FHN-dən yanan Diqlas-la bağlı son - Açıqlama
“Fövqəladə Hallar Nazirliyi dünən axşam saatlarında “Diqlas” ticarət mərkəzində yanğının söndürülməsini başa çatdırıb. O cümlədən soyutma tədbirləri də yekunlaşdırılıb”.
Xeberler.az bildirir ki, bu barədə jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Yəhya Babanlı deyib.
Onun sözlərinə görə, hazırda ərazidə olan nazirliyin canlı qüvvəsi və texnikası mühafizə xarakterlidir:
“Biz aidiyyatı üzrə təhvil-təslim verilməsi prosesini gözləyirik. Ticarət mərkəzində təhlükəsizlik məsələlərinə necə əməl edildiyi ilə bağlı isə mətbuata konkret məlumat veriləcək. Yanğın nəticəsində sahibkarlara dəyən ziyanla bağlı bağlı digər dövlət qurumları ilə birgə araşdırma aparılandan sonra açıqlama veriləcək. Yanğının səbəbi barədə yekun açıqlamada konkret faktlara əsaslanaraq məlumat veriləcək. Binanın təhlükəsizliyi ilə bağlı aidiyyətı qurumlar işləyəcək, bütün mal-materiallarım keyfiyyəti yoxlanılandan sonra qərar veriləcək ki, bina yenidən istifadəyə verilsin, ya sökülsün."
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət