Dərc edildi: Baxış sayı: 190
Fikrət Məmmədov daha bir vəzifəsini İTİRDİ
Sabiq ədliyyə naziri Fikrət Məmmədov daha bir vəzifəsini itirib.
Ens.Az Modern.az-a istinadla xəbər verir ki,, o, işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibindən çıxarılıb.
Onu Qərargahda hazırkı ədliyyə naziri Fərid Əhmədov əvəzləyib. Qeyd edək ki, sözündən dəyişiklik Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamda öz əksini tapıb.
Qeyd edək ki, Fikrət Məmmədov bu ilin fevral ayında keçirilən prezident seçkilərindən sonra formalaşdırılan yeni hökumətin tərkibində yer almayıb. O, daha sonra Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.
Fevralın 27-də isə Fərid Əhmədov ölkənin yeni ədliyyə naziri təyin olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət