Slimfit
  1. DÜNYA

“Fiberoptikanın atası” vəfat etdi

“Fiberoptikanın atası” vəfat etdi
Sakura

“Fiberoptikanın atası” hesab olunan professor Çarlz Kao sentyabrın 23-də 84 yaşında Honqkonqda vəfat…

“Fiberoptikanın atası” hesab olunan professor Çarlz Kao sentyabrın 23-də 84 yaşında Honqkonqda vəfat edib.

Publika.az xəbər verir ki, fiberoptika sahəsindəki elmi nailiyyətlərinə görə 2009-cu ildə fizika üzrə Nobel mükafatına layiq görülən alimin vəfatı barədə məlumatı Honqkonq mətbuatı yayıb. O, uzun illər Alzeymer xəstəliyindən əziyyət çəkib.

Qeyd edək ki, Çarlz Kao 1933-cü ildə Şanxayda anadan olub. 1948-ci ildə o, ailəsi ilə birlikdə Tayvan adasına, bir il sonra isə Honqkonqa köçüb. Honqkonq, Böyük Britaniya və ABŞ vətəndaşlığına malik olan Çarlz Kao telekommunikasiya sənayesinin inkişafında vacib rol oynayan fiberoptika sahəsində əhəmiyyətli tədqiqatlar aparıb. Alim London Kral Cəmiyyətinin, Kral Mühəndislik Akademiyasının, Çin Elmlər Akademiyasının, Avropa Elm və İncəsənət Akademiyasının və digər elmi qurumların üzvü olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR