Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun…
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a bildiriblər ki, Balakən Rayon Mədəniyyət Mərkəzində (ünvan: Balakən şəhəri, Heydər Əliyev prospekti, 42) keçiriləcək qəbulda Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula Şəki regional ədliyyə idarəsi (ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi, 94; əlaqə telefonları: (02424) 4-32-18, 055-634-85-15), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, habelə Balakən Rayon Mədəniyyət Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət