Slimfit
  1. TEXNOLOGİYA

Fikir yarananda beyində nə baş verir?

Fikir yarananda beyində nə baş verir?
Sakura

Fikir yarananda beyində nə baş verir?

Ağcaqanadlarda beyin olmadığını bilirsinizmi? Yəqin ki, bu faktı bilmək isti dövrlərdə ağcaqanadlardan bezənlərə təsəlli olacaq. Beyinin olmamasına baxmayaraq, həşəratlarda düşüncə aparatına bənzər bir növün (məsələn, ona tərəf uçan başmağın trayektoriyasından asılı olaraq ağcaqanadın davranışını tənzimləyən) - qanqliyaların yığılması mövcuddur. Lakin ağcaqanadın qanqliyasının işi tam öyrənilmişdirsə, bizim beynimizin işi hələ də sirli və qaranlıq proses olaraq qalır. Bəs düşüncə doğulanda beyində nə baş verir?

Fikir nədir?

İnsanın beyninin çəkisi orta statistik olaraq, təxminən 1,5 kiloqramdır. Bəzən bu göstərici həm azalmaya, həm də artıma doğru dəyişir. Lakin insanın intellektual qabiliyyətləri və beyninin ölçüləri arasında heç bir qarşılıqlı əlaqə yoxdur. Bununla yanaşı, beyin istənilən varlığın orqanizmində ən mühüm orqanlardan biri olmaqla bütün fərdlərin bu və ya digər hərəkətinə təkan verən fikirlərin yaradılmasına görə məsuliyyət daşıyır.

Amerika alimlərinin nəzəriyyəsinə görə, hansısa fikir müəyyən xatirələr və bədənimizin reaksiyaları ilə formalaşan xüsusi dalğalanmadır. Başqa sözlə, insanın fikirləri beynin neyronlarının işi nəticəsində yaranan elektrik boşalmalarının özünəməxsus sxemləridir.

Fikir necə yaranır?

Fikrin məhz necə meydana çıxması haqda tapmaca minilliklər boyu alimlərin şüurunu məşğul edib. Buna baxmayaraq, XXI əsrin gəlişi ilə biz bu qədim sirrin açılmasına az qala yaxınlaşmışıq. Duyğuların, emosiyaların və həyəcanların böyük bir palitrasından ibarət olan insanın daxili dünyası, sadəcə toxunmaq, ölçmək və ya görmək mümkün olmadığı üçün hər hansı bir araşdırmaya tabe olmur. Məhz beynin işinin dəqiq mexanizmini bilmədiyimizə görə də, robototexnika müstəqil düşünə bilən robotlar yarada bilməz.

Bu kədərli faktlara baxmayaraq, alimlər bəzi şeyləri müəyyən edə biliblər. Artıq beynin əməliyyat sisteminə malik olduğu məlumdur. İnanılmaz səslənsə də, məhz təbii əməliyyata sisteminin olması bizim beynimizi bir qədər Türinq maşınına oxşar edir. Windows-dan fərqli olaraq, beynin əməliyyat sistemi bu və ya digər qərarların qəbul edildiyi ümumi məkanda işləyən motivasiya və sensor siqnalların sintezini təmsil edir.

Əməliyyat sistemi sayəsində bizim beyin çoxtapşırıqlı rejimdə işləyə bilər. Biz maşında, sükan arxasında ola bilərik və eyni anda tamamilə mücərrəd şeylər haqqında düşünməyimiz mümkündür. Lakin təhlükə olduqda və ya piyada keçidində beyin bizi avtomatik olaraq real dünya rejiminə keçirir.

Əməliyyat sistemlərinin mövcudluğuna əlavə olaraq, insanın beyni şəxsi təcrübə və xatirələr prizmasından qəbul edə biləcəyi hər hansı bir məlumatı dəyişdirmək üçün inanılmaz qabiliyyətlərə malikdir. Xaricdən alınan bu və ya digər məlumatları özündə birləşdirən əlaqələrin formalaşması zamanı neyronları bu və ya digər sistemə birləşdirən kimyəvi maddələr hüceyrələr arasına verilir. Məsələn, əgər siz masanızın üstündəki əşyaya baxırsınızsa, qısa müddətə sizin beyninizin neyronları başınızın yalnız bir neçə millisaniyədə analiz etdiyi obrazı yaradır. Bir an sonra əldə olunan məlumat avtomatik olaraq yenilənir.

Beynin qəbul etdiyi siqnalların böyük miqdarı bizim şüurumuza sadəcə gəlib çatmır və lazımsız olduğu üçün “süzülür”. Məlumdur ki, bu və ya digər obyektin dərk edilməsi prosesi zamanı beynin qabığının neyronları şüursuz məlumatların işlənməsi ilə müqayisədə daha çox həcmdə aktivləşir.

Fikrin məhz haradan meydana çıxması hələ də davamlı tədqiqat tələb edən sirr olaraq qalır. Biz indiyə qədər fikri formalaşdıran və bizi şüurlu edən amilləri dəqiq bilmirik. Bəlkə bir gün bəşəriyyət beynin sirrini aça biləcək. Bu tapmacaya cavab insanın dünyagörüşünü tamamilə dəyişdirə və kainatda oynadığı rolu daha dərindən dərk etməyə kömək edə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR