Slimfit
  1. TƏBİƏT

Fillər

Fillər
Sakura

Fillər - Məməlilər sinfinin xortumlular dəstəsindən fəsilə

Fillər (Elephantidae) - Məməlilər sinfinin xortumlulardəstəsindən fəsilə.

Fillər sürü halında yaşayırlar. Afrika həkimləri 400 fili müayinə etdikdən sonra aşkar etmişlər ki, yemləri otdan ibarət olan bu nəhənglər skleroz xəstəliyinə tutulmuşlar. Halbuki indiyədək belə güman edilirdi ki, həmin xəstəliyə daha çox yağlı-piyli məhsullarla qidalananlar tutula bilərlər. Həkimlər fillərin orqanizminin bu sirrini hələ də aça bilməmişlər. Afrika fili bədəncə Asiya filindən böyük olur, onun hündürlüyü 3,5 m, ağırlığı 5 tondan çoxdur.

Fil  ağır heyvan olmasına baxmayaraq, cəld və səssiz yeriyir. Filin xortumu çox elastik və güclüdür. Onun burnunun dəlikləri xortumun ucunda yerləşir. Xortumun ucunda barmaqşəkilli ətli çıxıntı vardır.

Afrika filinin dişlərinin uzunluğu 2 metr və ağırlığı 80 kq olur. Hər 10-15 ildən bir dişlər yenisi ilə əvəz olur. Fil 60-80 il yaşayır və bu müddətdə təxminən 6 dəfə diş dəyişir. Çox möhkəm fil dişindən və sümüyündən qəşəng və nəfis şeylər hazırlanır. Dişi fil hər 3-4 ildən bir balalayır və hər dəfə 1 bala doğur. Yeni doğulmuş bala tüklə örtülü olur və bir neçə gün sonra anasının dalınca gəzir.

Fil 4 dizi olan yeganə məməli heyvandır. Hər il dünyada 2 milyon fil doğulur, bir o qədər də ölür. Fillər çimməyi çox sevdikləri üçün özlərinə su hovuzu da düzəldirlər. Onlar çayın qarşısını daşla, ağacla tutaraq dərinliyi 1,2 – 2 m olan hovuzda isti günlərdə həvəslə çimirlər.

Fillərin ölümü çox qəribədir. O, ölümünün yaxınlaşdığını hiss edərək özünü çaya və ya bataqlığa atır. Dünyada Fillərin Ümumdünya Müdafiəsi Gününün qeyd olunması  ən iri məməlilər olan fillərin sayının azalmasından narahat olan ekoloqların təşəbbüsüdür.

 

Afrika fili

Hazırda Afrikada cəmi 600 min fil yaşayır, ancaq hər il onların sayı 38 min azalır. Fillərin azalmasının əsas səbəbi onların dişlərinə görə qanunsuz yolla ovlanmasıdır. Fillərin bala vermə səviyyəsinin azalması da nəzərə alınarsa, ən gec 15 ildən sonra Afrikada fillərin nəsli kəsiləcək.

Fillər (Elephantidae) - Məməlilər sinfinin xortumlulardəstəsindən fəsilə.

Fillər sürü halında yaşayırlar. Afrika həkimləri 400 fili müayinə etdikdən sonra aşkar etmişlər ki, yemləri otdan ibarət olan bu nəhənglər skleroz xəstəliyinə tutulmuşlar. Halbuki indiyədək belə güman edilirdi ki, həmin xəstəliyə daha çox yağlı-piyli məhsullarla qidalananlar tutula bilərlər. Həkimlər fillərin orqanizminin bu sirrini hələ də aça bilməmişlər. Afrika fili bədəncə Asiya filindən böyük olur, onun hündürlüyü 3,5 m, ağırlığı 5 tondan çoxdur.

Fil  ağır heyvan olmasına baxmayaraq, cəld və səssiz yeriyir. Filin xortumu çox elastik və güclüdür. Onun burnunun dəlikləri xortumun ucunda yerləşir. Xortumun ucunda barmaqşəkilli ətli çıxıntı vardır.

Afrika filinin dişlərinin uzunluğu 2 metr və ağırlığı 80 kq olur. Hər 10-15 ildən bir dişlər yenisi ilə əvəz olur. Fil 60-80 il yaşayır və bu müddətdə təxminən 6 dəfə diş dəyişir. Çox möhkəm fil dişindən və sümüyündən qəşəng və nəfis şeylər hazırlanır. Dişi fil hər 3-4 ildən bir balalayır və hər dəfə 1 bala doğur. Yeni doğulmuş bala tüklə örtülü olur və bir neçə gün sonra anasının dalınca gəzir.

Fil 4 dizi olan yeganə məməli heyvandır. Hər il dünyada 2 milyon fil doğulur, bir o qədər də ölür. Fillər çimməyi çox sevdikləri üçün özlərinə su hovuzu da düzəldirlər. Onlar çayın qarşısını daşla, ağacla tutaraq dərinliyi 1,2 – 2 m olan hovuzda isti günlərdə həvəslə çimirlər.

Fillərin ölümü çox qəribədir. O, ölümünün yaxınlaşdığını hiss edərək özünü çaya və ya bataqlığa atır. Dünyada Fillərin Ümumdünya Müdafiəsi Gününün qeyd olunması  ən iri məməlilər olan fillərin sayının azalmasından narahat olan ekoloqların təşəbbüsüdür.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR