Slimfit
  1. MEDİA

FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı gümüş medal qazanıb

FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı gümüş medal qazanıb
Sakura

FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı gümüş medal qazanıb

FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı gümüş medal qazanıb

4-14 avqust 2023-cü il tarixlərində Belarusda keçirilən II MDB oyunlarında 22 ölkənin 3 mindən çox idmançısı mübarizə aparıb. Azərbaycanın 16 idman növü üzrə 177 idmançı ilə təmsil olunduğu yarışlarda milli yığma komandanın üzvü, FHN-in İdman-sağlamlıq klubunun İdman təlim şöbəsinin inspektoru Murad Hacızadə karate üzrə kişilər arasında +84 kq çəki dərəcəsində keçirdiyi 5 döyüşün nəticəsinə görə II MDB oyunlarının gümüş medalını qazanıb.

Məlumat üçün bildirək ki, Murad Hacızadə karate üzrə Avropa çempionu, Dünya Kubokunun qalibi və şotokan karate üzrə dünya çempionudur. Onun ilk məşqçisi 6-cı dan qara kəmər sahibi Rafael Məmmədov, hal-hazırki məşqçi isə karate üzrə ikiqat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Qeyd edək ki, Murad Hacızadə 2023-cü ilin sentyabr ayında Kipr Respublikasında keçiriləcək böyüklər arasında “SERİE A” turnirində və oktyabr ayında Macarıstanda keçiriləcək Dünya çempionatında da iştirak edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR