Slimfit
  1. MEDİA

FHN-in İdman-sağlamlıq klubunda 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

FHN-in İdman-sağlamlıq klubunda 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib
Sakura

FHN-in İdman-sağlamlıq klubunda 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

FHN-in İdman-sağlamlıq klubunda 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun akt zalında anım tədbiri keçirilib. Tədbirdə klubun rəisi polkovnik Füzuli Musayev, FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, millət vəkili Vüqar İskəndərov iştirak ediblər.

Əvvəlcə, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Daha sonra qanlı Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.

Sonra tədbirdə çıxış edən FHN İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev 1990-cı il 20 Yanvar hadisələrinə tarixi nəzər salıb. O, qeyd edib ki, xalqımızın yaddaşından heç zaman silinməyəcək qanlı 20 Yanvar faciəsi həm də Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Bu qanlı hadisələr nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr xalqın daha da mətinləşməsinə, dünya azərbaycanlılarının isə təşkilatlanmasına səbəb oldu.

F.Musayev qeyd edib ki, bu faciəyə məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə hüquqi-siyasi qiymət verildi, faciə ilə bağlı həqiqətlər ifşa olundu.

Heydər Əliyev siyasi kursunun mahir davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımlar atılıb və bu məsələ dövlət başçısının daim diqqət mərkəzindədir.

Daha sonra anım tədbirində çıxış edən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayev, millət vəkili Vüqar İskəndərov, İdman-sağlamlıq klubunun hüquqşünası Həmdiyyə Məmmədov xalqımızın başına gətirilən bu qanlı faciə haqqında fikirlərini səsləndirərək, 20 yanvarda baş verənlərin eyni zamanda xalqımızın azadlıq uğrunda mübarizə tarixinə qızıl hərflərlə yazıldığını və şəhidlərimizin qəhrəmanlıq salnaməsinin heç zaman unudulmayacağını vurğulayıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR