Dərc edildi: Baxış sayı: 552
Feysbuk sınağa başladı: “Layk”lar silinir...
“Feysbuk Avstraliya” yayımlanan status və videolara gələn bəyənmələrin sayını gizlədən bir sistemin sınağına başlayıb.
Axar.az xəbər verir ki, bu barədə SBS kanalı şirkətə istinadla məlumat yayıb.
Məlumata görə, Avstraliyada Feysbuk istifadəçilərinin xəbər lentində başqaları tərəfindən qoyulan laykların sayı itəcək və bu, yalnız statusun sahibinə məlum olacaq.
“Feysbuk Avstraliya”nın korporativ siyasət üzrə direktoru Mia Qarlik bildirib ki, bu sistemin yaradılması və sınanması istifadəçilərin psixoloji rahatlığı üçündür.
“Bu hesablamalar sosial bərabərliyə gətirib çıxara bilər”, - Qarlik bildirib.
Qeyd edək ki, bu sistemin tətbiqi çoxdan gözlənilsə də, indi sınaqdan keçirilməyə başlanılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət