Dərc edildi: Baxış sayı: 282
FHN hava ilə bağlı müraciət etdi
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciətində qeyd olunub.
Bildirilib ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət