Dərc edildi: Baxış sayı: 510
Filippin prezidentinin üç övladı seçkilərdə qalib gəldi
Filippin prezidentinin qızı və iki oğlu ölkədə keçirilən aralıq seçkilərində qalib gələrək müxtəlif dövlət vəzifələrinə seçilib.
Bu barədə CNN məlumat yayıb.
Məlumata görə, seçkilərdə çoxsaylı qanun pozuntuları qeydə alınıb.
Sara Duterte - atasının doğma şəhəri olan Davaoda mer vəzifəsinə yenidən seçilib. O, ümumilikdə 580 min səs toplayıb, yeganə rəqibinə isə cəmi dörd min seçici etimad göstərib.
Qardaşı Sebastyan Duterte şəhərin mer müavini olub. Onun seçkilərdə rəqibi olmayıb, belə ki, həmin postu qardaşı Paolo Duterte azad edib. Paolo Duterte isə öz növbəsində ölkənin Nümayəndələr Palatasına mandat qazanıb. O, 197 minə yaxın səs toplayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət