Slimfit
  1. MEDİA

FHN-in idmançıları yeni uğurlara imza atıb

FHN-in idmançıları yeni uğurlara imza atıb
Sakura

FHN-in idmançıları yeni uğurlara imza atıb

FHN-in idmançıları yeni uğurlara imza atıb

25-29 may 2022-ci il tarixlərində Türkiyənin Qaziantep şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə böyüklər arasında karate idman növü üzrə 57-ci Avropa çempionatı keçirilib.

Çempionatda 48 ölkədən 910-a yaxın idmançı əzmkar mübarizə aparıb. Yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin karate komandasının üzvləri yüksək nəticə göstərməyi bacarıblar. Belə ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürəni çavuş Rövşən Əliyev və Mülki müdafiə qoşunlarının əsgəri Roman Heydərov kişilərdən ibarət “Team kata” (komanda kata) növü üzrə bürünc medala layiq görülüb. Qaliblərə kubok və medallar təqdim olunub. Qeyd edək ki, Roman Heydərov 4-cü İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, Dünya Kubokunun sahibi, Avropa çempionu, Rövşən Əliyev isə dəfələrlə respublika çempionu, Karate-1 premyer liqasının bürünc mükafatçısıdır.

28-29 may 2022-ci il tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Kunq-Fu Federasiyasının təşkilatçılığı ilə kunq-fu idman növü üzrə gənclər, yeniyetmələr və böyüklər arasında 28-ci Respublika çempionatı keçirilib.

Çempionatda 30-dan çox komandadan 400-ə yaxın idmançı mübarizə aparıb. Fövqəladə Hallar Nazirliyinin kunq-fu idman növü üzrə kişilərdən ibarət komandasının üzvləri yüksək nəticələr göstəriblər. Belə ki, Səbail Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürəni kiçik çavuş Səxavət Həsənov 56 kq, Binəqədi Rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürəni çavuş Toğrul Mikayılov 65 kq, Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin komendantı, baş çavuş Tural Useynov 85 kq çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Komandanın digər üzvü Suraxanı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürəni çavuş Əşrəf Bayramov isə 60 kq çəki dərəcəsində yarışın gümüş medalının sahibi olub. Bundan əlavə, Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin komendantı, baş çavuş Tural Useynov 4 iyun 2022-ci il tarixində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının təşkilatçılığı ilə keçirilən 50-ə yaxın klubun 300-dən çox idmançının iştirak etdiyi çempionatda MMA idman növü üzrə 84 kq çəki dərəcəsində 3 döyüş keçirərək Azərbaycan çempionu və qızıl medalın sahibi olub. İdmançılara Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.

27-29 may 2022-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Pauerliftinq Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin idman zalında böyüklər və gənclər arasında pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib.

20-dən çox komandadan 100-ə yaxın idmançının iştirak etdiyi yarışda idmançılar 3 növdə pauerliftinq, benç-press və deadlift üzrə öz qüvvələrini sınayıblar. Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov 82 kq çəki dərəcəsində 3 növün cəmində 687 kq çəkini qaldırmaqla Azərbaycan çempionu adına layiq görülüb. Bundan başqa, Rövşən Xəlilov yerdən ağırlığı qaldırmaq “Deadlift” növü üzrə 280 kq nəticə ilə yarışın mütləq çempionu adını qazanıb. Qalibə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomu, Azərbaycan Pauerliftinq Federasiyasının kubok və medalları təqdim olunub. Rövşən Xəlilov beşqat dünya, üçqat Avropa, Professional Divizionda ilk Dünya çempionu, idman ustası və beynəlxalq dərəcəli idmançıdır.

6 iyun 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və klubun rəhbər heyəti yarışlarda uğur qazanmış idmançılarla, Dövlət Yanğından Mühafizə Xidmətinin Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin rəisi polkovnik Azad Əliyevlə görüşərək əldə edilmiş nailiyyətlərə görə təbrik edib və gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, 2019-cu ildə Azad Əliyev Beynəlxalq Yanğınsöndürənlər və Xilasedicilərin İdman Federasiyası tərəfindən ilk azərbaycanlı olaraq beynəlxalq dərəcəli hakim adına layiq görülüb. Hazırda o, hakimlik fəaliyyətini davam etdirir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR