Slimfit
  1. MEDİA

FHN-in idmançıları növbəti uğurlara imza atıblar

FHN-in idmançıları növbəti uğurlara imza atıblar
Sakura

FHN-in idmançıları növbəti uğurlara imza atıblar

2-3 iyul 2022-ci il tarixlərində Ruminiyanın Kluj-Napoka şəhərində Dünya Cüdo Federasiyasının təşkilatçılığı ilə böyüklər arasında Açıq Avropa turniri keçirilib. 

Turnirdə 32 ölkədən 300-ə yaxın idmançı öz qüvvəsini sınayıb. Çempionatda iştirak edən cüdo üzrə Azərbaycan milli yığma komandasının və Fövqəladə Hallar Nazirliyinin yığma komandasının üzvü Nazir Talıbov -60 kq çəki dərəcəsində 5 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalın sahibi olub. Qalibə turnirin medalı təqdim olunub. 

İdmançımız 2022-ci ilin oktyabr ayında Bosniya və Herseqovina Respublikasında keçiriləcək avropa çempionatında iştirak edəcək. 

Qeyd edək ki, cüdo üzrə Azərbaycan milli yığma komandası çempionatda 6 medal qazanaraq birinci yerdə qərarlaşıb. 

7 iyul 2022-ci il tarixində Yunanıstanın Katerini şəhərində Avropa Güləş Federasiyasının təşkilatçılığı ilə  çimərlik güləşi üzrə oğlanlar və qızlar arasında U-17 Avropa çempionatı keçirilib.

Çempionatda 18 ölkədən 110-a yaxın idmançı əzmkar mübarizə aparıb. Ölkəmizi qitə birinciliyində təmsil edən 4 güləşçi uğurlu çıxış edərək maksimum nəticəyə imza atıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin güləş üzrə yığma komandasının üzvü Hüseyn Sevdimov 50 kq çəki dərəcəsində 5 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlməyi bacarıb. O, fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalın sahibi olub. Həmçinin, Azərbaycan yığma komandası turnirdə 100 xal toplayaraq Avropa çempionu adına layiq görülüb. 

Hüseyn Sevdimov 2022-ci ilin sentyabr ayında Ruminiyada keçiriləcək  dünya çempionatında da iştirak edəcək. 

Qeyd edək ki, idmançı Nazir Talıbovun şəxsi məşqçisi Elçin İsmayılov və Hüseyn Sevdimovun şəxsi məşqçisi isə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun əməkdaşı Namiq Sovdumzadədir.  

14 iyul 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışlarda uğur qazanmış idmançılar və onların məşqçi müəllimləri ilə görüşərək onları  əldə etdikləri nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR