FHN kiçikhəcmli gəmilərə texniki baxış keçirəcək
Fövqəladə Hallar Nazirliyi kiçik həcmli gəmilərin istifadəçilərinə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində il ərzində kiçikhəcmli gəmilərə texniki baxış keçiriləcəyi qeyd olunub. Bildirilib ki, texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcək:
Sıra № |
Texniki baxışın keçiriləcəyi şəhər və rayonlar |
Texniki baxışın keçirilmə vaxtı |
1 |
Xaçmaz, Şabran, Siyəzən, Xızı |
11-21 fevral |
2 |
Astara, Lənkəran, Masallı |
1-11 aprel |
3 |
Salyan, Neftçala, Şirvan |
22-30 aprel |
4 |
Mingəçevir və digər daxili su hövzələri |
16-26 sentyabr |
5 |
Bakı şəhəri və Abşeron rayonu üzrə: |
|
5.1 |
Bibiheybət-Ələt istiqamətində |
Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri |
5.2 |
Zığ-Pirallahı istiqamətində |
Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri |
5.3 |
Şimal DRES-Nardaran istiqamətində |
Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri |
5.4 |
Goradil-Z.Tağıyev istiqamətində |
Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri |
Qeyd edilib ki, cədvəldə göstərilmiş günlər hava şəraitindən asılı olaraq dəyişdirilə bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət