Dərc edildi: Baxış sayı: 517
FHN Böyük Şor gölündə təmizləmə işlərinə başlayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış fəsadların aradan qaldırılması üçün təmizləmə işlərinə başlayıb.
Ens.az xəbər verir ki,Nazirlikdən APA-ya verilən məlumata görə, hazırda göldəki çirkab qatının təmizlənməsi prosesi aparılır.
Əraziyə FHN-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda göldəki tullantılar çıxarılır və ərazidən daşınır.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakını kəskin qoxu bürümüşdü. Bununla bağlı açıqlama yayan Ekologiya və Təbii Sərvətlər Nazirliyi kəskin qoxunun səbəbinin Böyük Şor gölündən qaynaqlandığını qeyd etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət