Dərc edildi: Baxış sayı: 912
Fəzlullah Nəimi - Gəl bənim cani-əzizim, qəddi-dalım, əlvida
Gəl bənim cani-əzizim, qəddi-dalım, əlvida
Gəl boyunca görayim, əylənme canım, əlvida.
Bu imiş təqdir, ban ver ləbindən bir konar
Bəlkə qismət olmaya bir də vüsalım, əlvida.
Gunə-gunə ol raqibin könlünü şad eylədin,
Hər görandə ruyi-dildən istədi, dad eylədin.
Neylədim ki, söhbətindən bəndəni yad eylədin?
Atəşi-suzanə yaxdın pərrü balım, əlvida.
Bu Nəimi dərdməndin çəkdiyi bin dərdi qəm
Vəsfə gəlməz ey üzü gül, şərhə acizdir qələm.
Qılmadın bir dəm kərəm kim, eşq ucundan lacərəm
Yann ol məhşərdə dinlə ərzi-halım, əlvida.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət