Slimfit
  1. DÜNYA

Fikoya sui-qəsd 2003-cü ildən bəri Avropada ilk hadisədir

Fikoya sui-qəsd 2003-cü ildən bəri Avropada ilk hadisədir
Sakura

Fikoya sui-qəsd 2003-cü ildən bəri Avropada ilk hadisədir

Slovakiyanın Baş naziri Robert Fikoya silahlı hücum son 20 ildən artıqdır ki, Avropada ilk hadisədir.

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki,bu barədə "Bloomberg" məlumat yayıb.

“Bu, 2003-cü ilin martından bəri Avropada dövlət başçısının ilk güllələnməsi idi”, - məqalədə qeyd edilir.

Qeyd edilib ki, 21 il əvvəl Serbiyanın Baş naziri Zoran Cinciç Belqradın mərkəzində güllələnib. Agentlik onu mütəşəkkil cinayətkarlığa qarşı çıxan Avropayönlü islahatçı adlandırır.

Xatırladaq ki, mayın 15-də axşam saatlarında Slovakiyanın Gandlova şəhərində iclasdan çıxan Baş nazir Robert Fiko atışma nəticəsində yaralanıb. Hadisə şahidlərinin sözlərinə görə, tədbir başa çatdıqdan sonra siyasətçi yerli sakinlərə yaxınlaşıb. Sonra izdihamdan bir neçə atəş səsi gəlib və Fiko yerə yıxılıb. Slovakiya mətbuatının məlumatına görə, baş nazir döş qəfəsindən və mədəsindən yaralanıb və helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb.

Daha sonra həkimlər zərərçəkənin vəziyyətini stabilləşdirərək, onun üzərində uğurlu əməliyyat keçirə biliblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR