Dərc edildi: Baxış sayı: 712
FİFA “Anji”nin 6 xalını sildi
Rusiya Futbol İttifaqı FİFA-nın tələbi əsasında “Anji” klubunu cəzalandırıb.
Trend-in məlumayına görə, bu barədə klub özü məlumat yayıb. Qərara əsasən, komandanın eks futbolçusu Yannik Boliyə yaranmış borca görə Mahaçqala təmsilçisinin 6 xalı silinib.
Qeyd edək ki, bir neçə il əvvəl Roberto Karlos, Samuel Eto’o kimi superulduzlar transfer etmiş “Anji” indi çətin günlərini yaşayır. Maddi problemlərə görə klub indi birinci divizionda yarışır və son pillələrdədir.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət