Slimfit
  1. MEDİA

FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər

FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər
Sakura

FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər

19 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində Nazirliyin beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib. Görüşdə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev həmin idmançıları Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin xilasedicisi gizir Fərqanə Saxrayevanı, İdman-sağlamlıq mərkəzinin əməkdaşı baş-leytenant Qadir Cəfərovu əldə etdikləri nailiyyətlərə görə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, 22-27 oktyabr 2019-cu il tarixlərində Şimali Kiprin Girne şəhərində 11 ölkədən 250-dən çox idmançının iştirak etdiyi Döyüş  Növləri Festivalı və kata üzrə Budo Dünya çempionatında Fərqanə Saxrayeva +55 kq, Qadir Cəfərov isə 75 kq çəki dərəcəsində çempion adını qazanıblar. Həmçinin, Fərqanə Saxrayeva 8-10 noyabr 2019-cu il tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 40 ölkədən 400-dən çox idmançının iştirak etdiyi WFC döyüş növləri üzrə Dünya çempionatında gümüş medala layiq görülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR