlı Chris Gardner və onun bələkdəki oğlu San-Fransiskoda bir il küçələrdə yaşamaq məcburiyyətində qaldı.

Arvadı, o vaxt birja maklerlik kursunda iştirak edən, lakin bir ev kirayələmək üçün kifayət qədər pul qazanmayan Qardnerdən ayrılmışdı.  Buna görə, kiçik oğlu Krislə harada yer tapa bilsələr orda yatmağa başladılar.  Ata və bir neçə aylıq körpə küçələrdə yaşamaq məcburiyyətində qalmışdı.

 Qatar stansiyasındakı tualetlərdə, parklarda və kilsələrdə yatırdılar. Yoxsullar üçün pulsuz yemək verilən yerdə yemək yeyirdilər və ata qazandığı az miqdarda pulu oğlunu gündüzlər uşaq bağçasına qoymaq üçün xərcləyirdi.

 Bu çətinliklərə baxmayaraq, Qardner təslim olmurdu və birja kursunu müvəffəqiyyətlə başa vurub  daimi iş tapdı.  Nəhayət bir ev kirayələmək üçün kifayət qədər pul qazana bilən ata, əzmi sayəsində karyera pillələrindəc sürətlə qalxdı və1987-ci ildə Gardner Rich adlı öz investisiya məsləhət şirkətini qurdu.

 Bu gün, 62 yaşında və təxminən 60 milyon dollarlıq sərvəti ilə Kris Qardner dünyanı gəzir və tədbirlərdə bu hekayəni danışır. Evsizlər üçün dərnəklərə yardım edir və qadına qarşı şiddətin qarşısını almaq üçün  fondlara sponsorluq edir. 

 Açığı, Qardnerin uşaqlığı da bir qədər problemlidir.  Birja kursuna başlamazdan əvvəl bir müddət həbsxanada olan Qardner, həyat hekayəsi haqqında böyük diqqət çəkən “Xoşbəxtlik arxasınca” (The Pursuit of Happyness  ) adlı kitabı ilə Hollivud istehsalçılarının diqqətini çəkdi.

 Film 2006-cı ildə ekrana çıxdı və Qardner rolunu oynayan Uill Smit, bu filmdəki roluna görə ən yaxşı aktyor nominasiyasında Oskar mükafatına namizəd göstərildi.

 Qardner uşaqlığını belə təsvir edir:

 “Bir uşağın çəkməməli olduğu acıları çəkdim.  Cəmi 5 yaşımda qərar verdim: Uşaqlarım atalarının kim olduğunu biləcəklər.  Daha sonra artıq məlumdur.  Düzgün qərarlar verməklə bu uğuru qazandım. "

 Birjaya marağı park yerində gördüyü qırmızı rəngli bir Ferrari ilə başladı

 Əlbəttə, milyonlarla dollar asanlıqla qazanılmadı. Məktəbi bitirdikdən sonra Qardner 4 il orduda xidmət edib.  1974-cü ildə hərbi xidmətdən qayıtdıqdan   sonra Qardner San- Franciskoya gedir və burada tibbi cihazlar satmağa başlayır.  Ancaq bir gün dayanacaqda qırmızı bir Ferrari görən Qardner sahibinin yanına gedib bu maşını necə aldığını soruşur.  Avtomobilin sahibi Bob Bridces adlı birja makleriydi və bu söhbətdən sonra Qardner birja ilə maraqlanmağa başladı.

 Bridces Qardnerin bir şirkətdə təcrübə keçməsinə kömək etdi.  Lakin, bu staj zamanı Qardner, park cərimələrini ödəmədiyi üçün tutulub və həbsə göndərildi.

 Lakin sonradan stajını tamamlayaraq qətiyyəti sayəsində təcrübə keçdiyi yerdə daimi işə düzəldi.

Mənbə: habererk.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR