Dərc edildi: Baxış sayı: 708
FHN Novruzda yarana biləcək yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramında yarana biləcək yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.
FHN-dən APA-ya daxil olan müraciətdə bildirilib ki, bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır.
“Tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır. Tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır. Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər. Yandırılan şamlar nəzarətsiz qalmamalıdır”, - deyə müraciətdə qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət