Dərc edildi: Baxış sayı: 490
Qətərin ev sahibliyi edəcəyi 2022 FİFA Dünya Çempionatının bəzi matçları Küveytdə keçirilə bilər
Qətərin ev sahibliyi edəcəyi 2022 FİFA Dünya Çempionatının bəzi matçları Küveytdə keçirilə bilər.
Publika.az xəbər verir ki, bunu FİFA prezidenti Canni İnfantino deyib.
Prezident Küveyt Vəliəhd Şahzadə Kubokunun finalına qatılmaq üçün Qətərə səfər edib və jurnalistlərlə konfransında bu barədə danışıb. O həmçinin turnirdə iştirak edəcək komandaların 32-dən 48-ə artırılmasından bəhs etməyin tez olduğunu qeyd edib. Əgər bu təklif qəbul edilsə, Asiyadan qatılan komandaların sayı artırılacaq.
İnfantino Küveytdə qadın futbol turnirinin təşkil edilməsindən məmnuniyyət hiss etdiyini dilə gətirib və bütün ölkələri bundan örnək götürülməsinə dəvət edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət