Dərc edildi: Baxış sayı: 1147
Fəzli - Səbrim tükəndi, möhnətə qatlana bilməzəm
Səbrim tükəndi, möhnətə qatlana bilməzəm
Su başdan aşdı, eşq oduna yanə bilməzəm.
Sən sərv boylu dilbəri tərk etməzəm əgər,
Ömrüm budağı cövr ilə utana bilməzəm.
Yarın başına ay ilə gün peykə çevrilir
Ol şəmə məndən özgə pərvanə bilməzəm.
Aləm bilir ki, şol sənəmi sevmişəm, rəqib,
Başım gedərsə mən bu işi danə bilməzəm.
Vergil bu Fəzli kamına, fərdaya qoymagil,
Yoxdur vəfası ömrümün, inana bilməzəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət