Slimfit
  1. TEXNOLOGİYA

Feysbuk səhifəmə vətəndaşların göndərdiyi suallara birbaşa özüm cavab verirəm

Feysbuk səhifəmə vətəndaşların göndərdiyi suallara birbaşa özüm cavab verirəm
Sakura

Feysbuk səhifəmə vətəndaşların göndərdiyi suallara birbaşa özüm cavab verirəm

"Bəzən cavablandıra bilmədiyim mesajlar olur, bu, diqqətsizlik kimi qiymətləndirilməsin".

Publika.az xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "ASAN Radio"nun efirində yayımlanan “Qəbuldasan” verilişində qonaq olarkən deyib.

O bildirib ki, Feysbuk sosial şəbəkəsini özü idarə edir və istər əcnəbi, istər yerli vətəndaşların ünvanladığı suallara mümkün qədər cavab verməyə çalışır:

"Feysbuk səhifəsinə gələn sual və müraciətlərin sayı olduqca çoxdur. Miqrasiya məsələləri daha çox əcnəbilərin maraqlarına səbəb olur. İşlərin çox olmasını nəzərə alaraq çalışıram bütün müraciətlərə, suallara mümkün qədər qısa və aydın cavablar verim. Müraciətlər Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı olduqda araşdırılması üçün müvafiq şöbəyə yönləndirirəm. Mümkün qədər çalışıram ki, göndərilən heç bir müraciət cavabsız qalmasın. Bəzən şərh bölməsinə yazılan fikirlərə gec cavab verə bilirəm, amma bütün bunlar həddən artıq çox çalışmağımızla bağlıdır. Buradan sizin vasitənizlə vaxt tapıb cavablandırmadığım müraciətlər üçün də üzr istəyirəm, qətiyyən bunu diqqətsizlik hesab etməsinlər, belə hallar iş yükü ilə bağlıdır".

 

V.Hüseynov xatırladıb ki, o, millət vəkili olduğu dövrdə də bütün məlumat və yenilikləri öz sosial media səhifəsində paylaşıb:

"Mən sosial şəbəkəni olduqca effektiv ünsiyyət vasitəsi hesab edirəm. Buradan işləmək sərfərəlidir. İmkan olduqca səhifəmdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı ən son məlumatları, yenilikləri paylaşıram. Mənim sosial şəbəkədə müəyyən bir izləyici kütləm var və bu özü də məsuliyyətdir. Hesab edirəm ki, sosial media vasitəsi ilə vətəndaşları məlumatlandırma çox effektiv bir metoddur".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR