Slimfit
  1. MEDİA

FHN-in taekvondo komandasının idmançıları yeni uğurlar qazanmaqda davam edir

FHN-in taekvondo komandasının idmançıları yeni uğurlar qazanmaqda davam edir
Sakura

FHN-in taekvondo komandasının idmançıları yeni uğurlar qazanmaqda davam edir

23-28 dekabr 2019-ci il tarixlərində Abşeron Olimpiya Kompleksində Azərbaycan Taekvondo Federasiyasının və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə yeniyetmə, gənc və böyüklər arasında 30-cu Azərbaycan çempionatı  keçirilib. 75 komandadan 750-dən çox idmançının mübarizə apardığı yarışda Fövqəladə Hallar Nazirliyinin taekvondo komandasının idmançıları da iştirak edib.

Yarışda Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin əsgəri Məhəmməd Məmmədov 80 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib, turnirin qızıl medalına layiq görülüb.

29 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev MMQ-in əsgəri Məhəmməd Məmmədovu qəbul edərək əldə etdiyi nailiyyətə görə təbrik edib, gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR