Slimfit
  1. AZƏRBAYCAN

FHN hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

FHN hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Sakura

FHN hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

 Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə əlaqədar iki gün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığına əsasən, Abşeron yarımadası, Xəzər dənizi Akvatoriyasında və respublikamızın rayonlarında gözlənilən təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin və qəzaların vaxtında aşkarlanaraq qarşısının alınması, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qəza-xilasetmə qurumları və regional mərkəzləri yanvarın 17-18-də gücləndirilmiş iş rejimində çalışacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR